07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilib

Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.Turun digər oyunlarında niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyana uduzub. Rumıniya təmsilçisi Konstantin Lupuleskunun həmyerlisi Boqdan-Daniel Dyak ilə oyunu davam edir.Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com

İyun 12, 2021 3:59

Futbol üzrə Avropa çempionatının növbəti oyununda…

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçının birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək yıxılıb.Azərtac xəbər verir ki, bir müddət meydanda tibbi yardım göstərilən Eriksen daha sonra xəstəxanaya aparılıb.UEFA-nın yaydığı məlumata görə, onun vəziyyəti sabitləşib.xeber100.com

İyun 12, 2021 3:56

“Paris Sen-Jermen” klubu 10 il müddətində 1,9 milyard avro gəlir gətirib

“Paris Sen-Jermen” (PSJ) klubu dövlətə 10 il müddətində 1,9 milyard avro gəlir gətirib.Azərtac xəbər verir ki, bu, klubun sifarişi ilə İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) apardığı tədqiqatların nəticəsində müəyyən edilib. Bildirilib ki, Qatar İdman Sərmayələri (QSİ) şirkətinin gəlişindən sonra PSJ 2011-ci ildən ölkənin sosial və vergi sahələrinə 1,9 milyard avro köçürüb. Bu rəqəm futbolçuların, klubun ödədiyi vergiləri və onların sosial təşkilatların büdcələrinə köçürdüyü maddi yardımı əhatə edir.Qeyd edilib ki, PSJ 2019-2020-ci illərdə dövlətə 269,3 milyon avro gəlir gətirib. Bu məbləğin 182,2 milyon avrosu İl-dö-Frans (İle-de-France) regionunda yerli matçların keçirilməsi və infrastrukturun yaradılmasına sərmayə yatırımları ilə reallaşdırılıb. PSJ əməkdaşlıq etdiyi 800 şirkətdə yatırdığı sərmayələr vasitəsilə 2 min 150 daimi iş yeri yaradıb. “10 il ərzində PSJ dünya idman françayzlarından biri, xüsusilə də ən dinamiki olub”,-deyə PSJ-nin prezidenti Nasser Al-Khelafi bildirib.xeber100.com  

İyun 12, 2021 3:54

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək

Tbilisidə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.Azərtac xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Gürcüstan yığması ilə qarşılaşacaq.Oyun 18:00-da başlayacaq.xeber100.com

İyun 11, 2021 2:58

“Julius Baer Challengers Chess Tour” turnirinin növbəti 5 turu keçiriləcək

Bu gün Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turu keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçımız növbəti turlarda Avonder Liang (ABŞ), Sarasad Xademalşarieh (İran), Volodar Murzin (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Karissa Ip (ABŞ) ilə mübarizə aparacaq.Şahmatçımız turnirin ilk 5 turunda 3,5 xal toplayaraq 3-4-cü yerləri bölüşür.Yarışda hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.Beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.xeber100.com

İyun 11, 2021 2:52

Atletika üzrə Azərbaycan birinciliyinə start verilib

İyunun 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyinə start verilib.Azərbaycan Atletika Federasiyasından Azərtac-a verilən məlumata görə, yarışda 8 komandanın heyətində 100-dən çox atlet iştirak edir.Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.xeber100.com

İyun 11, 2021 2:48

“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.O, komandada 20 nömrəli formanı geyinəcək.İyirmi beş yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilədək bu komandada çıxış edib.xeber100.com

İyun 11, 2021 2:45

“Julius Baer Challengers Chess Tour” turnirinin ikinci mərhələsində

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin ilk 5 turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Dinara Saduakasovaya (Qazaxıstan) məğlub olsa da, sonrakı görüşləri Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) 3 qələbə, 1 heç-heçə ilə başa vurub. Beş turdan 3,5 xal toplayan təmsilçimiz 3-4-cü yerləri bölüşür.Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.xeber100.com

İyun 10, 2021 3:01

Futbol üzrə “Gənclər kuboku”nun qalibi müəyyənləşib

AFFA tərəfindən təşkil edilən futbol üzrə “Gənclər kuboku”nun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər.Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Əlavə edilmiş birinci hissədə hesabı açan “Qəbələ” yekunda 1:0 hesabı ilə qələbə qazanaraq “Gənclər kuboku”nun qalibi olub.Mükafatlandırma mərasimində veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib. Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar futbolçusu kimi xüsusi mükafatla təltif edilib.xeber100.com

İyun 10, 2021 2:58

“EBSL-2021” Avropa çempionatının seçmə mərhələsində

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində "EBSL-2021" Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, millimiz Avropa çempionatının seçmə oyunlarından sonra iyunun 21-27-də dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.Komandamızın seçmə mərhələlər üçün heyətinə Elçin Qasımov, Vaqif Şirinbəyov, Elşad Manafov, Renat Sultanov, Orxan Məmmədov, Əbdül Əliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev və Sabir Allahquliyev dəvət olunublar.xeber100.com

İyun 9, 2021 2:48
    Page 185 of 831« First«...102030...183184185186187...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az