Güləşçilərin Avropa çempionatı davam edir

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan Fəraim Mustafayev (48 kq) estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran F.Mustafayev finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub. Güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı.Güləşçimiz Fərid Baxışlı (55 kq) debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisi ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan F.Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan idmançımız finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısı ilə üz-üzə gələn həmyerlimiz böyük fərqlə hesabda geridə olsa da, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub.Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına "tuşe"ylə qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan K.Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.Cocu Səmədov (80 kq) səkkizdəbir finalda belaruslu rəqibinə uduzub.Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.xeber100.com

İyun 19, 2021 3:11

Avropa çempionatında ikinci turun qarşılaşması keçiriləcək

İyunun 18-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində ikinci turun daha üç qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq birinci oyunda E qrupunda yer alan İsveç seçməsi Slovakiya ilə qarşılaşacaq. Sankt-Peterburqda keçiriləcək oyunu almaniyalı referi Marko Frits idarə edəcək.İsveç millisi birinci oyunda İspaniya seçməsi ilə qolsuz heç-heçə edib. Slovakiyalılar isə ilk oyunda Polşa seçməsini 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığması bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək.Bakı vaxtı ilə saat 20:00-da start götürəcək ikinci qarşılaşma Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq. Xorvatiya millisi Çexiya yığması ilə üz-üzə gələcək. Görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. İlk turda Xorvatiya seçməsi İngiltərəyə minimal hesabla uduzub, Çexiya isə Şotlandiyanı 2:0 hesabı ilə üstələyib. Qələbə çexiyalıları pley-offa çıxaracaq.Günün saat 23:00-da başlayacaq sonuncu görüşündə E qrupunun favoriti İngiltərə yığması Şotlandiya ilə qarşılaşacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək matçı ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com

İyun 18, 2021 2:03