30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləşçilər arasında dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq.Birincilik uğrunda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əsgər Məmmədəliyev (61 kq) ukraynalı Valentin Bliasetski, Murad Süleymanov (74 kq) Yaqor Akuliç (Belarus), Hacımurad Məhəmmədsəidov (86 kq) Almaniya təmsilçisi Yohannes Martin Deml, Şamil Zubairov (92 kq) isə bolqarıstanlı Bojidar Mateyev Todorov ilə qarşılaşacaq.Çempionatın birinci günündə sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) uğurla çıxış edərək finala yüksəliblər. Bu gün keçiriləcək həlledici qarşılaşmalarda T.Bayramov Yaponiya təmsilçisi Takuma Taniyama, A.Abakarov isə gürcü Tariel Qaprindaşvili ilə üz-üzə gələcək.xeber100.com

Oktyabr 29, 2019 1:06

“Sumqayıt” futbol klubu Premyer Liqanın 9-cu turu çərçivəsində

“Sumqayıt” futbol klubu Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” ilə qarşılaşmada tarixinə 250-ci qolu yazıb.Klubun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 250-ci qolu Rəhim Sadıxov 90+2-ci dəqiqədə vurub. “Sumqayıt” FK Azərbaycan çempionatları tarixində ən azı 250 qol vuran 15-ci komandadır.xeber100.com

Oktyabr 29, 2019 1:02

XIV Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib

Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən yarışda, ümumilikdə 12 komanda iştirak edib.Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerdə Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları qərarlaşıblar.Oğlanların yarışında isə ilk üç yeri Bakı İdarəetmə və Texnologiya, Bakı 2 nömrəli Baza Tibb və Bakı Rabitə və Nəqliyyat kolleclərinin komandaları tutublar.xeber100.com

Oktyabr 29, 2019 12:58

“Qara dəniz kuboku” beynəlxalq turniri keçiriləcək

Noyabrın 2-3-də Rusiyanın Soçi şəhərində qılıncoynatmanın sablya növü üzrə “Qara dəniz kuboku” beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, turnirində Azərbaycanı Aysel Əhədova təmsil edəcək.Yarışda 9 ölkədən 40 qadın idmançı iştirak edəcək.xeber100.com

Oktyabr 29, 2019 12:41

Futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda

Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib - 2:2.Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Oktyabr 28, 2019 1:07

Futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində

Oktyabrın 26-da futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində keçirilən matçda "Fənərbağça" doğma meydanda "Konyaspor"u qəbul edib.Azərtac xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 11-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Qarri Rodriges açıb. Cəmi 3 dəqiqə sonra istanbulluların futbolçusu Matias Jorgensen hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 16-cı dəqiqəsində Sərdar Əziz topu səhvən öz qapısına vurub. Lakin meydan sahiblərinin yarımmüdafiəçisi Ozan Tufan 28-ci dəqiqədə bir daha fərqlənərək aktivlərindəki qolların sayını 3-ə çatdırıblar. Birinci hissə elə bu hesabla başa çatıb - 3:1. İkinci hissənin 78-ci və 82-ci dəqiqələrində İstanbul təmsilçisi fərqlənib. Qolları Luis Qustavo və Vedat Muruqi vurub.Beləliklə, "Fənərbağça" doğma meydanda "Konyaspor"u 5:1 hesabı ilə məğlub edib.Bu oyundan sonra "Fənərbağça" turnir cədvəlində 17 xalla ikinci pillədə qərarlaşıb.Günün digər oyunlarında "Sivasspor" doğma meydanda "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edib. Lider "Alanyaspor" isə səfərdə "Qaziantep"lə heç-heçə edib: 1:1.Turun digər oyunları oktyabrın 27-də və 28-də keçiriləcək.xeber100.com

Oktyabr 27, 2019 8:26

“Atletiko Madrid” futbol klubu “Atletik Bilbao”nu qəbul edib

Futbol üzrə İspaniya La Liqasının X turu çərçivəsində keçirilən matçda "Atletiko Madrid" doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.Azərtac xəbər verir ki, "Vanda Metropolitano" stadionunda baş tutan görüşdə hesabı 28-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Saul Nigues açıb. Birinci hissə elə bu hesabla bitib - 1:0. İkinci hissənin 64-cü dəqiqəsində Dieqo Simeonenin yetirmələri hesab arasındakı fərqi artırıblar. Alvaro Morata komandasının ikinci qolunu vurub. Bu, oyunda vurulan son qol olub. Beləliklə, "Atletiko Madrid" doğma meydanda "Atletiko Bilbao"nu 2:0 hesabı ilə məğlub edib.Bu oyundan sonra Madrid klubu turnir cədvəlində 19 xalla ikinci pillədə qərarlaşıb. Günün digər oyunlarında "Leqanes" doğma meydanda "Malyorka"ya minimal hesabla qalib gəlib - 1:0. "Eybar" isə səfərdə "Real Valladolid"ə 2:0 hesabı ilə məğlub olub. Turun digər oyunları oktyabrın 27-28-də keçiriləcək.xeber100.com

Oktyabr 27, 2019 8:23

Santyaqoda gənclərin Xl dünya çempionatı davam edir

Çilinin paytaxtı Santyaqoda yeniyetmə və gənclərin Xl dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın son günü komandamızın daha bir üzvü gücünü sınayacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq.Qeyd edək ki, komandamızın aktivində 4 medal var. Belə ki, 16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Oktyabr 27, 2019 8:20

Avropa çempionatının dördüncü turunun oyunlarına start verilir

Oktyabrın 27-də Batumidə komandalararası Avropa çempionatının dördüncü turunun oyunlarına start verilir.Azərtac xəbər verir ki, kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız Rumıniya şahmatçıları ilə üz-üzə gələcəklər.Təmsilçilərimiz Şəhriyar Məmmədyarov David Navara, Rauf Məmmədov Jiri Stocek, Qədir Hüseynov Peter Miçalik, Arkadi Naydiç Viktor Laznicka ilə mübarizə aparacaqlar. Qadın şahmatçılarımız Xanım Balacayeva Korina-İzabela Peptan, Günay Məmmədzadə İrina Bulmaga, Ülviyyə Fətəliyeva Elena-Luminita Kosma, Türkan Məmmədyarova Miruna-Daria Lehaci ilə güclərini sınayacaqlar.Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub etsə də, III turda Ukrayna yığmasına (1,5:2,5) uduzub. Qadın yığmamız isə birinci turda Latviya şahmatçılarını (4:0), III turda Avstriya yığmasını (3,5:0,5) məğlub edib. İkinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.xeber100.com

Oktyabr 27, 2019 8:17

İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib

Oktyabrın 26-da İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” doğma azarkeşlər önündə “Aston Villa” klubunu qəbul edib.Görüş Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrindən Rahim Sterlinq (46-cı dəqiqə), Kevin De Brüyne (66-cı) və İlkay Gündoğan (70-ci) fərqləniblər. Qarşılaşmanın 87-ci dəqiqəsində “Mançester Siti”in futbolçusu Fernandinyo ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib.Bu qələbədən sonra xalların sayını 22-ə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pillədəkı yerini qoruyub. “Aston Villa” isə 11 xalla 12-ci yerdə qərarlaşıb. “Mançester Siti”nin çempionluq yolunda əzəli rəqibi sayılan “Liverpul” oktyabrın 27-də öz meydanında “Tottenhem” komandasını qəbul edəcək.Xatırladaq ki, tura oktyabrın 25-də “Southemton”–“Lester Siti” oyunu ilə start verilib. Həmin oyunda İngiltərə Premyer Liqasının tarixində ən böyük səfər qələbəsi qeydə alınıb. Görüş Lester təmsilçisinin 9:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com  

Oktyabr 26, 2019 6:48
    Page 346 of 831« First«...102030...344345346347348...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az