05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, baş məşqçi Milan Obradoviçin komandası “Nitra” stadionunda Slovakiya millisinin qonağı olacaq.Azərbaycan yığması meydana itki ilə çıxacaq. Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyevin koronavirus testi müsbət nəticələnib və yarımmüdafiəçi toplanışa qatıla bilməyib.Qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.Azərbaycan komandası ikinci qrupda 7 oyundan sonra 6 xalla dördüncü, Slovakiya isə 6 oyundan sonra 6 xalla beşinci pillədə qərarlaşıb. Komandalar arasında Bakıda keçirilən matçda Azərbaycan yığması qələbə qazanmışdı - 2:1.xeber100.com

Oktyabr 8, 2020 9:22

Tokio Yay Olimpiya Oyunlarının xərcləri azaldılacaq

Tokio Yay Olimpiya Oyunlarının xərcləri 284 milyon dollar azaldılacaq.Azərtac xəbər verir ki, bu barədə Tokio Olimpiadasının Təşkilat Komitəsinin baş katibi Toşiro Muto mətbuat konfransında məlumat verib.O, qeyd edib ki, yarışın formatını sadələşdirmək üçün təqdim etdikləri plan 52 bənddən ibarətdir. Burada söhbət xüsusilə, xarici nümayəndə heyətləri və Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin Oyunlarda iştirakını 10-15 faiz azaltmaqdan gedir. Bununla yanaşı, idman obyektlərinin daha qənaətli işıqlandırılması yolu ilə xərclərin azaldılması da gözlənilir.Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il sonraya təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.xeber100.com

Oktyabr 7, 2020 9:29

“Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İsrailin “Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının “Bidvest Uits” klubundan Rouen Hümanı heyətinə qatıb. On doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.Xatırladaq ki, “Qarabağ” klubu “Makkabi” ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.xeber100.com

Oktyabr 7, 2020 9:23

“France Football” nəşri tarixin 10 ən yaxşı müdafiəçisinin adını təqdim edir

Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 müdafiəçisinin adını açıqlayıb.Azərtac xəbər verir ki, ən yaxşı müdafiəçilərin siyahısında Franko Baresi (İtaliya), Bobbi Moore (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Daniel Passarella (Argentina), Fabio Kannavaro (İtaliya), Mattiaz Sammer (Almaniya), Marsel Desailli (Fransa), Qaetano Şirea (İtaliya), Ronald Koeman (Hollandiya) və Serxio Ramos (İspaniya) yer alıblar.Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçu “Real Madrid”in müdafiəçisi Serxio Ramosdur. Müdafiəçi 2005-ci ilin yayında “Sevilya”dan Madrid təmsilçisinə keçib. “Real Madrid” bu transfer üçün 27 milyon avro ödəyib.Qeyd edək ki, 34 yaşlı müdafiəçi cari mövsümdə Madrid klubunun heyətində keçirdiyi dörd oyunda 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.xeber100.com

Oktyabr 6, 2020 3:01

“Universiada-2023”ün hazırlanmasına 38 milyard rubl xərclənəcək

Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün obyektlərinin inşası və hazırlanmasına xərclənəcək vəsaitin miqdarı 38 milyard rubldan çox olacaq.Azərtac xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.İnşaat işlərinin cədvələ uyğun aparıldığını və gecikmələrin olmadığını bildirən qubernator obyektlərin inşası və hazırlanması üçün ilkin vəsaitin ümumi məbləğinin 38 milyard rubldan bir az çox olacağını vurğulayıb.O, əlavə edib ki, 2020-ci ilin dekabrında voleybol akademiyası, 2021-ci ildə futbol və sambo mərkəzləri, 2022-2023-cü illərdə cüdo mərkəzi, Atletlər kəndi və digər obyektlər təhvil veriləcək.Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.xeber100.com

Oktyabr 6, 2020 2:58

ABŞ tennisçi Fransa açıq çempionatından imtina edib

ABŞ tennisçi Serena Vilyams Fransa açıq çempionatından (“Roland Garros”) imtina edib.Azərtac xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib. Otuz doqquz yaşlı idmançının turnirdən kənarlaşdırılmasına səbəb onun zədələnməsi olub. Qeyd edilib ki, tennisçi “Roland Garros”dan əvvəl reabilitasiya keçsə də, yarışa tam hazır olduğuna əmin deyil.Amerikalı iki həftə əvvəl “US Open”in yarımfinalında zədələnib.Tennisçi Qadın Tennis Birliyinin (WTA) reytinqində doqquzuncu yerdədir, təşkilatın himayəsi altında keçirilən 73 turnirin qalibidir. O, “Böyük dəbilqə”də fərdi yarışda 23 qələbə qazanıb.Serena Vlyams üç dəfə “Roland Garros”un qalibi olub, bir dəfə finalda məğlub olub. Amerikalı tennis ustası dördqat Olimpiya çempionudur.xeber100.com

Oktyabr 1, 2020 11:24

UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

Oktyabrın 1-də futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Polşanın “Legiya” komandası ilə qarşılaşacaq.Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Görüş Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Tobias Ştiler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.Oyun öncəsi “Qarabağ”ın heyətində itki var. Mahir Emreli zədə səbəbindən oyunu buraxmalı olacaq. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir. Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.xeber100.com

Oktyabr 1, 2020 11:21

Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib

Cüdo üzrə Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib.Azərtac Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, cüdoçularımızın da böyük hiddətinə səbəb olub.Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə cüdo üzrə Azərbaycan milli komandasının üzvləri xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.xeber100.com

Oktyabr 1, 2020 11:20

Bədii gimnastika üzrə Avropa çempionatı Kiyevdə təşkil ediləcək

Bədii gimnastika üzrə Avropa çempionatı planlaşdırıldığı kimi Kiyevdə təşkil ediləcək.Azərtac xəbər verir ki, bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.Turnir Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.Avropa çempionatının Kiyevdə mayın 21-dən 24-dək keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən turnir təxirə salınmışdı. Yenilənmiş cədvəldə yarışın noyabrın 26-29-da keçirilməsi planlaşdırılır.Qitə birinciliyində 39 ölkədən idmançılar iştirak edəcəklər.xeber100.com

Sentyabr 29, 2020 8:09

Serbiya sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Serbiyanın Novi Sad şəhəri bu il keçiriləcək sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.Turnirin əvvəlcə Aşqabadda keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən Türkmənistan Sambo Federasiyası yarışın təşkilindən imtina edib.Dünya çempionatı noyabrın 5-dən 8-dək keçiriləcək.xeber100.com

Sentyabr 29, 2020 8:04
    Page 233 of 830« First«...102030...231232233234235...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az