Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Tomas Müller “Sevilya” üzərindəki qələbə (2:1) sayəsində UEFA superkubokunu qazanıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu, 31 yaşlı hücumçunun karyerasında 26-cı titulu olub. Bu göstəricidə o, sabiq komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Onların hər ikisi Almaniya futbol tarixinin ən çox titula sahib olun futbolçularıdır.“Bavariya”nın yetirməsi olan T.Müller 2008-ci ildən bu klubun əsas komandasında oynayır. Son 12 ildə o, 9 dəfə Almaniya çempionu olub. Altı dəfə ölkə kuboku, 5 dəfə ölkə superkubokunu qazanıb. Hücumçu hərəsi 2 dəfə olmaqla UEFA Çempionlar Liqasının və UEFA Superkubokunun, 1 dəfə isə klublararası dünya çempionatının da qalibi olub. Bundan başqa, 2014-cü ildə o, Almaniya millisi ilə dünya çempionatında birinci yeri tutub.xeber100.com