Futbol üzrə 16-cı Avropa çempionatının final matçında

İyulun 11-də futbol üzrə 16-cı Avropa çempionatının final matçında İtaliya və İngiltərə yığmaları qarşılaşırlar.Azərtac xəbər verir ki, “Uembli” stadionunda keçirilən oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxıblar.İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.Qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edir.Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb. Top nisbəti ingilislərin xeyrinədir – 33:31.Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib.“Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi.Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels - Danimarka (0:4) görüşü keçirilib.xeber100.com

İyul 11, 2021 2:04

“Avro-2020”nin ikinci yarımfinal qarşılaşmasında

İyulun 7-də “Avro-2020”nin ikinci yarımfinal qarşılaşmasında İngiltərə və Danimarka milliləri üz-üz gəliblər.Azərtac xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab 30-cu dəqiqədə açılıb. Danimarkalıların 21 yaşlı hücumçusu Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb - 1:0. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub.Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İngiltərə komandası matçın 39-cu dəqiqəsində istəyinə çatıb. İngilislərin sağ cinahdan başladığı hücumda Sakanın cərimə meydançasına Rahim Sterlinqə ötürməsini dəf etməyə çalışan kapitan Simon Kyaer avtoqola imza atıb - 1:1.İlk hissə bu hesabla başa çatıb.Qarşılaşmanın ikinci hissəsi komandaların sürətli hücumları ilə başlayıb.Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara top vurulmayıb.Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılır.İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

İyul 8, 2021 3:12