03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə Azərbaycan çempionatı start götürəcək

Dekabrın 24-də kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürəcək.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək yarış 3 gün davam edəcək. Turnirdə ümumilikdə 43 komandanın tərkibində 357 cüdoçu mübarizə aparacaq.Dekabrın 26-da isə komanda yarışları təşkil olunacaq. Qeyd edək ki, çempionatda komanda yarışları ilk dəfə keçiriləcək. Kişilər 66, 73, 81, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 52, 57, 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.xeber100.com

Dekabr 23, 2019 6:52

“Qalatasaray” futbol klubu “Göztəpə”nin qonağı olub

Türkiyə Superliqasının XVI turunda “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.Azərtac xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunun 9-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Kameron Jerome hesabı açıb. Matçın 27-ci dəqiqəsində “Göztəpə”nin müdafiəçisi Lamine Qassama topu öz qapısına göndərib. Lakin meydan sahibləri 61-ci dəqiqədə qələbə topunu vurmağı bacarıblar. Halil Akbunar komandasına üç xalı qazandıran qola imza atıb. Beləliklə, “Qalatasaray” səfərdə “Göztəpə”yə 2:1 hesabı ilə məğlub olub.Günün digər oyunlarında “Kasımpaşa” öz meydanında “Qaziantep”ə 3:4 hesabı ilə uduzub. “Rizəspor” komandası isə “Yeni Malatyaspor”a 2:0 hesabı ilə qalib gəlib.Turun digər oyunları dekabrın 22-də və 23-də keçiriləcək.Hazırda turnir cədvəlinə 33 xalla “Sivasspor” başçılıq edir. “Başakşəhər” və “Beşiktaş” 27 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com  

Dekabr 22, 2019 8:47

İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib

Dekabrın 22-də İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Atalanta” öz meydanında “Milan” klubunu qəbul edib.Görüş “Atalanta” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.Meydan sahiblərinin heyətində Alexandro Qomes, Mario Paşaliç, Yosip İliçiç və Luis Miriel fərqləniblər.“Milan” sonuncu dəfə belə məğlubiyyəti 1998-ci ildə səfərdə “Roma”ya qarşı oyunda yaşayıb.Bu qələbədən sonra “Atalanta” 31 xal toplayaraq 5-ci yerə yüksəlib. “Milan” isə 21 xalla 10-cu yerdədir.Növbəti turda “Milan” öz meydanında “Sampdoriya”nı, “Atalanta” isə “Parma”nı qəbul edəcək.xeber100.com

Dekabr 22, 2019 8:45

“Grand Prix 2019” seriyasından olan yarışlar başa çatıb

Şahmat üzrə “Grand Prix 2019” yarışları başa çatıb.Azərtac xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib. Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı 20 xalla Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub. Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.xeber100.com

Dekabr 22, 2019 8:43

İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunu keçirilib

Dekabrın 22-də İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, Premyer Liqanın iddialı klublarından sayılan “Mançester Yunayted” səfərdə sonuncu yerdə qərarlaşan “Uotford” komandasının qonağı olub.Görüş Uotford təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Meydan sahiblərinin heyətində İsmayil Sar və Diniy Troy fərqləniblər.Bu mövsüm beşinci məğlubiyyətini qazanan “Mançester Yunayted” 25 xalla 8-ci yerdə qərarlaşıb.“Uotford” isə 12 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.xeber100.com

Dekabr 22, 2019 8:41

“Vesthem” klubu “Qarabağ”ın qapıçısını heyətinə cəlb etmək istəyir

Hazırda Azərbaycanın “Qarabağ” klubunun şərəfini qoruyan, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus bosniyalı qapıçı Asmir Beqoviç karyerasını “Vesthem” klubunda davam etdirə bilər.Azərtac Bosniya və Herseqovina mətbuatına istinadla xəbər verir ki, “Vesthem” klubunun Asmir Beqoviçlə maraqlanması, futbolçunun da yenidən İngiltərəyə qayıtmaq istəyi ilə üst-üstə düşüb.Xatırladaq ki, Asmir Beqoviç “Qarabağ”ın heyətinə komandanın Avropa Liqasındakı oyunlar zamanı gücləndirilməsi məqsədilə cəlb edilmişdi. Azərbaycan Premyer Liqasında keçirdiyi on qarşılaşmada beş, Avropa Liqasında isə beş oyuna on qol buraxıb.xeber100.com

Dekabr 21, 2019 4:10

Azərbaycan Super Liqasının birinci turu çərçivəsində

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının birinci turu çərçivəsində “Mübariz” və “Murov” komandaları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçirilən qarşılaşmada debütant - “Mübariz” qalib gəlib.İlk setdə 25:18 hesabı ilə qələbə qazanan “Mübariz” ikinci hissəni də aktivinə yazıb – 25:23. Ardınca “Murov” 25:18 hesabı ilə üstün olaraq, fərqi azaldıb – 1:2. Dördüncü hissədə 25:21 hesabı ilə qələbə qazanan “Mübariz” yekun nəticəni müəyyənləşdirib – 3:1.Qeyd edək ki, ilk turun birinci matçında “Azərreyl” “Abşeron”u 3:1 hesabı ilə üstələyib.xeber100.com

Dekabr 21, 2019 2:49

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə yarış keçirilib

“Şüa” İdman-Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə autizmli uşaqlar arasında yarış keçirilib. Turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası İctimai Birliyi tərəfindən icra olunan “İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizmli uşaqların tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.Federasiyadan Azərtac-a verilən məlumata görə, tədbirdə çıxış edən assosiasiyanın sədri Elnur Məmmədov deyib: “Hazırkı layihə autizmdən əziyyət çəkən uşaqların tibbi-sosial reabilitasiyası və sosiallaşması üçün milli səviyyədə inklüziv idman tədbirlərinin təşkilini həyata keçirir. Autizmdən əziyyət çəkən uşaqların inklüziv idman növlərinə cəlb olunması, stolüstü tennis və velosiped məşqlərində yaxşı nəticə göstərənlər arasında yarışların keçirilməsi və qaliblərin autizmli uşaqlar üçün xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda iştirakı ilə bağlı dəstəyin göstərilməsi layihə çərçivəsində icra olunması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləridir”.xeber100.com  

Dekabr 21, 2019 2:38

“Prezident Kuboku” uğrunda yarış keçiriləcək

Dekabrın 22-də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Prezident Kuboku” uğrunda yarış keçiriləcək.ADFA-nın baş katibi Vasif Namazovun Azərtac-a verdiyi məlumata görə, üç gün davam edəcək yarışda 11 döyüş federasiyasının idmançıları medallar uğrunda mübarizə aparacaq.Turnirdə Azərbaycan da daxil olmaqla 11 ölkədən 900-dən artıq idmançı qüvvəsini sınayacaq.xeber100.com

Dekabr 21, 2019 2:36

Azərbaycan Həndbol Federasiyasının məlumatı əsasında

Qadın həndbolçular arasında Azərbaycan çempionatında doqquzuncu turun oyunları keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ikinci dövrənin sonuncu turuna “Qarabağ” - “Azərsu” oyunu ilə start verilib. Nominal ev sahibinin favorit sayıldığı görüşdə azarkeşlər gərgin idman mübarizəsinin şahidi olublar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, “Qarabağ” komandası oyunu qələbə ilə başa vurmağı bacarıb - 35:34.Günün digər matçında isə çempionatın lideri “Azəryol” autsayder “İdman Akademiyası” komandasını böyük fərqlə - 44:26 hesabı ilə məğlubiyyətə uğradıb.Bu qələbə sayəsində xal ehtiyatını 16-ya çatdıran “Azəryol” liderliyini davam etdirir. “Qarabağ” ondan 2 xal geri qalır. “Azərsu” 6 xalla üçüncüdür. “İdman Akademiyası” komandası bütün görüşlərdə məğlub olub.Beləliklə, qadın həndbolçular arasında ölkə çempionatında martın 4-dək fasilə olacaq. Yanvarın 15-də isə Azərbaycan kuboku turnirinə start veriləcək. Həmin gün “Azəryol” - “Azərsu”, “Qarabağ” – “İdman Akademiyası” görüşləri oynanılacaq.xeber100.com

Dekabr 20, 2019 2:39
    Page 328 of 830« First«...102030...326327328329330...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az