UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək

Mayın 26-da Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək.Azərtac xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı fransalı referi Kleman Türpen idarə edəcək.“Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayacaq. Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.“Mançester Yunayted” isə sonuncu dəfə 2016-2017-ci il mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.Həlledici oyundan əvvəl komandaların heyətində ciddi itkilər var. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Kapitan Hari Maquayrın da eyni səbəbdən oynamayacağı gözlənilir. “Vilyarreal”ın isə üç oyunçusu matçı buraxmalı olacaq. Visente İborra, Samuel Çukvueze və Xuan Foyt zədə üzündən ingilislərə qarşı oynamayacaq.Qeyd edək ki, “Vilyarreal” yarımfinalda “Arsenal”ı (2:1, 0:0), “Mançester Yunayted” isə “Roma”nı (6:2, 2:3) məğlub edərək finala vəsiqə qazanıblar.xeber100.com

May 26, 2021 9:43

Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Robert Peyc milliyə 28 nəfər çağırıb. Heyətdə qapıçılardan Ueyn Hennessi (“Kristal Palas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”), müdafiəçilərdən Ceyms Laurens (“Sankt Pauli”, Almaniya), Ben Devis, Co Rodon (“Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton” İngiltərə), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”) yer alıblar. Yarımmüdafiəçilərdən Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (“Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR), hücumçulardan isə Kiffer Mur, Mark Harris (“Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real Madrid”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”) heyətə çağırılıblar.“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Uels millisi İsveçrə, Türkiyə və İtaliya birlikdə A qrupunda mübarizə aparacaq.Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com

May 25, 2021 11:14

“Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsində

Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi - “The FTX Crypto Cup” turnirinin ilk 5 turu keçirilib.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparırlar.Turnirin ilk iki qarşılaşmasında H.Nakamura və A.Firuzca ilə heç-heçə edən T.Rəcəbov 3-cü turda P.Svidlerə qalib gəlib. Sonrakı turda F.Karuana ilə daha bir bərabərliyə imza atan şahmatçımız 5-ci turda prinsipial rəqibi L.Aronyanla üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.Şahmatçımız Ş.Məmmədyarov isə əvvəlcə M.Karlsen, daha sonra H.Nakamura və A.Firuzcaya uduzub. Dördüncü turda P.Svidlerlə heç-heçəyə imza atan şahmatçımız, nəhayət 5-ci turda F.Karuananı məğlub etməklə ilk qələbəsini qazanıb.“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində bitkoin bonus olacaq.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 500 min ABŞ dolları təşkil edir.Qeyd edək ki, T.Rəcəbov seriyanın ikinci - “Airthings Masters” turnirinin finalında L.Aronyanı məğlub etməklə qalib olub.xeber100.com  

May 24, 2021 9:48

İtaliya A Seriyasının sonuncu – 38-ci turunun oyunları keçirilib

Mayın 23-də futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunları keçirilib. Azərtac xəbər verir ki, “Yuventus” klubu səfərdə “Bolonya” komandasını darmadağın edib - 4:1.Federik Kyeza, Alvaro Morata (2) və Andre Rabiotun vurduğu qolla sayəsində “qoça sinyora” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Bolonya”nın təsəlli qolunu 85-ci dəqiqədə Rikkardo Orsolini vurub. Turinlilər A Seriyasını dördüncü başa vurub (78 xal).UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan digər klub - “Napoli” isə gözlənilmədən öz meydanında “Verona” komandası ilə heç-heçə edib. Neapol təmsilçisi Ali Rahmaninin 61-ci dəqiqədə vurduğu qolu sayəsində hesabda öndə çıxsa da, səkkiz dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Davide Faraoni adını tabloya yazdırıb.“Milan” klubu səfərdə “Atalanta”komandasının qonağı olub.Gərgin keçən görüş milanlılar qələbə qazanıb - 2:0.Oyunda hər iki qolun müəllifi 43-cü və 90-cı dəqiqədə Frank Kessi olub. O, hakimin təyin etdiyi hər iki penalti dəqiq yerinə yetirib.Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “Milan” çempionatı gümüş medallarla başa vurub. “Atalanta” isə 78 xalla üçüncü yeri tutub.Beləliklə, “Milan” klubu 8 illik fasilədən sonra yenidən Çempionlar Liqasında oynamaq hüququ qazanıb. “Rossoneri”lər sonuncu dəfə 2012-2013-cü il mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirak edib. Milanlılar İtaliyanın dünyada ən titullu klub komandalarından biri və ən çox beynəlxalq kubok qazanmış futbol klubudur. 1963-cü ildə UEFA Çempionlar Liqasını qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin “Milan” UEFA Çempionlar Liqasının kubokunu öz muzeyində əbədi saxlamaq hüququna malik beş Avropa klubundan biridir. UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biri (6 dəfə) olan “Milan” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı üçüncü futbol klubudur.Beləliklə, bu nəticələrdən sonra növbəti mövsüm “İnter”, “Milan”, “Atalanta” və “Yuventus” İtaliyanı UEFA Çempionlar Liqasında, “Napoli”, “Latsio”, “Roma” və “Sassuolo” isə UEFA Avropa Liqasında təmsil edəcək. A Seriyanı bu mövsüm “Benevento”, “Krotone” və “Parma” klubları tərk edir.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Kalyari” - “Genoa” - 0:1; “Krotone” - “Fiorentina” - 0:0; “Sampdoriya” - “Parma” - 3:0; “İnter” - “Udineze” - 5:1; “Sassuolo” - “Latsio” - 2:0; “Spezia” - “Roma” - 2:2; “Torino” - “Benevento” - 1:1.xeber100.com

May 24, 2021 9:46

“Champions Chess Tour” seriyasının altıncı mərhələsi start götürəcək

Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi - “The FTX Crypto Cup” start götürəcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.Turnirin birinci turunda T.Rəcəbov H.Nakamura, Ş.Məmmədyarov M.Karlsenlə mübarizə aparacaq. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq.“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində bitkoin bonus olacaq.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 500 min ABŞ dolları təşkil edir.Qeyd edək ki, Ş.Məmmədyarov seriyanın bundan əvvəlki – beşinci mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.Xatırladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.xeber100.com

May 23, 2021 7:16