Aerobika gimnastikası üzrə dünya çempionatı davam edir

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparacaq.Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya birinciliyi zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açıb.Çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcəklər.Çempionatın ikinci günündə gimnastlar qarışıq cütlük, aerodans, qruplar üzrə və kişilər fərdi proqramda təsnifat yarışında güclərini sınayacaqlar. Həmçinin üçlük, aerostep və qadınlar arasında fərdi proqramda final yarışları təşkil olunacaq.xeber100.com

May 28, 2021 11:07

UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək

Mayın 26-da Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək.Azərtac xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı fransalı referi Kleman Türpen idarə edəcək.“Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayacaq. Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.“Mançester Yunayted” isə sonuncu dəfə 2016-2017-ci il mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.Həlledici oyundan əvvəl komandaların heyətində ciddi itkilər var. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Kapitan Hari Maquayrın da eyni səbəbdən oynamayacağı gözlənilir. “Vilyarreal”ın isə üç oyunçusu matçı buraxmalı olacaq. Visente İborra, Samuel Çukvueze və Xuan Foyt zədə üzündən ingilislərə qarşı oynamayacaq.Qeyd edək ki, “Vilyarreal” yarımfinalda “Arsenal”ı (2:1, 0:0), “Mançester Yunayted” isə “Roma”nı (6:2, 2:3) məğlub edərək finala vəsiqə qazanıblar.xeber100.com

May 26, 2021 9:43