“Olimpiakos” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək "Olimpiakos" (Yunanıstan) və "Neftçi" (Bakı) komandalarının start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Mert Çelik və Yusuf Laval yer alıblar."Olimpiakos"un heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Məhəmməd Kamara, Andreas Buxalakis, Ahmed Hassan, Tanasis Andrutsos, Pyer Kunde, Giorqos Masuras, Svetozar Markoviç, Oleq Ryabçuk və Lazar Ranceloviç meydana çıxacaqlar.Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq."Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.xeber100.com

İyul 21, 2021 2:48

Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyası öz işinə başlayıb

İyulun 20-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, sessiya iştirakçıları əvvəlcə koronavirus pandemiyasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.Sessiyada çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkəsinin Olimpiya Oyunlarını təhlükəsiz formatda keçirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.Yaponiya sakinlərinin həyatının və sağlamlığının hökumət üçün prioritet təşkil etdiyini qeyd edən Baş nazir, idmançıların yarışlarda özlərini rahat hiss etmələri üçün də lazım olan bütün addımların atıldığını bildirib. “Biz Oyunların təhlükəsiz formatda keçirilməsinə qəti şəkildə hazırıq”, - deyə Y.Suqa qeyd edib.BOK prezidenti Tomas Bax isə dünya ictimaiyyətinin Olimpiadanı təşkil etdiyinə görə yapon xalqına heyran olacağını söyləyib. “Nəhayət həmin an çatacaq. Düşünürəm ki, yarışları seyr edən bir neçə milyard insan Yaponiya əhalisinə heyran olacaq”, - deyə BOK prezidenti bildirib.BOK-un cari sessiyasında Yaponiyanın pandemiya şəraitində Oyunlara hazırlıq səviyyəsi qiymətləndiriləcək. Həmçinin 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsi barədə qərar qəbul ediləcək. Sessiya zamanı BOK-un rəhbər vəzifələrinə seçkilərin keçiriləcəyi də gözlənilir.Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 23-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib. Təşkilatçıların yekdil qərarına əsasən əcnəbi tamaşaçılar və Yaponiyanın altı prefekturasının sakinləri yarışlara buraxılmayacaq. Bununla yanası, ölkədə epidemioloji vəziyyət ağır olduğuna görə Oyunlar fövqəladə vəziyyət şəraitində keçiriləcək.xeber100.com

İyul 20, 2021 12:11