İngiltərə Premyer Liqasının 22-ci turunun növbəti oyunları keçirilib

Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Aston Villa” komandasının qonağı olub.Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 1:6.“Şəhərlilər”in heyətində Riyad Mahrez (2), Serxio Aquero (3) və Qabriel Jesus fərqləniblər. Meydan sahiblərinin heyətində isə yeganə qolun müəllifi Ənvər El-Qazi olub. Bu qələbədən sonra xalların sayını 48-ə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Aston Villa” isə 21 xalla 18-ci yerdə qərarlaşıb.Günün digər erkən başlayan oyununda “Uotford” səfərdə “Bornmut”un qapısından 3 cavabsız top keçirib.Xatırladaq ki, ötən gün turun mərkəzi qarşılaşmasında turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Tottenhem” komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda azarkeşlər cəmi bir qol görüblər. Matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə “Tottenhem” futbolçularının cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Bununla da Yurgen Kloppun yetirmələri ardıcıl qələbələrinin sayını 12-yə çatdırıblar.“Liverpul”un turnir cədvəlində yaxın izləyicilərində olan “Lester Siti” bu turda doğma meydanda “Southampton”a 1:2 hesabı ilə uduzub. “Çelsi” öz meydanında “Börnli”ni (3:0), “Mançester Yunayted” isə “Norviç Siti”ni (4:0) məğlub ediblər. “Şeffild Yunayted” – “Uest Hem” və “Everton” – “Brayton və Hove Albion” görüşlərində ev sahibləri minimal hesabla qalib gəliblər. “Kristal Palas” – “Arsenal” və “Vulverhempton” – “Nyukasl” matçları isə heç-heçə (1:1) başa çatıb.Beləliklə, Premyer Liqanın 22-ci turunda da qalib gələn “Liverpul” komandası xal ehtiyatını 61-ə çatdırıb. Bir oyun az keçirən Yurgen Kloppun komandası ən yaxın rəqibi “Mançester Siti”ni 14 xal qabaqlayır. Üçüncü sırada qərarlaşan “Lester Siti” 45 xal toplayıb.“Çelsi” 39 xalla dördüncü, “Mançester Yunayted” 35 xalla beşincidir.xeber100.com

Yanvar 13, 2020 10:17

“Yuventus” futbol klubu “Roma” komandasının qonağı olub

Yanvarın 12-də İtaliya A Seriyasının 19-cu turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, son çempion “Yuventus” səfərdə “Roma” komandasının qonağı olub. Görüş “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı qonaqlar açıb. Turinlilərin türkiyəli müdafiəçisi Merih Demiral Paolo Dibalanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Qoldan 7 dəqiqə sonra “Yuventus” yenidən fərqlənib. Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Fasiləyə komandalar “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində “Roma” qollardan birinin əvəzin çıxıb. Matçın 68-ci dəqiqəsində Dieqo Perotti fərqlənib.Bu qələbədən sonra “Yuventus” “İnter”in xal itkisindən yararlanaraq xalların sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ alıb.Ötən gün “İnter” doğma azarkeşlər önündə “Atalanta” komandasını qəbul edib.Qarşılıqlı hücumlarla müşahidə olunan görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı erkən qolla - 4-cü dəqiqədə “İnter” açıb. Lautaro Martinez Romelu Lukakunun ötürməsini qolla tamamlayıb. Qonaqlar oyunun əsas vaxtının başa çatmasına 15 dəqiqə qalmış hesabı bərabərləşdiriblər. Robin Qosens komandasını məğlubiyyətdən xilas edib. “Atalanta” oyunun sonlarında qələbə qazanmaq üçün ideal şans əldə edib. Matçın 87-ci dəqiqəsində Luis Muriyel 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.Turun digər görüşlərində “Milan” səfərdə cari mövsümdə inamlı oyunu ilə diqqət çəkən “Kalyari” komandasını 2:0 hesabı ilə məğlub edib. “Milan” klubunun yeni transferi Zlatan İbrahimoviç ilk dəfə olaraq start heyətdə yer alıb və debütünü qolla qeyd edib. Bu qələbədən sonra “Milan” 25-ci xalını qazanaraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Kalyari” 29 xalla beşinci yerdədir.Turun maraq doğuran digər oyunlarından biri “Olimpiko” stadionunda keçirilib. Çempionluğa iddialı “Napoli” səfərdə “Latsio” klubuna məğlub olub - 0:1. Hazırda “Napoli” 24 xalla onuncu, “Latsio” isə 42 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Udineze” - “Sassuolo” - 3:0; “Fiorentino” - SPAL - 1:0; “Torino” - “Bolonya” - 1:0; “Sampdoriya” - “Breşiya” - 5:1; “Verona” - “Genoa” - 2:1.xeber100.com  

Yanvar 13, 2020 10:12

“Liverpul” futbol klubu “Tottenhem”in qonağı olub

Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun mərkəzi qarşılaşmasında Premyer Liqanın cari mövsümünün lideri “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda azarkeşlər cəmi bir qol görüblər. Matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə “Tottenhem” futbolçularının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bununla da Yurgen Kloppun yetirmələri ardıcıl qələbələrinin sayını 12-yə çatdırıblar.“Liverpul”un ən yaxın izləyicisi “Lester Siti” bu turda doğma meydanda “Southampton”a 1:2 hesabı ilə uduzub. “Çelsi” öz meydanında “Börnli”ni (3:0), “Mançester Yunayted” isə “Norviç Siti”ni (4:0) məğlub ediblər. “Şeffild Yunayted” – “Uest Hem” və “Everton” – “Brayton və Hove Albion” görüşlərində ev sahibləri minimal hesabla qalib gəliblər. “Kristal Palas” – “Arsenal” və “Vulverhempton” – “Nyukasl” matçları isə heç-heçə (1:1) başa çatıb.Tura yanvarın 12-də oynanılacaq “Bournmut” – “Uotford” və “Aston Villa – “Mançester Siti” qarşılaşmaları ilə yekun vurulacaq.Beləliklə, Premyer Liqanın 22-ci turunda da qalib gələn “Liverpul” komandası xal ehtiyatını 61-ə çatdırıb. Bir oyun az keçirən Yurgen Kloppun komandası ən yaxın rəqibi “Lester Siti”ni 16 xal qabaqlayır. Üçüncü sırada qərarlaşan “Mançester Siti” (44 xal) sabahkı oyunda xal itirməzsə ikinci pilləyə yüksələcək. “Çelsi” 39 xalla dördüncü, “Mançester Yunayted” 35 xalla beşincidir. “Tottenhem” isə 30 xalla səkkizinci pillədə qərarlaşıb.xeber100.com

Yanvar 12, 2020 4:25

İtaliya A Seriyasının 19-cu turunun mərkəzi qarşılaşmasında

İtaliya A Seriyasının 19-cu turunun mərkəzi qarşılaşmasında turnir cədvəlinin hazırkı lideri “İnter” doğma azarkeşlər önündə “Atalanta” komandasını qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlarla müşahidə olunan görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı erkən qolla - 4-cü dəqiqədə “İnter” açıb. Lautaro Martinez Romelu Lukakunun ötürməsini qolla tamamlayıb. Qonaqlar oyunun əsas vaxtının başa çatmasına 15 dəqiqə qalmış hesabı bərabərləşdiriblər. Robin Qosens komandasını məğlubiyyətdən xilas edib. “Atalanta” oyunun sonlarında qələbə qazanmaq üçün ideal şans əldə edib. Matçın 87-ci dəqiqəsində Luis Muriyel 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.Bu heç-heçədən sonra “İnter” xalların sayını 46-a çatdıraraq “Yuventus”u bir xal geridə qoyub və birinci sıraya yüksəlib. “Neradzurra” cari mövsümdə 12 oyunu da məğlubiyyətsiz başa vurub. “Atalanta” isə 35 xalla beşinci yerdə qərarlaşıb.Turun digər görüşlərində “Milan” səfərdə cari mövsümdə inamlı oyunu ilə diqqət çəkən “Kalyari” komandasını 2:0 hesabı ilə məğlub edib. “Milan” klubunun yeni transferi Zlatan İbrahimoviç ilk dəfə olaraq start heyətdə yer alıb və debütünü qolla qeyd edib. Bu qələbədən sonra “Milan” 25-ci xalını qazanaraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Kalyari” 29 xalla beşinci yerdədir.Turun maraq doğuran digər oyunlarından biri “Olimpiko” stadionunda keçirilib. Çempionluğa iddialı “Napoli” səfərdə “Latsio” klubuna məğlub olub - 0:1. Hazırda “Napoli” 24 xalla onuncu, “Latsio” isə 42 xalla üçüncü yerdə qərarlaşıb.Turun əksər oyunları yanvarın 12-də keçiriləcək. Bu turun mərkəzi qarşılaşmasında “Yuventus” səfərdə “Roma” ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 12, 2020 4:22