05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Milli Basketbol Assosiasiyasının məlumaatı əsasında…

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatının nəticələrinə əsasən mövsümün debütant oyunçularının rəmzi heyəti açıqlanıb.Azərtac xəbər verir ki, mövsümün ən dəyərli gənc basketbolçusu adını alan “Memfis”in oyun qurucusu Ca Morantla yanaşı, siyahıda onun komanda yoldaşı Brendon Klark, “Mayami”dən Kendrik Nann, “Nyu Orlean”dan Zayon Uilyams və “Qolden Steyt”dən Erik Paskall da yer alıblar.İkinci rəmzi beşlikdə isə “Mayami”də Tayler Hirro, “Toronto”dan Terrens Devis, “Çikaqo”dan Kobi Uayt, “Şarlott”dan Pi Cey Vaşinqton və “Vaşinqton”dan Ryu Xaçimura qərarlaşıblar.xeber100.com

Sentyabr 17, 2020 3:38

Şahmatçıları arasında yoldaşlıq görüşünə start verilib

Azərbaycan və Qazaxıstan şahmatçıları arasında yoldaşlıq görüşünə start verilib.Azərtac xəbər verir ki, onlayn turnirdə hər iki ölkənin 16 yaşadək oğlan və qız şahmatçıları mübarizəyə qoşulub. “Lichess.org” platforması vasitəsilə keçirilən oyunları beynəlxalq qrossmeyster Nicat Abasov şərh edir.xeber100.com

Sentyabr 17, 2020 3:36

Ümumdünya Sülh Gününə həsr olunmuş futbol turniri start götürüb

Sentyabrın 16-da Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 21 sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş oğlanlar arasında futbol turniri start götürüb.Azərtac xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak edirlər. Turnirdə ümumilikdə 300-dən çox atlet mübarizə aparır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.xeber100.com

Sentyabr 16, 2020 10:02

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena” stadionunda olacaq.Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Scran Yovanoviç olacaq.Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.xeber100.com

Sentyabr 16, 2020 9:59

UEFA Super Kubokunda hakim təyinatları açıqlanıb

UEFA Super Kubokunda “Bavariya” və “Sevilya” arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.Azərtac UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.Qeyd edək ki, UEFA Super Kuboku sentyabrın 24-də Budapeştdə keçiriləcək.xeber100.com

Sentyabr 15, 2020 10:04

“Barselona” futbol klubunun yeni transferi müəyyənləşib

İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Miralem Pyaniçin komandada geyinəcəyi formanın nömrəsi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 30 yaşlı bosniya və herseqovinalı yarımmüdafiəçi Kataloniya klubunun heyətində 8 nömrəli formanı geyinəcək.Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsində İtaliyanın “Yuventus” komandasından “Barselona”ya keçib. Bu transferin qiyməti 60 milyon avro olub. M.Pyaniç ötən mövsümdə İtaliya A Seriyasında “Yuventus”un heyətində iştirak etdiyi 30 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.xeber100.com

Sentyabr 15, 2020 10:02

“Lill” futbol klubu daha bir türkiyəli futbolçunu transfer edib

Türkiyənin "Qalatasaray" futbol klubu ilə müqavilə müddəti bitən Mustafa Kapı Fransanın "Lill" komandasına transfer olunub.Azərtac Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı türkiyəli yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalanıb. Bu keçid üçün "Lill"in "Qalatasaray"a 300 min avro yetişdirmə haqqı ödədiyi bildirilib.Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz da "Lill"ə transfer olunub.xeber100.com

Sentyabr 14, 2020 2:35

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində

Sentyabrın 14-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında final görüşü keçirilib.Azərtac xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirdə kişilərin yarışının həlledici görüşündə avstriyalı tennisçi Diminik Tim və almaniyalı Aleksander Zverev üz-üzə gəliblər.Görüş Dominik Timin qələbəsi ilə başa çatıb - 2:6, 4:6, 6:4, 6:3, 7:6 (8:6).Turnirin tarixində ilk dəfə çempion beşinci setdəki tay-breyk nəticəsində müəyyənləşib.İyirmi yeddi yaşlı tennisçi karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasından turnirin qalibi adını qazanıb.O, 2018-ci və 2019-cu illərdə “Roland Garros”, 2020-ci ildə “Australian Open” turnirlərin finalına kimi yüksələ bilib.Qeyd edək ki, Dominik Tim yarımfinalda Rusiya idmançısı Danil Medvedevi (6:2, 7:6, 7:6), Aleksander Zverev isə ispaniyalı Pablo Karrenyo-Bustanı (6:3, 6:2, 3:6, 4:6, 3:6) məğlub ediblər.xeber100.com

Sentyabr 14, 2020 2:31

“Qarabağ” futbol klubunun matçına hakim təyinatları açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, Ağdam təmsilçisinin Norveçin “Molde” klubu ilə keçirəcəyi görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.Oyunun baş hakimi Scran Yovanoviç olacaq.Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da olacaq.xeber100.com

Sentyabr 14, 2020 2:29

Avropa Liqasının II təsnifat mərhələsində

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.Azərtac xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.Heyətdə qapıçılar - Okan Kocuk, Fatih Öztürk, müdafiəçilər - Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao, yarımmüdafiəçilər - Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika, hücumçular - Radamel Falkao, Ali Yavuz Kol və Mbaye Diagne yer alıblar.Qeyd edək ki, “Neftçi”-“Qalatasaray” oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.xeber100.com

Sentyabr 14, 2020 2:26
    Page 238 of 830« First«...102030...236237238239240...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az