07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat Olimpiadasının final oyunları başlayıb

Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalının oyunları başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan komandası bu mərhələdə Polşa yığması ilə mübarizə aparacaq.Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.Dörddəbir finalın digər oyunlarında Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla qarşılaşacaq.xeber100.com

Avqust 28, 2020 1:18

Futbol klublarının növbəti UEFA reytinqi açıqlanıb

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.Azərtac xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib. “Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdirlər.Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.xeber100.com

Avqust 28, 2020 1:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsində

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha 45 görüş keçiriləcək. Yarışın son oyun günündə "Sumqayıt" futbol klubu da mübarizəyə qoşulacaq.Sumqayıtın yeganə futbol komandası avqustun 27-də ilkə imza atacaq. "Gənclik şəhəri"nin klubu avrokuboklardakı debüt oyununda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, "Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.Matçı qazaxıstanlı hakim Arman Esmuratov idarə edəcək. Ona həmyerliləri Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan kömək edəcək. Oyun “İdman TV”də canlı yayımlanacaq.Qeyd edək ki, bu gün "Sumqayıt"la yanaşı, "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrouboklarda ilk oyunlarını keçirəcəklər.xeber100.com

Avqust 27, 2020 11:28

Ümumdünya Şahmat Olimpiadasının oyunları start götürüb

Avqustun 27-də Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsinin oyunları start götürüb.Azərtac xəbər verir ki, pley-off mərhələsində Bolqarıstan-Polşa, Macarıstan-Almaniya, Çin-Ukrayna və Yunanıstan-Ermənistan görüşləri baş tutacaq.Azərbaycan komandası qrup lideri kimi birbaşa dörddəbir finala vəsiqə qazanıb. Şahmatçılarımız avqustun 28-də keçiriləcək dörddəbir finalda Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Bu mərhələnin digər oyunlarına gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcək.Yarışda 163 ölkənin komandası iştirak edir. Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.xeber100.com

Avqust 27, 2020 11:26

“Çelsi” klubunun futbolçusu “Roma” komandasına transfer olub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro İtaliyanın “Roma” komandasına transfer olub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.Azərtac xəbər verir ki, 33 yaşlı futbolçu “Roma” ilə üçillik müqavilə imzalayıb.Qeyd edək ki, Pedro “Çelsi”də beşillik çıxışından sonra azad agent statusunda “Roma”ya keçib. 2019-2020-ci il mövsümündə Pedro 23 görüşdə meydana çıxıb və 2 qolla yadda qalıb.Karyerası ərzində futbolçu 25 titula yiyələnib, onlardan ən uğurlusu UEFA Çempionlar Liqasında, İspaniya və İngiltərə çempionatlarında qazandığı qələbələrdir.xeber100.com

Avqust 26, 2020 12:12

UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.Azərtac xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.Qərara əsasən, fanatlar stadionun tutumunun 30 faizinədək doldura biləcəklər.Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransanın PSJ klubunu 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasının final matçında İtaliyanın “İnter” klubundan üstün olub – 2:0.xeber100.com

Avqust 26, 2020 12:08

Fransa çempionatının ikinci tur matçı təxirə salınıb

PSJ və “Lens” komandaları arasında keçiriləcək Fransa çempionatının ikinci tur matçı təxirə salınıb.Azərtac xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən qəbul edilib. Belə ki, PSJ “Lens” və yayımçı telekanalla ortaq qərara gəlib.Qeyd edək ki, daha əvvəl avqustun 29-na təyin edilən “Lens”-PSJ matçı sentyabrın 10-da baş tutacaq.xeber100.com

Avqust 26, 2020 12:05

“Qarabağ” klubu II təsnifat mərhələsi çərçivəsində

Bu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, saat 20:00-da baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.UEFA daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan bu oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.“Qarabağ” klubu bu günə kimi “Şerif” ilə beş dəfə üz-üzə gəlib.Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.xeber100.com

Avqust 26, 2020 12:02

Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsində

Avqustun 27-də Azərbaycan komandasının da iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsinin oyunları keçiriləcək.Azərtac xəbər verir ki, pley-off mərhələsində Bolqarıstan-Polşa, Macarıstan-Almaniya, Çin-Ukrayna və Yunanıstan-Ermənistan görüşləri baş tutacaq.Xatırladaq ki, Azərbaycan komandası qrup lideri kimi birbaşa dörddəbir finala vəsiqə qazanıb. Şahmatçılarımız avqustun 28-də keçiriləcək dörddəbir finalda Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Bu mərhələnin digər oyunlarına gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcək.Yarışda 163 ölkənin komandası iştirak edir. Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.xeber100.com

Avqust 26, 2020 11:45

“Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb

İngiltərənin “Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac klubun “Twitter”dəki səhifəsinə istinadla xəbər verir ki, ən yaxşı futbolçu adına London təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç layiq görülüb. O, klubun azarkeşləri arasında keçirilən səsvermə nəticəsində Kristian Pulişiçi və Olivye Jirunu qabaqlayıb.Qeyd edək ki, Mateo Kovaçiç 2018-ci ildə “Real Madrid” klubundan icarə əsasında “Çelsi” komandasına transfer olub. Londonlular futbolçunu ötən mövsümün əvvəlində 45 milyon avroya satın alıb. “Zadəganlar”ın heyətində 47 oyun keçirən futbolçu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 26, 2020 11:40
    Page 248 of 831« First«...102030...246247248249250...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az