03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.Azərtac xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsində şahmatçılar tay-brekdə mübarizə aparacaqlar. Belə ki, otuz ikidəbir finalda Şəhriyar Məmmədyarov ilə ermənistanlı Haik Martirosyan arasında hesab bərabər olduğundan şahmatçılar tay-brekdə üz-üzə gələcəklər.Qeyd edək ki, şahmatçılarımızdan yalnız Vasif Durarbəyli üçüncü mərhələdə rəqibi çexiyalı David Navaranı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.Yığmamızın digər üzvləri - Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova rəqiblərinə məğlub olaraq turniri tərk ediblər. Bundan əvvəl isə şahmatçılarımız Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.xeber100.com  

İyul 20, 2021 12:08

UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində

Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin "Aşdod" komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.Azərtac klubun saytına istinadla xəbər verir ki, region təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 2-i qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.İştirak ərizəsində qapıçılardan Şahruddin Məhəmmədəliyev, Emil Balayev, müdafiəçilərdən Rahil Məmmədov, Maksim Medvedev, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilərdən Qara Qarayev, Patrik Andrade, Uroş Matiç, Abdullah Zubir, Xayme Romero, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçulardan Ramil Şeydayev, Ayhan Arazlı, Musa Qurbanlı, Zamiq Əliyev, Toral Bayramov və Nihad Quliyevin adı yer alıb.Qeyd edək ki, “Qarabağ”la “Aşdod” arasında ilk matç iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş 20:00-da başlayacaq. Cavab oyunu isə iyulun 29-da İsraildə olacaq.xeber100.com

İyul 19, 2021 1:50

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 19, 2021 1:48

Macarıstanın paytaxtı Budapeştdə güləşçilərin dünya çempionatı start götürüb

İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.Azərtac xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb.Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Onun növbəti rəqibi ABŞ idmançısı olacaq.Səttərxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub.Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub.xeber100.com

İyul 19, 2021 1:46

“Qəbələ” futbol klubu heyətinə yeni futbolçu qatıb

2021-2022-ci il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, "Qəbələ" kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə ikiillik müqavilə imzalayıb.İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof “Atletik Bilbao”, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.xeber100.com

İyul 19, 2021 1:21

“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, ağdamlılar monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib.“Köhlən atlar” 30 yaşlı oyunçunun keçidini video ilə açıqlayıb. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.Qeyd edək ki, Monteneqro millisinin formasını geyinən Marko Veşoviç ölkəsinin “Buduçnost”, Serbiyanın “Srvena Zvezda”, İtaliyanın “Torino”, Xorvatiyanın “Riyeka” komandalarında çıxış edib. Onun son klubu isə Polşanın “Legiya” komandası olub.xeber100.com

İyul 17, 2021 1:42

Şahmat festivalında Azərbaycanı iki idmançı təmsil edəcək

Bu gün Serbiyada şahmat festivalı start götürəcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycan şahmatçıları Fərid Orucov və Ümid Aslanov da mübarizə aparacaqlar. Turnirdə, ümumilikdə 70-ə yaxın şahmatçı iştirak edəcək. Doqquz turdan ibarət olacaq yarış iyulun 24-dək davam edəcək.xeber100.com

İyul 17, 2021 1:40

Fransada çimərlik güləşi üzrə dünya seriyası davam edir

Fransada çimərlik güləşi üzrə dünya seriyası davam edir.Azərtac xəbər verir ki, Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir. Mahal Novruzov, Rübail İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) mübarizəyə qrup mərhələsindən start verib.Yetmiş kiloqram çəki dərəcəsində iştirakçı sayı çox olduğundan güləşçilər 4 qrupa bölünüb. C qrupunda yer alan Mahal Novruzov Portuqaliya güləşçisi üzərində inamlı qələbə qazansa da, Ukrayna idmançısına məğlub olub. D qrupunda qərarlaşan Rübail İbrahimli isə həm Fransa, həm də Yunanıstandan olan rəqiblərinə qalib gəlib.Orxan Abasov B qrupunda əvvəlcə Fransa, daha sonra isə Ukrayna güləşçisindən güclü olub və sona bir tur qalmış yarımfinala vəsiqəni təmin edib.Qrup mərhələsinin son qarşılaşmaları, eləcə də yarımfinal və final görüşləri iyulun 17-də keçiriləcək.Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyur.xeber100.com

İyul 17, 2021 1:36

Cüdoçular arasında Avropa kuboku turniri start götürüb

İyulun 17-də Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı 11 cüdoçudan ibarət komanda təmsil edəcək. Oğlanların yarışında Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadın cüdoçulardan isə Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) birincilik uğrunda yarışacaqlar.Turnirə iyulun 18-də yekun vurulacaq.xeber100.com

İyul 17, 2021 1:34

Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb

Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb.Azərtac xəbər verir ki, mövsüm sentyabrın 30-da start götürəcək. Reqlamentə gəlincə, 18 komandanın hərəsi müntəzəm çempionatda 34 oyun keçirəcək. Aprelin 8-də müntəzəm çempionat başa çatdıqdan sonra ilk 8 yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Daha sonra 4 klub Berlində keçirilək “Dördlər finalı”nda çıxış edəcək.Mövsümün ilk turuna gəlincə, azarkeşlər sentyabrın 30-da 4 oyun izləyəcəklər. Fransada “Monako” “Panatinaikos”la qarşılaşacaq. Təl-Əvivdə “Makkabi” “Bavariya”nı qəbul edəcək. İtaliyada keçiriləcək “Milan” ilə ÇSKA arasında oyun da maraqla gözlənilir. Günün mərkəzi matçında isə “Real” Madriddə son çempion “Anadolu Efes”lə oynayacaq.Oktyabrın 1-də isə daha 5 görüş keçiriləcək. UNİKS Kazanda “Zenit”lə münasibətlərinə aydınlıq gətirəcək. “Fənərbağça” İstanbulda “Srvena Zvezda” ilə qarşılaşacaq. Fransada ASVEL “Jalgiris”in müqavimətini qırmağa çalışacaq. “Olimpiakos” Pireydə “Baskoniya”nı, “Barselona” isə “Palau Blauqrana”da Berlinin “Alba” klubunu qəbul edəcək.xeber100.com

İyul 16, 2021 10:43
    Page 174 of 830« First«...102030...172173174175176...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az