29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb

İngiltərənin “Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac klubun “Twitter”dəki səhifəsinə istinadla xəbər verir ki, ən yaxşı futbolçu adına London təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç layiq görülüb. O, klubun azarkeşləri arasında keçirilən səsvermə nəticəsində Kristian Pulişiçi və Olivye Jirunu qabaqlayıb.Qeyd edək ki, Mateo Kovaçiç 2018-ci ildə “Real Madrid” klubundan icarə əsasında “Çelsi” komandasına transfer olub. Londonlular futbolçunu ötən mövsümün əvvəlində 45 milyon avroya satın alıb. “Zadəganlar”ın heyətində 47 oyun keçirən futbolçu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 26, 2020 11:40

Milli Hokkey Liqasında final mərhələsi davam edir

Milli Hokkey Liqasında dörddəbir final mərhələsi davam edir.Azərtac xəbər verir ki, Torontoda keçirilən görüşdə “Filadelfiya Flayers” və “Nyu-York Aylenders” üz-üzə gəliblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan Nyu-York hokkeyçiləri rəqib qapısından 4 şayba keçiriblər. Beləliklə, “Nyu-York Aylenders” mərhələyə qələbə ilə başlayıb.Digər oyunda isə “Kolorado Evelanş” komandası “Dallas Starz” ilə qarşılaşıb. Matçda 7 qol vurulub. Görüş “Dallas Starz”ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Dallas hokkeyçiləri seriyanın ikinci görüşündə də qələbə qazanaraq yarımfinala daha da yaxınlaşıblar.xeber100.com

Avqust 25, 2020 2:34

UEFA Çempionlar Liqası təsnifat mərhələsinin oyunlarında

UEFA Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında daha iki texniki məğlubiyyət verib.Azərtac xəbər verir ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə oyuna çıxa bilməyən Slovakiyanın “Slovan” komandasına 0:3 hesablı məğlubiyyət verilib.Slovakiya klubunun oyundan öncə bir futbolçu və fizioterapevtində COVID-19 aşkarlanmışdı. Bu səbəbdən oyun avqustun 21-nə təxirə salınmışdı. Oyuna əvəzedici heyətlə gələn Bratislava təmsilçisinin gənc oyunçularında da koronavirus tapıldığı üçün UEFA kluba texniki məğlubiyyət verib.İkinci mərhələyə adlayan “Klaksvik” İsveçrənin “Yanq Boyz” klubuna rəqib olub.Avropa Liqasının ilkin mərhələsində Kosovonun “Priştina” klubu texniki məğlubiyyət alıb. Komandanın Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə oyundan öncə 8 futbolçusunda koronavirus tapılmışdı. Bu səbəbdən UEFA kosovolulara texniki məğlubiyyət verib.UEFA bundan əvvəl Çempionlar Liqasında Kosovonun digər təmsilçisi “Drita”ya texniki məğlubiyyət vermişdi.xeber100.com

Avqust 25, 2020 2:31

Azərbaycan Stronqmen Federasiyasının məlumatı əsasında…

Sentyabrın 12-13-də Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Azərbaycan çempionatı keçiriləcək.Azərbaycan Stronqmen Federasiyasından Azərtac-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.Üç hərəkət və 4 çəki dərəcəsi – 80, 95, 110 kiloqram və 110 kiloqramdan yuxarı təşkil olunacaq ölkə birinciliyinin baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədov olacaq.Qaliblər ASF tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.xeber100.com

Avqust 25, 2020 2:26

“Qalatasaray” klubu “Barselona”nın yarımmüdafiəçisini transfer edəcək

Türkiyənin “Qalatasaray” futbol klubu İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul klubu xorvatiyalı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıb.Xorvatiyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. 2019-2020-ci il mövsümündə Rakitiç Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 42 matç keçirib, bir qol vurub və 5 məhsuldar ötürmə edib.Qeyd edək ki, İ.Rakitiç, Samuel Umtiti, Arturo Vidal və Luis Suarezin “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın növbəti mövsüm üçün planlarına daxil edilmədiyi bildirilib.xeber100.com

Avqust 25, 2020 2:21

Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında

Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalda mübarizə aparacaq Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, şahmatçılarımız pley-off mərhələsində mübarizə aparacaq Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Digər komandalara gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcəklər.Olimpiadanın pley-off mərhələsi avqustun 27-də, dörddəbir final yarışları isə 28-də keçiriləcək.xeber100.com

Avqust 24, 2020 2:44

“Trabzonspor” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Bahiya” klubunun yarımmüdafiəçisi Flavionu transfer edib. İyirmi dörd yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb.Qeyd edək ki, Flavio “Vitoriya”nın yetirməsidir. O, “Ferroviariya”, “Boavişta” və “Santo Andre” kimi klublarda da oynayıb.xeber100.com

Avqust 24, 2020 2:42

XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çində təşkil olunacaq

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi artırılıb.Azərtac xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, universiadanın büdcəsi 64 milyard rubldan çox təşkil edəcək. Bundan əvvəl “Universiada-2023”ün büdcəsi 58,6 milyard rubl idi.Növbəti - XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.xeber100.com

Avqust 24, 2020 2:40

Rusiya Premyer Liqasında dördüncü turun oyunları keçirilib

Futbol üzrə Rusiya Premyer Liqasında dördüncü turun oyunları keçirilib.Azərtac xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” doğma meydanda “Rostov”a 0:1 hesabı ilə uduzub.Futbolçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.Qeyd edək ki, “Ufa” 4 xalla turnir cədvəlində 16 komanda arasında 9-cudur.xeber100.com

Avqust 24, 2020 2:35

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatı

AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.xeber100.com

Avqust 23, 2020 2:11
    Page 249 of 831« First«...102030...247248249250251...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az