05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirir

Türkiyənin “Beşiktaş” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçsi “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib. Kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib.Qeyd edək ki, Abubakar 2016-2017-ci il mövsümündə də “Beşiktaş”da çıxış edib.xeber100.com

Sentyabr 25, 2020 3:08

Basketbol üzrə Çempionlar Liqasının formatı dəyişdirilib

Basketbol üzrə Çempionlar Liqasının müntəzəm çempionatının 2020-2021-ci il mövsümünün formatı pandemiya səbəbindən dəyişdirilib.“Eurohoops” saytı xəbər verir ki, müntəzəm çempionat qısa formatda təşkil olunacaq. Belə ki, komandaların az oyun keçirməsi basketbolçuların infeksiyaya yoluxmasının qarşısının alınmasına kömək edəcək. Komandalar 8 qrupa bölünəcək və hər qrupda 4 klub yer alacaq.Qeyd edək ki, standart formatda isə komandalar 4 qrupa bölünürdü. Hər qrupda 8 komanda mübarizə aparırdı.xeber100.com

Sentyabr 25, 2020 3:04

UEFA Avropa Liqasının hakim təyinatları açıqlanıb

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, Ağdam təmsilçisinin Polşanın “Legiya” klubu ilə keçirəcəyi görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.xeber100.com

Sentyabr 25, 2020 3:02

Fənərbağça” klubu “Aston Villa” komandasından transfer edib

Türkiyənin “Fənərbağça” futbol klubu İngiltərənin “Aston Villa” komandasından Mbvana Samattanı transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı tanzaniyalı hücumçu ilə dördillik müqavilə imzalayıb. Bu keçid qarşılığında “Aston Villa”ya 6 milyon avro ödəniləcək.M.Samatta 2021-ci ilin yayınadək icarə əsasında “Fənərbağça”da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək.Qeyd edək ki, Mbvana Samatta “Aston Villa”ya bu ilin əvvəlində keçib.xeber100.com

Sentyabr 25, 2020 3:00

“Bavariya” futbol klubunun hücumçusu UEFA superkubokunu qazanıb

Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Tomas Müller “Sevilya” üzərindəki qələbə (2:1) sayəsində UEFA superkubokunu qazanıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu, 31 yaşlı hücumçunun karyerasında 26-cı titulu olub. Bu göstəricidə o, sabiq komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Onların hər ikisi Almaniya futbol tarixinin ən çox titula sahib olun futbolçularıdır.“Bavariya”nın yetirməsi olan T.Müller 2008-ci ildən bu klubun əsas komandasında oynayır. Son 12 ildə o, 9 dəfə Almaniya çempionu olub. Altı dəfə ölkə kuboku, 5 dəfə ölkə superkubokunu qazanıb. Hücumçu hərəsi 2 dəfə olmaqla UEFA Çempionlar Liqasının və UEFA Superkubokunun, 1 dəfə isə klublararası dünya çempionatının da qalibi olub. Bundan başqa, 2014-cü ildə o, Almaniya millisi ilə dünya çempionatında birinci yeri tutub.xeber100.com

Sentyabr 25, 2020 2:58

“Neftçi” futbol klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb

“Neftçi” futbol klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla “Nobel İlaç” əczaçılıq şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib.Azərtac kluba istinadla xəbər verir ki, tərəflər birillik müqaviləyə imza atıblar.Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək.“Neftçi TV” və kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.xeber100.com

Sentyabr 25, 2020 2:56

UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşularaq rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.xeber100.com

Sentyabr 24, 2020 2:00

Formula 1 Emili-Romani Qran-Prisinə biletlər sürətlə satılır

İtaliyanın İmola şəhərində keçiriləcək Formula 1 Emili-Romani Qran-Prisinə biletlər sürətlə satılır.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Emili-Romani Qran-Prisinə onlayn bilet satışına sentyabrın 23-də başlanıb. Artıq ilk gündən biletlərə tələbin olduqca yüksək olduğu görünür. Belə ki, ötüşmələrin çox hissəsinin baş verdiyi Rivazza keçidində yerləşən “H” tribunasında bütün oturacaqlara biletlər bir neçə saata satılıb.Region rəhbərliyi yarışların hər günündə 13 min 417 tamaşaçının arenaya buraxılmasına qərar verib. Yarış noyabrın 1-də keçiriləcək, lakin göründüyü kimi yarışa çox yaxın vaxtlarda bilet qalmayacaq.xeber100.com

Sentyabr 24, 2020 1:49

“Renn” futbol klubunun qapıçısı “Çelsi” klubuna keçib

Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendi İngiltərə təmsilçisi “Çelsi”yə keçib.Azərtac xəbər verir ki, bu barədə məlumatı londonluların baş məşqçisi Frenk Lempard verib.Gənc mütəxəssis bildirib ki, Seneqal millisinin üzvünün keçidi həll olunub. İyirmi səkkiz yaşlı qolkiper tezliklə İngiltərəyə yollanaraq yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.Bu keçid “Renn”ə 30 milyon avro qazandıracaq. Bununla Mendi Fransa klublarının satdığı ən bahalı qapıçı kimi tarixə düşəcək.Qeyd edək ki, “Renn” Eduard Mendini 2019-cu ildə 4 milyon avro qarşılığında “Reyms”dən alıb.xeber100.com

Sentyabr 23, 2020 1:45

Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis yarışı keçirilir

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis yarışı keçirilir.Azərtac xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışın birinci günündə divizionlara bölünmə ilə əlaqəli test görüşləri keçirilib.Yetmişdən çox atletin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.xeber100.com

Sentyabr 23, 2020 1:35
    Page 235 of 830« First«...102030...233234235236237...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az