04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti beynəlxalq konfrans keçirəcək

Fevralın 12-də Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans keçirəcək.Azərtac xəbər verir ki, BŞH hər il ənənəvi olaraq təşkil etdiyi beynəlxalq konfransın builki buraxılışını Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr edib.Bakı Konqres Mərkəzində baş tutacaq konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən dünyanın bir sıra aparıcı mütəxəssisi çıxış edəcək, xarici ölkələrin nümayəndələri təcrübələrini bölüşəcəklər.Tədbirin keçirilməsində əsas məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə baş tutan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu çərçivədə xarici təcrübəni bölüşməkdir.xeber100.com

Yanvar 31, 2020 1:44

İngiltərə Premyer Liqasının 18-ci turunun oyunu keçirilib

Yanvarın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun təxirə salınmış oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Vest Ham Yunayted” klubunun qonağı olub. Görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesab 35-ci dəqiqədə açılıb. Baş hakim Conatan Mossun ev sahiblərinin qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Məhəmməd Salah dəqiq yerinə yetirib – 1:0. Qarşılaşmanın 52-ci dəqiqəsində “Liverpul” hesab arasındakı fərqi artırıb. Məhəmməd Salahın ötürməsini Aleks Oskleyd-Çemberlen qolla tamamlayıb - 2:0. Oyun bu hesabla da başa çatıb.Bu qələbədən sonra xal ehtiyatını 70-ə çatdıran “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”dən 19 xal irəlidədir. “Vest Ham Yunayted” isə 23 xalla 17-ci pillədə qərarlaşıb.Premyer Liqanın 25-ci turunun oyunları fevralın 1-2-də keçiriləcək. “Liverpul” öz meydanında “Southampton” klubunu qəbul edəcək. Turun mərkəzi qarşılaşmalarında “Lester Siti” komandası “Çelsi”, “Tottenhem” isə “Mançester Siti” ilə üz-üzə gələcək. Birinci görüş fevralın 1-də Bakı vaxtı ilə saat 16:30-da, ikinci oyun isə saat 20:30-da başlayacaq.xeber100.com

Yanvar 30, 2020 12:03

“Sabah” futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

Bakının “Sabah” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.Azərtac kluba istinadla xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra komandanın uğurları üçün çalışacaq. İyirmi doqquz yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun sonuncu komandası “Zirə” olub.Xatırladaq ki, Rodriqes qış fasiləsində komandaya qoşulan üçüncü futbolçudur. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçuk ilə müqavilə bağlanıb.xeber100.com

Yanvar 30, 2020 12:01

Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, millimiz Xorvatiyanın Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq.Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.Millimiz ilk oyununda Xorvatiya komandasına məğlub olub – 0:2.xeber100.com

Yanvar 30, 2020 11:59

Dünya Güləş Birliyi yeni reytinq cədvəlini açıqlayıb

Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycanın 4 güləşçisi ilk onluqda yer alıb. Belə ki, üçqat Avropa çempionu Cəbrayıl Həsənov (79 kq), Olimpiya çempionu Şərif Şərifov (97 kq) ikinci, Hacımurad Hacıyev (74 kq) 8-ci, Cəmaləddin Məhəmmədov (125 kq) isə 10-cu pillədə qərarlaşıblar.xeber100.com

Yanvar 30, 2020 11:56

Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək

Fevralın 1-də Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək.Azərtac xəbər verir ki, oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.Həmin gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq.Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq.xeber100.com

Yanvar 29, 2020 2:45

Stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir

“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, yanvarın 29-da respublika birinciliyinin şəxsi yarışları start götürüb. Yarışlarda 80-ə yaxın idmançı mübarizə aparır.Qeyd edək ki, ölkə çempionatında artıq komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadın komandaları arasında birinci yeri “Bakı–I”, kişilərin mübarizəsində “Bakı-II” kollektivinin stolüstü tennisçiləri tutublar.Ötən gün start götürən ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.xeber100.com

Yanvar 29, 2020 2:42

Beynəlxalq şahmat festivalının “Masters” turnirində

Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb."Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.xeber100.com

Yanvar 28, 2020 2:11

Türkiyə Superliqasının XIX turu çərçivəsində

Türkiyə Superliqasının XIX turu çərçivəsində keçirilən matçda "Sivasspor" doğma meydanda "Rizəspor"u qəbul edib.Azərtac xəbər verir ki, oyuna fəal başlayan qonaqlar 60-cı dəqiqədə Denis Harmaş vurduğu qol sayəsində hesabı açmağa nail olublar.Sivas təmsilçiləri isə 38-ci dəqiqədə Yasin Öztəkinin vurduğu qolla hesaba tarazlıq gətiriblər. Beləliklə, matçda qalib müəyyənləşməyib -1:1.Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Fənərbağça" 37 xalla ikinci, "İstanbul Başakşəhər" 36 xalla üçüncüdür.xeber100.com

Yanvar 28, 2020 2:08

Tennis üzrə açıq turnirin ilk yarımfinalçısı müəyyənləşib

Tennis üzrə Avstraliya açıq turnirinin ilk yarımfinalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, dörddəbir finalda amerikalı Tennisa Sandqrenanı məğlub edən isveçrəli Roje Federer yarımfinala ilk vəsiqənin sahibi olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 38 yaşlı R.Federer 3:2 (6:3, 2:6, 2:6, 7:6, 6:3) hesabı ilə qalib gəlib. Qarşılaşma 3 saat 50 dəqiqə davam edib.Növbəti mərhələdə Roje Federerin rəqibi Novak Çokoviç (Serbiya) və Miloş Raoniç (Kanada) arasındakı qarşılaşmanın qalibi olacaq.Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Fevralın 2-dək davam edəcək turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.xeber100.com

Yanvar 28, 2020 2:05
    Page 316 of 830« First«...102030...314315316317318...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az