03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubunun aparıcı futbolçusu komandadan ayrıla bilər

Ağdamın “Qarabağ” klubunun aparıcı futbolçusu Xayme Romero komandadan ayrıla bilər.Azərtac xəbər verir ki, futbolçuya Kiprin “Apollon” klubundan təklif gəlib. Növbəti mövsüm Çempionlar Liqasında oynamağı hədəfləyən komanda mövsümün sonunda ispaniyalı futbolçunu transfer üçün danışıqlara başlayacaq.Qeyd edək ki, “Apollon” bir müddət əvvəl Ağdam klubundan ayrılan Donald Geryeni heyətinə qatıb.xeber100.com

Fevral 11, 2021 6:07

Beynəlxalq Şahmat Federasiyası şahmatçılara maliyyə dəstəyi göstərəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu il də veteran şahmatçılara illik maliyyə dəstəyi göstərəcək.Azərtac xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib.Məlumatda bildirilir ki, vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub. Bu il üçün veteran şahmatçılara göstəriləcək maliyyə vəsaitinin miqdarı hələ müəyyənləşməyib.Ötən il bu məqsədlə 56 min avro vəsait ayrılmışdı.xeber100.com

Fevral 11, 2021 6:03

“Konyaspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi İlhan Palut ilə anlaşıb. Qırx dörd yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.Qeyd edək ki, çalışdırıcı “Konyaspor”dan əvvəl “Göztəpə”, “Hatayspor” və “Ümraniyəspor” klublarında da baş məşqçi kimi çalışıb.xeber100.com

Fevral 10, 2021 6:48

“Keşlə” komandası Moldova millisinin futbolçusunu heyətinə qatıb

Bakının “Keşlə” komandası Moldova millisinin futbolçusu Yevgeni Koçuku heyətinə qatıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.Qeyd edək ki, Y.Koçuk bundan əvvəl Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. O, yığmada 25 oyun keçirib.xeber100.com

Fevral 9, 2021 7:00

“Böyük dəbilqə” turnirində Azərbaycanın 17 cüdoçusunun iştirakı planlaşdırılıb

Daşkənddə keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanın 17 cüdoçusunun iştirakı planlaşdırılıb.Azərtac xəbər verir ki, yarışda kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev, Adil Kərimli (hər ikisi 100 kq), Uşangi Kokauri, Camal Feyziyevin (100 kiloqramdan yuxarı) iştirakı nəzərdə tutulub. Qadınların yarışında isə mübarizə aparmaq üçün Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerskanın (78 kiloqramdan yuxarı) adları siyahıya daxil edilib.Yarış martın 5-dən 7-dək keçiriləcək.xeber100.com

Fevral 9, 2021 6:55

İdman gimnastikası üzrə Avropa çempionatı tamaşaçısız keçiriləcək

Bu il İsveçrədə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı tamaşaçısız keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilib ki, yerli Təşkilat Komitəsinin rəhbəri Katrin Amaker bu qərarın idmançıların sağlamlığına görə qəbul edildiyini vurğulayıb: “Tribunaların boş olması, eləcə də, azarkeşlərin mübarizəni yalnız evdən izləyə biləcəkləri üçün kədərləndik. Ancaq sağlamlıq hər şeydən vacibdir”.Turnir Bazeldə aprelin 21-25-də təşkil ediləcək. Satılmış biletlər üçün bütün pullar geri qaytarılacaq.xeber100.com

Fevral 9, 2021 6:53

“Champions Chess Tour” seriyası çərçivəsində keçiriləcək dördüncü turnirdə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçiriləcək dördüncü turnirdə iştirak edəcək.Azərtac xəbər verir ki, təmsilçimiz “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalına adlamaqla növbəti turnirə vəsiqəni əldə edib. Qeyd edək ki, seriya çərçivəsində növbəti yarış martın 13-21-də keçiriləcək.Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour”un sentyabrda keçiriləcək final mərhələsində də iştirak edəcək. O, vəsiqəni “Airthing Masters” turnirinin finalında Ermənistan şahmatçısı Levon Aronyanı məğlub etməklə qazanıb.xeber100.com

Fevral 9, 2021 6:51

Güləş üzrə millilərimiz fevralın 8-də növbəti təlim-məşq toplanışına start verib

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz fevralın 8-də növbəti təlim-məşq toplanışına start verib.Azərtac xəbər verir ki, hər iki yığmamız ölkə xaricində toplanış keçir. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edirlər. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.xeber100.com

Fevral 8, 2021 7:17

“La ville d’Orsay” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə keçirilmiş “La ville d'Orsay” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulduğu yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər. Şahmatçılarımızdan ən yaxşı nəticəni Rauf Məmmədov (8,5 xal, 8-ci yer) göstərib. Şəhriyar Məmmədyarov 7,5 xalla 26-cı yeri tutub. Onunla eyni xalı yığan Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev isə 29-cu pillədə qərarlaşıb.Yarışın qalibi 11 turdan 10 xal toplayan Gürcüstan təmsilçisi Baadur Jobava olub.xeber100.com

Fevral 8, 2021 7:15

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtrac xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsla anlaşıb.İyirmi dörd yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.Qeyd edək ki, 2020-ci ildə “Keşlə”də oynayan Dmitro Klots 2014-2020-ci illərdə ölkəsində “Karpatı” (Lvov) komandasının şərəfini qoruyub.xeber100.com

Fevral 8, 2021 7:13
    Page 217 of 830« First«...102030...215216217218219...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az