07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək

Fevralın 1-də Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək.Azərtac xəbər verir ki, oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.Həmin gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq.Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq.xeber100.com

Yanvar 29, 2020 2:45

Stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir

“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, yanvarın 29-da respublika birinciliyinin şəxsi yarışları start götürüb. Yarışlarda 80-ə yaxın idmançı mübarizə aparır.Qeyd edək ki, ölkə çempionatında artıq komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadın komandaları arasında birinci yeri “Bakı–I”, kişilərin mübarizəsində “Bakı-II” kollektivinin stolüstü tennisçiləri tutublar.Ötən gün start götürən ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.xeber100.com

Yanvar 29, 2020 2:42

Beynəlxalq şahmat festivalının “Masters” turnirində

Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb."Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.xeber100.com

Yanvar 28, 2020 2:11

Türkiyə Superliqasının XIX turu çərçivəsində

Türkiyə Superliqasının XIX turu çərçivəsində keçirilən matçda "Sivasspor" doğma meydanda "Rizəspor"u qəbul edib.Azərtac xəbər verir ki, oyuna fəal başlayan qonaqlar 60-cı dəqiqədə Denis Harmaş vurduğu qol sayəsində hesabı açmağa nail olublar.Sivas təmsilçiləri isə 38-ci dəqiqədə Yasin Öztəkinin vurduğu qolla hesaba tarazlıq gətiriblər. Beləliklə, matçda qalib müəyyənləşməyib -1:1.Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Fənərbağça" 37 xalla ikinci, "İstanbul Başakşəhər" 36 xalla üçüncüdür.xeber100.com

Yanvar 28, 2020 2:08

Tennis üzrə açıq turnirin ilk yarımfinalçısı müəyyənləşib

Tennis üzrə Avstraliya açıq turnirinin ilk yarımfinalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, dörddəbir finalda amerikalı Tennisa Sandqrenanı məğlub edən isveçrəli Roje Federer yarımfinala ilk vəsiqənin sahibi olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 38 yaşlı R.Federer 3:2 (6:3, 2:6, 2:6, 7:6, 6:3) hesabı ilə qalib gəlib. Qarşılaşma 3 saat 50 dəqiqə davam edib.Növbəti mərhələdə Roje Federerin rəqibi Novak Çokoviç (Serbiya) və Miloş Raoniç (Kanada) arasındakı qarşılaşmanın qalibi olacaq.Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Fevralın 2-dək davam edəcək turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.xeber100.com

Yanvar 28, 2020 2:05

Yunan-Roma güləşi üzrə növbəti təlim-məşq toplanışına start verilib

Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.xeber100.com

Yanvar 28, 2020 1:59

Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

Yanvarın 27-də şahmat üzrə açıq Lissabon turnirinin dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin klassik yarışlarında Azərbaycan şahmatçılarından Vüqar Əsədli yerli idmançı Andre Neves Fidalgo, Nail Bəşirli rusiyalı Aleksander Motylev, Zaur Bayramov isə polşalı Paveł Yarats ilə qarşılaşacaqlar.Son üç turda maksimum xal toplayan V.Əsədli turnir cədvəlinin ikinci pilləsində yer alıb. N.Bəşirli və Z.Bayramov 2,5 xal toplayıblar.Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 227 şahmatçı mübarizə aparır.xeber100.com

Yanvar 27, 2020 2:49

“Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb

Paytaxtın “Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb.Azərtac xəbər verir ki, 27 yaşlı Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt klubu ilə cari mövsümün sonunadək müqaviləsi olan R.Nqalande ötən ilin yanvarından “Zirə”də çıxış edirdi.“Zirə” qış fasiləsində haitili Soni Norde ilə də yollarını ayırıb.xeber100.com

Yanvar 27, 2020 2:47

Karate 1 Premyer Liqa turniri başa çatır

Azərbaycan karateçisi Rafiz Həsənov Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.Azərtac xəbər verir ki, yarışda 67 kiloqram çəki dərəcəsində iştirak edən Rafiz Həsənov üçüncü yer uğrunda döyüşdə braziliyalı Vinisius Fiqueyraya qalib gəlib.Komandamızın digər üzvü İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə misirli Feryal Abdelazezlə mübarizə aparacaq.Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya xalları da qazanacaqlar.Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.xeber100.com

Yanvar 26, 2020 7:07

“Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalında

Yanvarın 26-da “Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalının “Masters” turnirində altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryan, Vasif Durarbəyli ispaniyalı Karlos Ibarra Jerez Jose ilə görüşəcəklər.Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən beş turunda hər iki şahmatçımız 3,5 xal toplayıb. V.Durarbəyli bu nəticə ilə turnir cədvəlinin 21-ci, Ş.Məmmədyarov isə 26-cı pillələrində qərarlaşıblar.“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.xeber100.com

Yanvar 26, 2020 7:03
    Page 317 of 831« First«...102030...315316317318319...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az