İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında

30 Oktyabr 2019 12:50

Xəbər 43 dəfə oxunub

Oktyabrın 29-da futbol üzrə İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında “Barselona” doğma meydanda “Valyadolid”i qəbul edib.Azərtac xəbər verir ki, gözlənildiyi kimi, görüşə meydan sahibləri fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Kataloniya klubunun müdafiəçisi Lenqle hesabı açıb – 1:0. Lakin qonaqlar 15-ci dəqiqədə Kiko Olivasın vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Meydan sahibləri 29-cu dəqiqədə Vidalın qolu ilə yenidən hesabda önə keçiblər. Cəmi 5 dəqiqə sonra “Barselona”nın argentinalı hücumçusu Messi hesab arasındakı fərqi artırıb – 3:1. Birinci hissə elə bu hesabla başa çatıb.Matçın 75-ci dəqiqəsində Ernesto Valverdenin yetirmələri yenidən fərqləniblər. Rakitiçin ötürməsni Messi dəqiq yerinə yetirərək dubla imza atıb. Qoldan 2 dəqiqə sonra Messi bu dəfə assistlə diqqət mərkəzinə düşüb. Onun ötürməsini Luiz Suarez dəqiq tamamlayıb.Beləliklə, “Barselona” doğma meydanda “Valyadolid”i 5:1 hesabı ilə darmadağın edib.Bu qələbədən sonra Kataloniya klubu 22 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09