07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, İsveçrə yığmasi ilə qarşılaşan komandamız 5:8 hesabı ilə məğlub olub.Millimizin qollarını Orxan Məmmədov (3), Comərd Baxşəliyev və Sabir Allahquliyev vurublar.Komandamız qrupun son oyununda iyunun 23-də Estoniya yığması ilə üz-üzə gələcək.xeber100.com

İyun 22, 2021 2:58

Şahmat festivalının əsas yarışı – “Masters” turnirinə yekun vurulub

İyunun 20-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov son turda Çexiya təmsilçisi Tay Dan Van Nquyen ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.Turun digər oyunlarında çexiyalı digər şahmatçı David Navara isveçli Nils Qrandelius ilə heç-heçə edib. Polşa təmsilçisi Yan-Kşıştof Duda həmyerlisi Radoslav Voytaşeki məğlub edib. Amerikalı Sem Şenkland isə niderlandlı Jorden Van Forest üzərində qələbə qazanıb.Turnirin yekun nəticələrinə görə, N.Abasov 3,5 xalla 5-ci yerlə kifayətlənib. Yarışın qalibi 5,5 xalla S.Şenkland olub.xeber100.com

İyun 21, 2021 2:45

“Neftçi” futbol klubu hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq.Azərtac xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Kodeljevo Sport Ljubljana” stadionunda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçiriləcək qarşılaşmanı izləyəcək.xeber100.com

İyun 21, 2021 2:43

“Milan” klubunun yarımmüdafiəçisi “İnter”ə transfer olunub

İtaliyanın “Milan” klubunun türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu “İnter”ə transfer olunub.Azərtac İtaliya mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun keçidi haqqında detallar açıqlanmır.Qeyd edək ki, ötən mövsüm “Milan”nın heyətində 42 oyunda iştirak edək edən futbolçu 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

İyun 21, 2021 2:41

“Egyptian Pharaohs Cup” adlı beynəlxalq turnir keçirilib

Misirdə bədii gimnastika üzrə “Egyptian Pharaohs Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda çıxış edən bədii gimnastlarımız ölkəmizi uğurla təmsil ediblər.AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan təmsilçiləri - Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış ediblər.A.Cəlilova topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən G.İbrahimova və M.Əliyeva 2 proqram üzrə qalib olublar. G.İbrahimova gürzlərlə, M.Əliyeva isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüdə mövqe tutmağı bacarıblar. Hər iki proqram üzrə G.İbrahimova gümüş, M.Əliyeva sə bürünc medala layiq görülüblər.Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən A.Rəhimova isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.A.Məmmədova gənclərin çoxnövçülük yarışında 45 gimnast arasında 16-cı olub.xeber100.com

İyun 21, 2021 2:39

Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Fransa yığması ilə qarşılaşan komandamız Sabir Allahquliyevin vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.Millimiz növbəti oyununu iyunun 22-də İsveçrə yığmasına qarşı keçirəcək.xeber100.com

İyun 21, 2021 2:16

“Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb.Azərtac xəbər verir ki, şahmatçımız T.Rəcəbov son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.xeber100.com

İyun 20, 2021 3:10

İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib

Futbol üzrə "Avro-2020"nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, İsveçrə yığmasının futbolçusu Cerdan Şakiri görüşün ən yaxşısı seçilib.Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.Qeyd edək ki, Cerdan Şakiri Türkiyə millisi ilə matçda dubl edib.xeber100.com

İyun 20, 2021 3:06

Koronavirus infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb, 56 yeni yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, ötən sutka ərzində COVID-19-dan 1 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 335 min 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 550 nəfər müalicə olunaraq sağalıb, 4962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfərdir.Ötən müddət ərzində 3 milyon 675 min 862 test aparılıb. Bugünkü test sayı isə 7581-dir.xeber100.com

İyun 20, 2021 2:45

Şahmat festivalının əsas yarışı – altıncı turun oyunları keçirilir

İyunun 19-da ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin altıncı turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov altıncı turda Polşa təmsilçisi Radoslav Voytaşek ilə qarşılaşır.Turun digər oyunlarında polşalı digər şahmatçısı Yan-Kşıştof Duda isveçli Nils Qrandeliusla mübarizə aparacaq. Çexiya şahmatçıları David Navara niderlandlı Jorden Van Forest, Tay Dan Van Nquyen ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gələcəklər.Yeddi turdan ibarət turnirə aktivində 4 xal olan S.Şenkland başçılıq edir. N.Abasov 3 xalla üçüncü yerdədir.xeber100.com

İyun 19, 2021 3:14
    Page 182 of 831« First«...102030...180181182183184...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az