11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Avro-2020” seçmə mərhələsinə yekun vurulub

Noyabrın 19-da “Avro-2020” seçmə mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, 12-ci turun son oyun günündə C, E, G və İ qruplarında ümumilikdə 10 qarşılaşma oynanılıb.Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: C qrupu: Almaniya – San-Marino - 6:1; Niderland – Estoniya - 5:0. E qrupu: Slovakiya - Azərbaycan – 2:0; Uels – Macarıstan - 2:0. G qrupu: Şimali Makedoniya – İsrail - 1:0; Latviya – Avstriya - 1:0; Polşa – Sloveniya - 3:2. I qrupu: Belçika – Kipr - 6:1; San-Marino – Rusiya - 0:5; Şotlandiya – Qazaxıstan - 3:1.xeber100.com

Noyabr 20, 2019 2:26

“Tottenhem” klubu yeni baş məşqçisinin adını açıqlayıb

İngiltərənin “Tottenhem” klubu yeni baş məşqçisinin adını açıqlayıb.Eurosport.ru saytı xəbər verir ki, bu, portuqaliyalı məşqçi Joze Mourinyodur. Onunla 2023-cü ilə kimi müqavilə imzalanıb.“Joze ən yaxşı məşqçilərdən biridir. Onun çox yaxşı təcrübəsi var. Biz əminik ki, Joze komandamıza yeni enerji və ruh yüksəkliyi gətirəcək”, – deyə klub prezidenti Daniel Levi bildirib.xeber100.com

Noyabr 20, 2019 2:12

Boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb

Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.Azərtac Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 138 idmançı gücünü sınayıb.Beş gün davam edən yarışın yekununda ən güclülərin adları müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tacı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (80 kq-dan yuxarı) birinci olublar.Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.xeber100.com

Noyabr 20, 2019 2:04

Cüdo üzrə açıq Bakı çempionatına start veriləcək

Noyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start veriləcək.Azərtac Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, noyabrın 22-dək davam edəcək yarışın birinci günündə qadınlar arasında 48, 57, 70, kişilərin mübarizəsində isə 60, 73 və 90 kiloqram çəki dərəcələrində cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.xeber100.com

Noyabr 20, 2019 2:00

Voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib

2006-2007-ci il təvəllüdlü qız voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Azəri” komandası “Azərreyl 1” və “Azərreyl 2”ni 2:0 hesabı ilə məğlub edib. “Xətai” “Azərreyl 2”yə 2:0 hesabı ilə qalib gəlsə də, “Azərreyl 1”ə eyni hesabla uduzub.Altı komandanın iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası liderlik edir.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən birincilikdə ən çox xal qazanan komanda Bakı birincisi olacaq.xeber100.com

Noyabr 19, 2019 2:17

“King Salman World Cup” dünya çempionatının vaxtı açıqlanıb

Rapid və blits üzrə “King Salman World Cup” adı altında keçiriləcək dünya çempionatının yeri və vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bu nüfuzlu yarış dekabrın 25-dən 30-dək Moskvada keçiriləcək. Yarışın açılış mərasimi dekabrın 25-də olacaq. Dekabrın 26-dan 28-dək rapid, ayın 29-dan 30-dək blits yarışları keçiriləcək. Dünyanın ən güclü şahmatçılarının qatılacağı “King Salman World Cup” dünya çempionatı ötən il Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunub.xeber100.com

Noyabr 19, 2019 2:14

Cüdoçular arasında beynəlxalq turnir keçirilib

Ötən həftənin sonunda yeniyetmə cüdoçular arasında Avropa kuboku və bir neçə beynəlxalq turnir keçirilib.Azərcaycan Cüdo Federasiyasından Azərtac-a verilən məlumata görə, azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Rəşad Əliyev Macarıstanın Qyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında bir neçə görüş idarə edib. Daha bir referimiz Əli Kərimov isə Ukraynanın Zaporojye şəhərində baş tutan yeniyetmə cüdoçuların beynəlxalq turnirində ədalət təmsilçisi olub.xeber100.com

Noyabr 19, 2019 2:10

Dekabrın 12-14-də “Masters” turniri keçiriləcək

Dekabrın 12-14-də Çinin Tsindao şəhərində cüdo üzrə “Masters” turniri keçiriləcək.Azərtac xəbər verir ki, dünyanın ən güclü cüdoçularının yarışacağı bu turnirdə Azərbaycanın 9 kişi, 6 qadın idmançısı iştirak edəcək.Kişilərin yarışında ölkəmizi Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər. Qadınlar arasında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florean (57 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.Turnirdə 60-a yaxın ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.xeber100.com

Noyabr 18, 2019 5:06

Azərbaycan Futzal Federasiyasının məlumatı əsasında…

Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 21-də keçiriləcək.Tura “Xızı–“Neftçi” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Araz” və EKOL komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Premier”–“Marafon”, iki saat sonra “Bakı”–“Record” və saat 20:00-də “Yasamal”–“Baku Fire” oyunlarının start fiti səsləndiriləcək.Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq.Yeddi turdan sonra hesabında 21 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. EKOL 18 xalla ikinci, “Neftçi” isə 15 xalla üçüncü pillədə qərarlaşıblar.xeber100.com

Noyabr 18, 2019 5:04

Avropa Gimnastika İttifaqının ikiillik Baş Assambleyası keçirilib

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastika İttifaqının ikiillik Baş Assambleyası keçirilib.Azərtac xəbər verir ki, ölkəmizi tədbirdə Azərbaycan Gimnastikası Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, İcra Komitəsinin üzvü Mariana Vasileva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil ediblər.Qırx yeddi üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa gimnastikası” adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.“Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.xeber100.com

Noyabr 18, 2019 5:02
    Page 339 of 831« First«...102030...337338339340341...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az