UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub

Dekabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə E, F, G, və H qruplarında görüşlər keçirilib. H qrupunda yer alan Türkiyənin “Başakşehir” klubu Almaniyanın “Leypsiq” komandası ilə görüşüb. Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi səkkizdəbir finala çıxmaq şansını itirib. Matçda ilk qol 26-cı dəqiqədə vurulub. Qonaqlardan Marsel Zabitser komandasını önə çıxarıb. Görüşün 43-cü dəqiqəsində Nordi Mukiele fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Başakşehir"in heyətində İrfan Can Kahveci buraxılan qollardan birinin əvəzini çıxıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. Oyunun 66-cı dəqiqəsində "Leyptsiq" 3-cü dəfə Türkiyə klubunu cəzalandırıb. Altı dəqiqə sonra Kahveci dubl edib. Yarımmüdafiəçi 85-ci dəqiqədə daha bir qol vuraraq, het-trikini rəsmiləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə qonaqların heyətində Aleksander Sörlot son nöqtəni qoyub. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Leyptsiq" 3-cü pilləyə qalxıb. "Başakşehir" isə 3 xalla sonuncudur. Bu qrupun digər oyununda “Paris Sen-Jermen” (Fransa) səfərdə “Mançester Yunayted” (İngiltərə) komandasından üstün olub - 1:4. Beləliklə, beş turdan sonra “Paris Sen-Jermen”, “Mançester Yunayted” və “Leyptsiq”in 9 xalı var. Bu qrupun taleyi son turda həll olunacaq. E qrupunda isə Rusiya "Krasnodar"ı evdə Fransanın "Renn" klubuna 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 71-ci dəqiqə Markus Berq vurub. Bu qələbədən sonra 4-cü xalını qazanan meydan sahibləri UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Qrupun digər oyununda ötən tur səkkizdəbir finala vəsiqələrini təmin edən “Çelsi” və “Sevilya” komandaları üz-üzə gəlib. Görüş London təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4.xeber100.com

Dekabr 3, 2020 2:41

“Qarabağ” futbol klubu İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq

Dekabrın 3-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı baş məşqçi Qurban Qurbanovun texniki zonada yer almaması olacaq. Qırx səkkiz yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcəklər. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus testinin nəticəsi pozitiv çıxan Musa Qurbanlının son iki testi neqativ nəticələnsə də, futbolçu məşqlərdən uzaq olduğu üçün heyətdə yer almayıb. Bədavi Hüseynov və Patrik Andrade isə zədə üzündən matçı buraxmalı olacaqlar. Əvəzində koronavirusdan sağalmış Rahil Məmmədov kollektivə qoşulub.Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi ikinci yer uğrunda mübarizə aparan “Makkabi” və Türkiyənin “Sivasspor” klubları üçün əhəmiyyət daşıyır. Hazırda I qrupa 10 xalla İspaniyanın “Vilyarreal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 7 xalla ikinci, “Sivasspor” klubu isə 6 xalla üçüncü sırada qərarlaşıb. “Qarabağ” isə bütün görüşlərdə uduzub.xeber100.com

Dekabr 3, 2020 2:38

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində

Dekabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində daha 8 qarşılaşma oynanılacaq.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə E, F, G, və H qruplarında görüşlər keçiriləcək.E qrupunda “Sevilya” klubu “Çelsi” komandasını qəbul edəcək. Hər iki komanda səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib. Hər iki komandanın aktivində 10 xal var. Qrupun digər oyununda Fransanın “Renn” klubu səfərdə “Krasnodar”ın (Rusiya) qonağı olacaq.F qrupunda doğma divarlar arasında İtaliyanın “Latsio” klubu ilə qarşılaşacaq “Borussiya Dortmund” komandası qələbə qazanacağı təqdirdə mərhələ adlayacaq. Eyni sözləri Roma təmsilçisi barədə də söyləmək olar. Hətta “Brügge” (Belçika) – “Zenit” (Rusiya) matçının nəticəsindən asılı olaraq, ilk iki sırada qərarlaşmış komandaların hər ikisi pley-off mərhələsinə yüksəlmək şansına malikdir.G qrupunda da ilk iki pillənin sahibi müəyyənləşib. Bunlar “Barselona” və “Yuventus” klublarıdır. Kataloniya təmsilçisinin 12, Turin təmsilçinin isə 9 xalı var. Qrup liderləri bu turda müvafiq olaraq “Fenertsvaroş” (Macarıstan) və “Dinamo Kiyev” (Ukrayna) ilə qarşılaşacaqlar.H qrupunda isə İngiltərənin “Mançester Yunayted” klubu evdə Fransanın “Paris Sen-Jermen” komandasını məğlub edəcəyi təqdirdə, adını pley-offa yazdıracaq. Qrupun digər oyununda isə “Başakşehir” Türkiyədə Almaniyanın “Leypsiq” komandası ilə görüşəcək. Bu qrupda səkkizdəbir final mərhələsinə ikinci vəsiqə sonuncu turda həll oluna bilər.xeber100.com

Dekabr 2, 2020 11:10

“Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə "Sivasspor"u ilə qarşılaşacaq.Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.xeber100.com

Noyabr 26, 2020 1:59

“Qarabağ Azərbaycandır!” beynəlxalq şahmat turniri keçiriləcək

Dekabrın 5-6-da “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 17 yaşadək şahmatçılar arasında keçiriləcək yarış seçmə və final olmaqla iki mərhələdən ibarət olacaq. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin hər birindən isə 10 şahmatçı iştirak edəcək. Bu mərhələ üzrə ilk 30 yeri tutmuş şahmatçı finala vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak hüququ qazanacaqlar.Turnirin “YouTube” vasitəsilə birbaşa yayımlanması nəzərdə tutulub. Yarışın əsasnaməsinə uyğun olaraq, qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.“Qarabağ Azərbaycandır!” onlayn turnirinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunacaq.xeber100.com

Noyabr 26, 2020 1:52