Badminton üzrə Azərbaycan çempionatına yekun vurulub

Badminton üzrə növbəti Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, 1 nömrəli İdman Liseyinin badminton zalında keçirilən ölkə çempionatında 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo birinci olub. Ezmi Qovimuramadhoni və Orxan Qələndərov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.Qadın badmintonçuların şəxsi yarışında ən güclü adını Nigar Əliyeva qazanıb. Fidan Salmanova ikinci, Zülfiyyə Hüseynova isə üçüncü yeri tutub.Kişilərin qoşa yarışında Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov tandemi bu kateqoriya üzrə qalib olub. Kənan Rzayev-Səbuhi Hüseynov qoşası ikinci, Rəvan Niftəliyev-Aqil Qəbilov ikilisi isə üçüncü yeri bölüşüb.Qadınların qoşa yarışında Azərbaycan çempionu adına Nigar Əliyeva-Nərmin Şərifova layiq görülüb. Mədinə Nağıyeva-Fatimə Əşrəfova gümüş, Adilə Mehdiyeva-Alla Vlasyuk isə bürünc medal qazanıb.Qarışıq-qoşa yarışlarında Səbuhi Hüseynov-Zülfiyyə Hüseynova qələbəni bayram edib. Rəvan Nifətliyev-Nigar Əliyeva bu kateqoriya üzrə ikinci, Cahid Əlhəsənov-Anna Jeleznyak isə üçüncü yeri tutub.Noyabrın 20-də start verilən Azərbaycan çempionatında 38 qadın və 58 kişi badmintonçu yarışıb. Bakı ilə yanaşı, Quba, Qusar, Gəncə və Lənkərandan rekord sayda 30 badmintonçu ölkə çempionatınıın iştirakçısı olub.Turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom, medal və pul mükafatları ilə təltif ediliblər.xeber100.com

Noyabr 25, 2019 12:35

Bakı İdman Sarayında 27-ci Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.Turnirdə artıq böyüklər və gənclər arasında yarışların qalibləri müəyyənləşib. Belə ki, qadınlar arasında kata üzrə Neda Rezai, kumitedə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Mədinə Quliyeva (50 kq) birinci yerə layiq görülüblər. Kişi karateçilərin mübarizəsində isə kata yarışında Ceyhun İsmayılov, kumite üzrə Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) qızıl medal qazanıblar.U-21-lərin yarışında Nərgiz Məmmədova kata, Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamira Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Fidan Teymurova (50 kq) kumite yarışlarında qalib olublar. Oğlanların yarışında isə Ceyhun İsmayılov kata, Murad Hacızadə (84 kq-dan yuxarı), Musa Sarızadə (84 kq), Fərid Şahbazlı (75 kq), Asim Məmmədov (67 kq) və Fərid Əbdülkərimov (60 kq) kumite üzrə birinci yerə layiq görülüblər.Yarışlar noyabrın 24-dək davam edəcək.xeber100.com

Noyabr 23, 2019 2:43