04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Yunan-Roma güləşi üzrə növbəti təlim-məşq toplanışına start verilib

Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.xeber100.com

Yanvar 28, 2020 1:59

Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

Yanvarın 27-də şahmat üzrə açıq Lissabon turnirinin dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin klassik yarışlarında Azərbaycan şahmatçılarından Vüqar Əsədli yerli idmançı Andre Neves Fidalgo, Nail Bəşirli rusiyalı Aleksander Motylev, Zaur Bayramov isə polşalı Paveł Yarats ilə qarşılaşacaqlar.Son üç turda maksimum xal toplayan V.Əsədli turnir cədvəlinin ikinci pilləsində yer alıb. N.Bəşirli və Z.Bayramov 2,5 xal toplayıblar.Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 227 şahmatçı mübarizə aparır.xeber100.com

Yanvar 27, 2020 2:49

“Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb

Paytaxtın “Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb.Azərtac xəbər verir ki, 27 yaşlı Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt klubu ilə cari mövsümün sonunadək müqaviləsi olan R.Nqalande ötən ilin yanvarından “Zirə”də çıxış edirdi.“Zirə” qış fasiləsində haitili Soni Norde ilə də yollarını ayırıb.xeber100.com

Yanvar 27, 2020 2:47

Karate 1 Premyer Liqa turniri başa çatır

Azərbaycan karateçisi Rafiz Həsənov Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.Azərtac xəbər verir ki, yarışda 67 kiloqram çəki dərəcəsində iştirak edən Rafiz Həsənov üçüncü yer uğrunda döyüşdə braziliyalı Vinisius Fiqueyraya qalib gəlib.Komandamızın digər üzvü İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə misirli Feryal Abdelazezlə mübarizə aparacaq.Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya xalları da qazanacaqlar.Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.xeber100.com

Yanvar 26, 2020 7:07

“Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalında

Yanvarın 26-da “Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalının “Masters” turnirində altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryan, Vasif Durarbəyli ispaniyalı Karlos Ibarra Jerez Jose ilə görüşəcəklər.Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən beş turunda hər iki şahmatçımız 3,5 xal toplayıb. V.Durarbəyli bu nəticə ilə turnir cədvəlinin 21-ci, Ş.Məmmədyarov isə 26-cı pillələrində qərarlaşıblar.“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.xeber100.com

Yanvar 26, 2020 7:03

Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib

Yanvarın 25-də Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib.Azərtac xəbər verir ki, “Ülker” stadionunda keçirilən oyunda “Fənərbağça” “Başakşəhər”i qəbul edib və rəqibinə iki cavabsız qolla qalib gəlib - 2:0. Görüşdə qolları Maks Kruze (72) və Vedat Muriç (86) vurublar.Günün digər qarşılaşmalarında “Alanyaspor” səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edib. “Kayserispor” – “Antalyaspor” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.Turun digər görüşləri yanvarın 26-27-də keçiriləcək.Hazırda turnir cədvəlində “Sivasspor” klubu 40 xalla vahid liderdir. “Fənərbağça” 37 xalla ikinci, “Başakşəhər” 36 xalla üçüncüdür.xeber100.com

Yanvar 26, 2020 7:01

“Qəbələ” komandası sonuncu yoxlama oyununu keçirib

2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ" komandası Türkiyədə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, "Qırmızı-qaralar" Antalyadakı hazırlıqları Rumıniyanın "Konkordiya" klubu ilə qarşılaşma ilə yekunlaşdırıb.Qarşılıqlı hücumlarla keçən oyunda hesabı "Qəbələ" açıb. 21-ci dəqiqədə Asif Məmmədov fərqlənib. Rumıniya təmsilçisi yeddi dəqiqə sonra bərabərlik qoluna imza atıb.Komandalar fasilədə və matçın gedişində oyunçu dəyişiklikləri ediblər. Fasilədən az sonra Amin Seydiyev komandamızı hesabda önə çıxarıb. Matçın sonuna doqquz dəqiqə qalmış "Konkordiya" oyunda hesabı bərabərləşdirib. Beləliklə, görüşdə qalib müəyyənləşməyib – 2:2.Xatırladaq ki, bunadək Antalyada üç yoxlama matçı keçirən baş məşqçi Elmar Baxşıyevin yetirmələri Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka" (3:0) və Bolqarıstanın "Etar" (0:0) klubları ilə görüşüb.xeber100.com

Yanvar 26, 2020 6:57

“Xilasedici” və “Neftçi” komandaları qarşılaşıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Xilasedici” və “Neftçi” komandaları qarşılaşıb.Oyun “Xilasedici” klubunun 3:1 (26:24,19:25, 25:23, 25:20) hesablı qələbəsi ilə başa çatıb.Azərbaycan çempionatında günün ikinci qarşılaşmasında “Murov” komandası “Expres”i hər üç setdə məğlub edib - 25:14, 25:14, 25:14.xeber100.com  

Yanvar 25, 2020 9:31

Beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib

Yanvarın 25-də Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb. Beşinci turda onun təqibi argentinalı Fernando Peralta olub. Komandamızın digər üzvü Vasif Durarbəyli isə çinli idmançı Hao Yanqın öhdəsindən gələ bilməyib. Beş turdan sonra hər iki şahmatçımızın aktivində 3,5 xal var.“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.xeber100.com

Yanvar 25, 2020 8:24

İngiltərə Premyer Liqasının 24-cü turunun sonuncu oyununda

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun sonuncu oyununda turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Volverhemton” klubunun qonağı olub.Azərtac xəbər verir ki, görüşdə 2:1 hesabı ilə qalib gələn “Liverpul” məğlubedilməzlik seriyasını 40 oyuna çatdırıb. Qonaqların heyətində Cordan Hendersson (8) və Roberto Firmino (84) fərqləniblər. Ev sahiblərinin yeganə qolunu isə Raul Ximenes (51) vurub.Bu, İngiltərə Premyer Liqasının cari mövsümündə “Liverpul”un 14-cü, ümumilikdə isə 22-ci qələbəsidir. Cəmi bir görüşdə heç-heçə edən və bir oyun az keçirən Yurgen Kloppun yetirmələri 67 xalla çempionata başçılıq edirlər. “Liverpul”un ən yaxın izləyicisi “Mançester Siti”nin 51, üçüncü pillədə qərarlaşan “Lester Siti”nin isə 48 xalı var.Qeyd edək ki, “Liverpul” bu görüşdə qalib gəlməklə həm də məğlubiyyətsizlik seriyasını 40 oyuna çatdırıb. Premyer Liqada bu göstərici üzrə rekord “Arsenal” klubuna məxsusdur. 2003-2004-cü il mövsümündə 49 oyunda uduzmayan “Topçular” ardıcıl ikinci dəfə çempion olmuşdular.xeber100.com

Yanvar 24, 2020 6:04
    Page 317 of 830« First«...102030...315316317318319...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az