UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna start verilib

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turuna start verilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılıb.Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edib.Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 18-ci dəqiqədə Toni Kros olub.A qrupunda mübarizə aparan “Cim-bom” bu nəticədən sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. “Real Madrid” isə 4 xalla ikinci yerdədir.Bu qrupun digər matçı Belçikada oynanılıb. Fransanın PSJ klubu səfərdə “Brügge”nin qonağı olub. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 0:5.Üç oyunun hamısında meydanı qələbə ilə tərk edək PSJ qrupda liderliyini davam etdirir. İki xalı olan “Brügge” üçüncü yerdədir.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “A” qrupu: “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) - 0:1; “Brügge” (Belçika) – PSJ (Fransa) - 0:5. “B” qrupu: “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) - 2:3; “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) - 5:0. “C” qrupu: “Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2; “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) - 5:1. “D” qrupu: “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) - 1:0; “Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:1.xeber100.com

Oktyabr 23, 2019 12:19

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. A qrupunda mübarizə aparan hər iki klubun aktivində 1 xal var. “Qalatasaray” ilk turda səfərdə Belçikanın “Brügge” komandası ilə heç-heçə (0:0) edib, ikinci oyununda Fransanın “Paris Sen-Jermen” klubuna məğlub olub – 1:0. Qrupun digər oyununda “Brügge” “Paris Sen-Jermen”ni qəbul edəcək.İlk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılacaq: A qrupu “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) “Brügge” (Belçika) – “Paris Sen –Jermen” (Fransa). Qrupdakı vəziyyət: “Paris Sen –Jermen” – 6, “Brügge” - 2, “Qalatasaray” - 1, “Real Madrid” - 1. B qrupu “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) Qrupdakı vəziyyət: “Bavariya” - 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” - 1, “Tottenhem” – 1. C qrupu “Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo Zaqreb” (Xorvatiya) “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) Qrupdakı vəziyyət: “Mançester Siti” - 6, “Şaxtyor”- 3, “Dinamo Zaqreb” - 3, “Atalanta” - 0. D qrupu “Atletiko Madrid” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) “Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) Qrupdakı vəziyyət: “Atletiko Madrid” - 4, “Yuventus” - 4, “Lokomotiv” - 3, “Bayer Leverkuzen” - 0.xeber100.com  

Oktyabr 22, 2019 10:21

“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb

Oktyabrın 22-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.Azətac xəbər verir ki, namizədlər siyahısında aşağıdakı 30 futbolçunun adı yer alıb: Sadio Mane ("Liverpul", Seneqal), Serxio Aquero ("Mançester Siti", Argentina), Frenki de Yonq ("Ayaks"/"Barselona", Niderland), Uqo Loris ("Tottenhem Hotspur", Fransa), Duşan Tadiç ("Ayaks", Serbiya), Kilian Mbappe ("Pari Sen-Jermen", Fransa), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Donni van de Bek ("Ayaks", Niderland), Per-Emerik Obameyanq ("Arsenal", Qabon), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya), Alison Beker ("Liverpul", Braziliya), Mateys de Liqt ("Ayaks"/"Yuventus", Niderland), Kerim Benzema ("Real", Fransa), Jorjino Veynaldum ("Liverpul", Niderland), Virdjil van Deyk ("Liverpul", Niderland), Bernardu Silva ("Mançester Siti", Portuqaliya), Son Hın Min ("Tottenhem Hotspur", Cənubi Koreya), Roberto Firmino ("Liverpul", Braziliya), Robert Levandovski ("Bavariya", Polşa), Lionel Messi ("Barselona", Argentina), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Kevinde Bryoyn ("Mançester Siti", Belçika), Kalidu Kulibali ("Napoli", Seneqal), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir), Eden Azar ("Çelsi"/"Real", Belçika), Markinos ("Pari Sen-Jermen", Braziliya), Joau Feliş ("Benfika"/"Atletiko", Portuqaliya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə)."France Football"un versiyasına görə, dünyanın ən yaxşı futbolçusu adı dekabrın 2-də Parisdəki “Şatle” teatrında elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərin aparıcılarından biri "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba olacaq.Xatırladaq ki, keçən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.xeber100.com

Oktyabr 22, 2019 10:12