07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliyanın “Kalyari” futbol klubu heyətinə yeni futbolçu qatıb

İtaliyanın “Kalyari” klubu heyətinə yeni futbolçu qatıb.Azərtac xəbər verir ki, A Seriyası təmsilçisi qanalı qol cinah müdafiəçisi Kvadvo Asamoanı rənglərinə bağlayıb.Otuz iki yaşlı futbolçu ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub. Futbolçu “Kalyari”yə azad agent statusunda keçib.xeber100.com

Fevral 4, 2021 6:44

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, İspaniya ilə oyun saat 20:00-da, Moldova komandası ilə qarşılaşma isə saat 18:00-da başlayacaq.Hər iki qarşılaşma ASK Arenada keçiriləcək.Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq.xeber100.com

Fevral 4, 2021 6:31

“Səbail” futbol klubu 800 manat məbləğində cərimələnib

AFFA İntizam Komitəsi “Səbail” klubunu 800 manat məbləğində cərimələyib.Azərtac xəbər verir ki, buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.“Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları dörddəbir finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.xeber100.com

Fevral 4, 2021 6:25

İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb

İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Ceyson Tindell istefaya göndərilib. Klub rəhbərliyi komandanın cari Çempionşip mövsümündəki nəticələrini analiz edəndən sonra bu qərarı verib. Boş qalmış posta kimin gətiriləcəyi haqda məlumat verilmir.Qırx üç yaşlı Tindell 2012-ci ildən “Bornmut”da köməkçi-məşqçi kimi çalışıb. 2020-ci ilin avqustunda isə baş məşqçi vəzifəsinə gətirilib.Qeyd edək ki, “Bornmut” 42 xalla 6-cı pillədə qərarlaşıb. Komanda lider “Norviç”dən 13 xal geri qalır.xeber100.com

Fevral 3, 2021 6:59

Beynəlxalq Hokkey Federasiyanın növbəti iclası keçirilib

Beynəlxalq Hokkey Federasiyanın növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, toplantıda bu il keçirilməli olan hokkey üzrə dünya çempionatının məkanı ilə bağlı məsələ müzakirə olunub. Belarusdan alınan dünya çempionatına Danimarka və Slovakiya ev sahibliyi etmək istəsə də, Beynəlxalq Hokkey Federasiyası onların təklifini qəbul etməyib. Nəticədə qərara alınıb ki, Belarusla birgə mundialı şərikli keçirmək hüququ əldən Latviya özü yarışlara ev sahibliyi etsin.Beləliklə də, A və B qruplarının oyunları Riqa şəhərində keçiriləcək. Mundial mayın 21-də start götürəcək.xeber100.com

Fevral 3, 2021 6:51

“Barselona”nın futbolçusu “Nitsa” futbol klubuna keçib

“Barselona”nın gənc futbolçusu Jan-Kler Todibo “Nitsa” klubuna keçib.Azərtac xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.Fransa təmsilçisi 21 yaşlı müdafiəçini satınalmaq şərti ilə mövsümün sonunadək icarəyə götürüb.Qeyd edək ki, Jan-Kler Todibo sonuncu dəfə icarə əsasında “Benfika”da çıxış edib.xeber100.com

Fevral 2, 2021 4:22

İngiltərənin “Liverpul” futbol klubu heyətinə yeni futbolçu qatıb

İngiltərənin “Liverpul” futbol klubu heyətinə yeni futbolçu qatıb.Azərtac xəbər verir ki, klub Çempionşip təmsilçisi “Preston”dan Ben Devisin transferini sona çatdırıb.İyirmi beş yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.xeber100.com

Fevral 2, 2021 4:20

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin boks üzrə işçi qrupu (BTF) verib.Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ötən ilin martında Böyük Britaniyanın paytaxtı Londonda başlayan təsnifat turnirinin elə eyni məkanda davam etdirilməsi nəzərdə tutulmuşdu. Lakin Birləşmiş Krallıqda tüğyan edən infeksiya aprelə planlaşdırılan yarışın təşkilini mümkünsüz edir.BTF turnir üçün yeni təşkilatçı şəhərin axtarışına başlayıb. Yeni şəhərin adı fevralın 17-də təsdiqlənməlidir. Bu, qurumun bəyanatında əksini tapıb: “BTF qərara alıb ki, “Tokio-2020”nin apreldəki boks üzrə Avropa Olimpiya Təsnifat Turniri artıq Londonda keçirilməsin. Qərar Böyük Britaniyaya gediş-gəliş və digər məhdudiyyətlərin qoyulması ilə bağlıdır. İndi digər mümkün variantlar nəzərdən keçirilir”.Xatırladaq ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.xzeber100.com

Fevral 2, 2021 4:18

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası təqvimini dərc edib

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) yarışların yenilənmiş təqvimini dərc edib.Azərtac xəbər verir ki, təqvimə əsasən, bu il mayın 20-28-də paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.Qran-Pri turnirinin mayın 24-25-də keçirilməsi planlaşdırılır. Turnir “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.Qeyd edək ki, cari ilin mayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.xeber100.com

Fevral 2, 2021 4:16

Misirdə keçirilən həndbol üzrə 27-ci dünya çempionatı başa çatıb

Misirdə keçirilən kişilər arasında həndbol üzrə 27-ci dünya çempionatı başa çatıb.Azərtac xəbər verir ki, çempionatın final oyununda Danimarka və İsveç yığma komandaları qarşılaşıblar. Dünya çempionu danimarkalılar 26:24 hesabı ilə qalib gələrək titullarını qoruyublar. Bürünc medal uğrunda matçda isə İspaniya yığması Fransa komandasına 35:29 hesabı ilə qalib gəlib.Çempionatın bağlanış mərasimində Beynəlxalq Həndbol Federasiyasının prezidenti Həsən Mustafa növbəti mundialın iki ildən sonra İsveç və Polşada keçiriləcəyini bəyan edib.Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax pandemiya şəraitində dünya çempionatını yüksək səviyyədə təşkilinə görə Misir hökumətinə təşəkkürünü bildirib.xeber100.com

Fevral 1, 2021 6:28
    Page 219 of 831« First«...102030...217218219220221...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az