05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatı əsasında…

Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. U-13 milli komandamız avqustda Fransanın Strasburq şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız sözügedən yarışa hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcəklər. Komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasının Şanxay şəhərinə yola düşüblər. İyulun 4-dən avqustun 15-dək keçiriləcək təlim-məşq toplanışında məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi altında Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli və Onur Quluzadə iştirak edəcəklər.xeber100.com

İyul 4, 2023 2:49

UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsində

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb. R.Cabarov UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Vlazniya" (Albaniya) - “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. "Vlazniya" - “Linfild” matçı iyulun 20-də Albaniyada təşkil olunacaq.xeber100.com

İyul 4, 2023 2:47

Beynəlxalq Şahmat Federasiyası yeni sistem tətbiq etməyə hazırlaşır

Beynəlxalq Şahmat Federasiyası (FIDE) təşkilatın hamiliyi ilə keçirilən yarışlarda hakimə videokömək sistemini (VAR) tətbiq etməyə hazırlaşır. idChess” yeni texnologiyasının sınaqdan keçiriləcəyi ilk turnir gənclər arasında Qərbi Asiya şahmat çempionatı olacaq.VAR sisteminin şahmatda istifadəsi FIDE-nin press-relizinə müvafiq olaraq üç mərhələdə keçiriləcək: 1) Rəqibin qayda pozuntusunu qeyd etmək məqsədilə oyunçulardan birinin hakimə apelyasiyası; 2) VAR sisteminin icmalı və tövsiyəsi (“idChess” platformasından istifadə olunmaqla yayım zamanı hakim oyunun yayımını mobil əlavədə dayandıra və VAR sistemindən istifadə etməklə oyunçuların davranışını göstərən videoyazıya baxa bilər).xeber100.com

İyul 4, 2023 2:43

Güləş üzrə U-20 Avropa çempionatı sona çatıb

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb. Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da tarixi uğura imza atıb. Komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır. Qeyd edək ki, Arif Abdullayev, Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamızın heyətində Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutub.xeber100.com

İyul 3, 2023 1:37

“Qəbələ” futbol klubu növbəti transferini həyata keçirib

“Qəbələ” klubu növbəti transferini həyata keçirib. Klubun saytı bildirir ki, 2023/2024 mövsümünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan 28 yaşlı braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub. Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.xeber100.com

İyul 3, 2023 1:10

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar. Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Bildirilib ki, seçmə komandamızın üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcəklər. İdmançılarımız bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim-məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcəklər. Komandamız Havirova seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.xeber100.com

İyul 3, 2023 1:07

Azərbaycan Boks Federasiyasının məlumatına görə…

Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb. Azərbaycan Boks Federasiyasından bildirilib ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir. Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar. Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar. Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib.xeber100.com

İyul 2, 2023 3:17

Formula 1 üzrə qalib müəyyənləşib

Formula 1 üzrə Avstriya Qran Prisinin qalibi müəyyənləşib. “Red Bull” komandasının pilotu Maks Ferstappen Qran Prinin qalibi olub. “Ferrari”nin Monakodan olan pilotu Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü “Red Bull”un meksikalı pilotu Serxio Peresi qapayıb.xeber100.com

İyul 2, 2023 3:14

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb. Bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir. Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.xeber100.com

İyul 1, 2023 3:23

Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda - Avstriya Qran-Prisində sprint yarışında qalib gəlib. İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub. Bu mövsüm sprint əsas yarış üçün təsnifat deyil. Dünya çempionatı cədvəlindəki xalları sprintin sonunda ilk səkkiz yeri tutan idmançılar alır. Qalib səkkiz xal qazanır, səkkizinci olan bir xal qazanır. Dünya çempionatının ümumi hesabında Ferstappen liderliyini möhkəmləndirib, hollandiyalı 203 xal toplayıb. Peres 133 xalla ikinci, Aston Martin komandasının üzvü Fernando Alonso isə 121 xalla üçüncüdür.xeber100.com

İyul 1, 2023 3:20
    Page 22 of 830« First«...10...2021222324...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az