Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il yanvarın 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.Digər şahmatçılarımız isə reytinq siyahısında geriləyiblər. Nicat Abasov 2668 xalla 70-ci (sonuncu siyahıda 61-ci), Qədir Hüseynov 2665 xalla 74-cü (62), Rauf Məmmədov 2654 xalla 92-cidir (79). Reytinq siyahısında irəliləyən yeganə şahmatçı Arkadi Naydiçdir. Aktivində 2649 xal olan şahmatçımız mövqeyini 15 pillə yaxşılaşdıraraq 100-cü sırada qərarlaşıb.Qadın şahmatçılarının reytinq siyahısında isə ilk yüzlükdə üç təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2443) beş pillə geriləyək 31-ci yerdədir. Siyahıda 79-cu pillədə qərarlaşan Gülnar Məmmədova (2382) 13, 90-cı yerdəki Xanım Balacayeva (2376) isə 17 pillə geriləyiblər.Ölkələrin siyahısında isə Azərbaycan 2656 xalla yeddincidir.Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir. Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur. Milli federasiyaların reytinqində isə Rusiya (2736) liderdir.xeber100.com

Yanvar 2, 2021 7:42

“Xarı bülbül” adlı beynəlxalq turnir keçiriləcək

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “Counter Strike: Global Offensive” oyunu üzrə “Xarı bülbül” adlı beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Özbəkistan təmsilçiləri də iştirak edəcəklər. Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Bu turnirə həmin ölkələrin milli seçmə turnirlərinin qalibləri qatılacaqlar. Dekabrın 24-də başlayacaq yarış beş gün davam edəcək.Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.Azərbaycanda 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.xeber100.com

Dekabr 23, 2020 12:13