Azərbaycan Premyer Liqasının 15-ci turunun ikinci görüşündə

Fevralın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ikinci görüşündə “Neftçi” doğma meydanda "Sumqayıt”ı qəbul edib.Azərtac xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib.Görüşün 43-cü dəqiqəsində hesabı Sumqayıt təmsilçilərinin hücumçusu Rahim Sadikov açıb. Lakin meydan sahibləri 71-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Matç elə bu hesabla bitib -1:1.Qeyd edək ki, "Neftçi" komandası oyunu 41-ci dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb. Bakı təmsilçisinin heyətində Vojislav Stankoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.Fevralın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Keşlə” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.xeber100.com

Fevral 1, 2020 6:57

Azərbaycan kuboku yarışında ilkin mərhələyə yekun vurulub

Qadın həndbolçular arasında Azərbaycan kuboku yarışında ilkin mərhələyə yekun vurulub. Azarkeşlər qrup turnirinin son oyun günündə də maraqlı qarşılaşmalar izləyiblər.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, meydançaya əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. İlk iki görüşü qələbə ilə başa vuran rəqiblərin dueli qrup liderini müəyyənləşdirəcəkdi. Bu baxımdan gərgin mübarizə vəd edən qarşılaşmada “Qarabağ” qələbə qazanıb. Nominal qonaqlar kifayət qədər ciddi mübarizə aparan rəqibin müqavimətini çətinliklə də olsa qırıblar – 30:28.Günün digər matçında “Azəryol” komandası “İdman Akademiyası”nı sınağa çəkib. Turnirin aşkar autsayderi ilə oyun favorit – “Azəryol” üçün elə də çətin alınmayıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” oyunda 37:30 hesabı ilə qalib gəlib.Qrup yarışlarının nəticələrinə əsasən, apreldə keçiriləcək yarımfinal oyunlarında “Qarabağ” klubu “İdman Akademiyası”, “Azərsu” komandası isə “Azəryol” ilə qarşılaşacaq. Kubokun sahibi isə may ayında müəyyənləşəcək.Xatırladaq ki, kişi həndbolçuların yarımfinal görüşlərində “Məhsul” klubu U-18 komandası, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.xeber100.com

Yanvar 31, 2020 1:54