03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” futbol klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib

Gəncənin “Kəpəz” futbol klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib.Azərtac xəbər verir ki, yubiley dörddəbir final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan “Kəpəz” 0:2 hesabı ilə uduzub.Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıblar.Qeyd edək ki, “Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.xeber100.com

Fevral 8, 2021 7:10

Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşması keçirilib

Fevralın 6-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, günün birinci matçında "Qəbələ" öz meydanında Ağdamın "Qarabağ" klubunu qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin qapısından üç cavabsız top keçirib. "Qarabağ"ın qollarını Maksim Medvedev (6) və Patrik Andrade (45+4, 48) vurublar.Beləliklə, birinci oyunda da Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edən ağdamlılar yarımfinala vəsiqə qazanıblar.Günün digər matçında isə "Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.Ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. Bu oyunlarda "Kəpəz" klubu "Keşlə"ni, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.xeber100.com

Fevral 6, 2021 4:35

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsində

Fevralın 6-da start götürəcək “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov beş oyun keçirəcək.Azərtac xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaum ilə qarşılaşacaq. İlk qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.Qeyd edək ki, böyük maraqla gözlənilən Teymur Rəcəbov - Levon Aronyan qarşılaşması fevralın 8-də 15-ci turun oyunları çərçivəsində baş tutacaq. Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.xeber100.com

Fevral 6, 2021 4:32

Türkiyə çempionatında XXIII tur çərçivəsində

Fevralın 4-də futbol üzrə Türkiyə çempionatında XXIII tur çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini minimal hesabla məğlub edib. Trabzon təmsilçisinin yeganə qolunu 61-ci dəqiqədə Anastasios Bakasetas vurub.Günün digər oyununda "Göztəpə" və "Yeni Malatyaspor" klubları qarşılaşıblar. Bu matçda isə qalib müəyyənləşməyib - 2:2.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Beşiktaş” qərarlaşıb.xeber100.com

Fevral 5, 2021 6:27

2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramı genişləndiriləcək

Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramını genişləndirməyə davam edir.Azərtac xəbər verir ki, atıcılıq idman növü də Polşanın Krakov şəhərində keçiriləcək Oyunların proqramına daxil edilib. Atıcılıq bundan əvvəlki Oyunlarda – “Bakı-2015” və “Minsk-2019”da yer alıb.III Avropa Oyunlarının proqramına qeyd etdiyimiz idman növü ilə yanaşı, müasir beşnövçülük, taekvondo, karate, çimərlik həndbolu, badminton, boks, kamandan oxatma, sinxron üzgüçülük, basketbol - 3x3, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, dağ qaçışı, reqbi-7, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da daxildir.Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.xeber100.com

Fevral 4, 2021 6:51

İtaliyanın “Kalyari” futbol klubu heyətinə yeni futbolçu qatıb

İtaliyanın “Kalyari” klubu heyətinə yeni futbolçu qatıb.Azərtac xəbər verir ki, A Seriyası təmsilçisi qanalı qol cinah müdafiəçisi Kvadvo Asamoanı rənglərinə bağlayıb.Otuz iki yaşlı futbolçu ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub. Futbolçu “Kalyari”yə azad agent statusunda keçib.xeber100.com

Fevral 4, 2021 6:44

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, İspaniya ilə oyun saat 20:00-da, Moldova komandası ilə qarşılaşma isə saat 18:00-da başlayacaq.Hər iki qarşılaşma ASK Arenada keçiriləcək.Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq.xeber100.com

Fevral 4, 2021 6:31

“Səbail” futbol klubu 800 manat məbləğində cərimələnib

AFFA İntizam Komitəsi “Səbail” klubunu 800 manat məbləğində cərimələyib.Azərtac xəbər verir ki, buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.“Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları dörddəbir finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.xeber100.com

Fevral 4, 2021 6:25

İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb

İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Ceyson Tindell istefaya göndərilib. Klub rəhbərliyi komandanın cari Çempionşip mövsümündəki nəticələrini analiz edəndən sonra bu qərarı verib. Boş qalmış posta kimin gətiriləcəyi haqda məlumat verilmir.Qırx üç yaşlı Tindell 2012-ci ildən “Bornmut”da köməkçi-məşqçi kimi çalışıb. 2020-ci ilin avqustunda isə baş məşqçi vəzifəsinə gətirilib.Qeyd edək ki, “Bornmut” 42 xalla 6-cı pillədə qərarlaşıb. Komanda lider “Norviç”dən 13 xal geri qalır.xeber100.com

Fevral 3, 2021 6:59

Beynəlxalq Hokkey Federasiyanın növbəti iclası keçirilib

Beynəlxalq Hokkey Federasiyanın növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, toplantıda bu il keçirilməli olan hokkey üzrə dünya çempionatının məkanı ilə bağlı məsələ müzakirə olunub. Belarusdan alınan dünya çempionatına Danimarka və Slovakiya ev sahibliyi etmək istəsə də, Beynəlxalq Hokkey Federasiyası onların təklifini qəbul etməyib. Nəticədə qərara alınıb ki, Belarusla birgə mundialı şərikli keçirmək hüququ əldən Latviya özü yarışlara ev sahibliyi etsin.Beləliklə də, A və B qruplarının oyunları Riqa şəhərində keçiriləcək. Mundial mayın 21-də start götürəcək.xeber100.com

Fevral 3, 2021 6:51
    Page 218 of 830« First«...102030...216217218219220...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az