Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar. Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Bildirilib ki, seçmə komandamızın üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcəklər. İdmançılarımız bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim-məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcəklər.
Komandamız Havirova seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.xeber100.com