07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Varşavada güləş üzrə “Poland Open” turniri start götürüb

İyunun 8-də Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.Azərtac xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. Təmsilçimiz Hacı Əliyev "A" qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.Digər güləşçimiz Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.xeber100.com

İyun 9, 2021 2:46

Polşa Futbol İttifaqının məlumatı əsasında…

Futbol üzrə Polşa milli komandası "Avro-2020" öncəsi itki ilə üzləşib.Azərtac Polşa Futbol İttifaqına istinadla xəbər verir ki, yığmanın hücumçusu Arkadiuş Milik zədə səbəbindən Avropa çempionatında iştirak edə bilməyəcək. Futbolçunun bərpa prosesi davam etsə də, onun "Avro-2020"nin matçlarınadək tam formada ola bilməyəcəyi açıqlanıb."Avro-2020" ötən il təşkil olunmalı idi. Koronavirus pandemiyası səbəbindən təxirə salınan turnir bu il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.Polşa millisi Avropa çempionatının qrup mərhələsində İspaniya, Slovakiya və İsveç yığmaları ilə qarşılaşacaq.Qeyd edək ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.xeber100.com  

İyun 9, 2021 2:36

İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında

İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, bugünkü yarışlarda 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qabonlu Terense Kuamba, Murad Fətiyev yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com

İyun 9, 2021 2:34

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir. Hərracda Şirvan şəhərindəki "Əli Bayramlı Aqrotəmir" ASC-nin dövlətə məxsus səhm paketi də satılıb. Hər kəs xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.xeber100.com

İyun 8, 2021 3:09

Cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları davam edir

Budapeştdə cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları davam edir.Azərtac xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində otuzikidəbir finaldan mübarizəyə başlayan Hidayət Heydərov mozambikli Ayton Siquir, çexiyalı Jakub Jesmınek, italiyalı Ciovanni Espozıtonu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da növbəti mərhələdə Türkiyə təmsilçisi Bilal Ciloğluya məğlub olub. Təsəlliverici qarşılaşmada macarıstanlı Miklos Ungvarıya qalib gələn H.Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb.Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com

İyun 8, 2021 2:51

Şahmat seriyasının dördüncü turunun oyunları keçirilib

İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com

İyun 8, 2021 2:48

Daxili İşlər NazirliyiFormula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.DİN-in mətbuat xidmətindən Azərtac-a daxil olan müraciətdə bildirilib ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunduğundan sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.“Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyənləşdirilmiş tələblərə nəzarəti həyata keçirən daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, eyni zamanda, polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları öz səhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk”, - deyə müraciətdə qeyd olunub.xeber100.com

İyun 7, 2021 2:49

Cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları start götürüb

İyunun 7-də Budapeştdə cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları start götürüb.Azərtac xəbər verir ki, turnirin ikinci günündə Nicat Şıxəlizadə və Orxan Səfərov (66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) yarışa qatılacaqlar. N.Şıxəlizadə ilk qarşılaşmasını rumıniyalı Lyütsian Dumitreskiyə qarşı keçirəcək. O.Səfərov isə startda irlandiyalı Natan Bernslə görüşəcək.Qadınların yarışında G.Məmmədəliyeva ilk qarşılaşmasında Tatyana Levitska-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.Qeyd edək ki, turnirin birinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Onlardan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.xeber100.com

İyun 7, 2021 2:46

Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində

İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olub.Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesabla qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olub. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.xeber100.com

İyun 6, 2021 2:52

“Grand Chess Tour” şahmat seriyasının ikinci turunun oyunları keçirilib

İyunun 6-da “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin ikinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişuk, Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə heç-heçə ediblər. Qeyd edək ki, şahmatçılarımızın birinci turda qarşılaşmaları da heç-heçə ilə başa çatıb.Turun digər oyunlarında Rumıniya təmsilçiləri Boqdan-Daniel Dyak fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Konstantin Lupulesku isə Fabiano Karuanaya uduzub. Uesli So ilə ermənistanlı Levon Aronyan görüşü isə heç-heçə ilə başa çatıb.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com

İyun 6, 2021 2:49
    Page 186 of 831« First«...102030...184185186187188...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az