03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Atletika üzrə Azərbaycan birinciliyinə start verilib

İyunun 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyinə start verilib.Azərbaycan Atletika Federasiyasından Azərtac-a verilən məlumata görə, yarışda 8 komandanın heyətində 100-dən çox atlet iştirak edir.Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.xeber100.com

İyun 11, 2021 2:48

“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.O, komandada 20 nömrəli formanı geyinəcək.İyirmi beş yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilədək bu komandada çıxış edib.xeber100.com

İyun 11, 2021 2:45

“Julius Baer Challengers Chess Tour” turnirinin ikinci mərhələsində

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin ilk 5 turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Dinara Saduakasovaya (Qazaxıstan) məğlub olsa da, sonrakı görüşləri Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) 3 qələbə, 1 heç-heçə ilə başa vurub. Beş turdan 3,5 xal toplayan təmsilçimiz 3-4-cü yerləri bölüşür.Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.xeber100.com

İyun 10, 2021 3:01

Futbol üzrə “Gənclər kuboku”nun qalibi müəyyənləşib

AFFA tərəfindən təşkil edilən futbol üzrə “Gənclər kuboku”nun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər.Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Əlavə edilmiş birinci hissədə hesabı açan “Qəbələ” yekunda 1:0 hesabı ilə qələbə qazanaraq “Gənclər kuboku”nun qalibi olub.Mükafatlandırma mərasimində veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib. Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar futbolçusu kimi xüsusi mükafatla təltif edilib.xeber100.com

İyun 10, 2021 2:58

“EBSL-2021” Avropa çempionatının seçmə mərhələsində

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində "EBSL-2021" Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, millimiz Avropa çempionatının seçmə oyunlarından sonra iyunun 21-27-də dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.Komandamızın seçmə mərhələlər üçün heyətinə Elçin Qasımov, Vaqif Şirinbəyov, Elşad Manafov, Renat Sultanov, Orxan Məmmədov, Əbdül Əliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev və Sabir Allahquliyev dəvət olunublar.xeber100.com

İyun 9, 2021 2:48

Varşavada güləş üzrə “Poland Open” turniri start götürüb

İyunun 8-də Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.Azərtac xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. Təmsilçimiz Hacı Əliyev "A" qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.Digər güləşçimiz Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.xeber100.com

İyun 9, 2021 2:46

Polşa Futbol İttifaqının məlumatı əsasında…

Futbol üzrə Polşa milli komandası "Avro-2020" öncəsi itki ilə üzləşib.Azərtac Polşa Futbol İttifaqına istinadla xəbər verir ki, yığmanın hücumçusu Arkadiuş Milik zədə səbəbindən Avropa çempionatında iştirak edə bilməyəcək. Futbolçunun bərpa prosesi davam etsə də, onun "Avro-2020"nin matçlarınadək tam formada ola bilməyəcəyi açıqlanıb."Avro-2020" ötən il təşkil olunmalı idi. Koronavirus pandemiyası səbəbindən təxirə salınan turnir bu il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.Polşa millisi Avropa çempionatının qrup mərhələsində İspaniya, Slovakiya və İsveç yığmaları ilə qarşılaşacaq.Qeyd edək ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.xeber100.com  

İyun 9, 2021 2:36

İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında

İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, bugünkü yarışlarda 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qabonlu Terense Kuamba, Murad Fətiyev yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com

İyun 9, 2021 2:34

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir. Hərracda Şirvan şəhərindəki "Əli Bayramlı Aqrotəmir" ASC-nin dövlətə məxsus səhm paketi də satılıb. Hər kəs xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.xeber100.com

İyun 8, 2021 3:09

Cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları davam edir

Budapeştdə cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları davam edir.Azərtac xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində otuzikidəbir finaldan mübarizəyə başlayan Hidayət Heydərov mozambikli Ayton Siquir, çexiyalı Jakub Jesmınek, italiyalı Ciovanni Espozıtonu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da növbəti mərhələdə Türkiyə təmsilçisi Bilal Ciloğluya məğlub olub. Təsəlliverici qarşılaşmada macarıstanlı Miklos Ungvarıya qalib gələn H.Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb.Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com

İyun 8, 2021 2:51
    Page 185 of 830« First«...102030...183184185186187...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az