02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində

“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Klubdan verilən məlumata görə, Rəşad Sadıqov 22 futbolçunu sərəncamına daxil edib. Qapıçılar: Tiaqo Silva, Anar Nəzirov, Səlim Həşimov Müdafiəçilər: Ruan Renato, Anje Mutsinzi, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev Yarımmüdafiəçilər: Eldar Quliyev, İsmayıl İbrahimli, Pyer Zebli, Martins Junior, Salifu Suma, Hacıağa Hacılı, Abbas İbrahim, Ceyhun Nuriyev, İssa Cibrilla Hücumçular: Rüfət Əhmədzadə, Rafael Utziq, Davit Volkov Qeyd edək ki, “Zirə” “Şerif”ə qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.xeber100.com

İyul 10, 2024 10:46

Azərbaycanın basketbol yığmaları növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol yığmaları bu gün Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar. C divizionunun A qrupunda mübarizə aparan qızlar ikinci matçda Gürcüstanla üz-üzə gələcəklər. Cəbəllütariqdə oynanılacaq görüş Bakı vaxtı ilə saat 12:30-başlayacaq. Evrən Alkayanın rəhbərlik etdiyi kollektiv qrupun ilk qarşılaşmasında Ermənistana 86:59 hesabı ilə qalib gəlib. Oğlanlardan ibarət komanda isə A qrupunda Moldova seçməsi ilə qarşılaşacaq. Matçın start fiti saat 16:30-da səslənəcək. Komandamız ilk oyunda turnirə ev sahibliyi edən Albaniyaya 56:60 hesabı ilə məğlub olub.xeber100.com

İyul 10, 2024 10:39

Futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf turnirində iştirak edəcək. AFFA-nın rəsmi saytı xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.xeber100.com  

Aprel 18, 2024 3:31

“Fənərbağça” məğlub olduğu Yunanıstan “Olimpiakos”unu İstanbulda qəbul edəcək

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” ilk matçda 2:3 hesabı ilə məğlub olduğu Yunanıstan “Olimpiakos”unu İstanbulda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Konfrans Liqası 1/4 finalın digər oyunları 18 aprel 20:45. “Lill” – “Aston Villa” İlk oyun – 1:2 20:45. “Fiorentina” – “Viktoriya” İlk oyun – 0:0 23:00. PAOK – “Brügge” İlk oyun – 0:1.xeber100.com  

Aprel 18, 2024 3:28

Badminton üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirir

Badminton üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında təlim-məşq toplanışı keçirir. Hazırlıqda yığmanın baş məşqçisi Morteza Validarvinin rəhbərliyi altında 18 idmançı iştirak edir. Fevralın 8-dək davam edəcək məşqlərə Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu cəlb olunublar. Toplanış fevralın 8-11-də Bakı İdman Sarayında baş tutacaq “Azerbaijan International 2024” turnirinə hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu qüvvəsini sınayacaq.xeber100.com

Fevral 6, 2024 2:21

UEFA Millətlər Liqası turnirinin 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək

Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Fevralın 8-də baş tutacaq mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. C Liqasında Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alan Azərbaycan millisinin mümkün rəqibləri məlumdur. Yığma 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya və Litva - Cəbəllütariq cütünün qalibi olacaq komandalardan ibarət qrupda yer alacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan seçməsi Azərbaycan millisinə rəqib ola bilməzxeber100.com

Fevral 6, 2024 2:18

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Avropa Voleybol Konfederasiyasından təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb. Türkiyə mətbuatı xəbər verir ki, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək. E.Əliyev Türkiyədə “Arkas Spor” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçiriləcək qarşılaşmada ikinci hakim vəzifəsini yerinə yetirəcək. İlk görüşdə qonşu ölkə rəqibinə 3:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, görüş fevralın 7-də Atatürk Voleybol İdman Kompleksində keçiriləcək.xeber100.com

Fevral 6, 2024 2:16

“Real Madrid” futbol komandası futbolçusu ilə müqaviləni yeniləyib

İspaniyanın “Real Madrid” komandası futbolçusu Eder Militao ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb. Braziliyalı oyunçu zədə səbəbindən bu mövsüm cəmi bir matçda meydana çıxıb. Qeyd edək ki, Braziliya millisinin də formasını geyinən Eder Militao “Real Madrid”ə 2019-cu ildə Portuqaliyanın “Portu” klubundan transfer olunub.xeber100.com

Yanvar 24, 2024 11:07

Türkiyə Superliqasının XXII turunda daha üç oyun keçirilib

Futbol üzrə Türkiyə Superliqasının XXII turunda daha üç oyun keçirilib. Günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər görüşündə də "Beşiktaş" "Adanademirspor"la 0:0 hesablı bərabərliyə razılaşıb. "Pendikspor" isə evdə "Kasımpaşa"nı məğlub edib - 3:2. Bu nəticələrdən sonra "Beşiktaş" 36 xalla dördüncü, "Adanademirspor" 31 xalla altıncı, "Kasımpaşa" 30 xalla səkkizinci, "Alanyaspor" 26 xalla on ikinci, "Hatayspor" 22 xalla on dördüncü, "Pendikspor" isə 22 xalla on yeddinci pillədə qərarlaşıb. Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir.xeber100.com

Yanvar 24, 2024 11:04

Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir. Ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib. B qrupunda iki matç baş tutub. Avstraliya və Özbəkistanın üz-üzə gəldiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra Avstraliya 7 xalla qrup birincisi, Özbəkistan 5 xalla ikinci olaraq pley-offa adlayıb. Qrupun digər görüşündə Suriya Hindistana minimal hesabla qalib gəlib - 1:0. C qrupunda isə İran millisi Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə üstələyərək maksimum xalla növbəti mərhələyə vəsiqəni təmin edib. Günün son qarşılaşmasında Fələstin yığması Honkonqu 3 cavabsız qolla məğlub edib. Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.xeber100.com

Yanvar 24, 2024 11:01
    Page 3 of 830«12345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az