05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Gimnastika Federasiyasının məlumatı əsasında…

Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Sumqayıt noyabrın 15-16-da dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edəcək.Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.xeber100.com  

Oktyabr 18, 2019 1:43

Mərakeşdə cüdo üzrə dünya çempionatı davam edir

Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışların üçüncü günündə cüdoçularımızdan ikisi - Murad Fətiyev və Cahangir Məcidov (hər ikisi 81 kq) mübarizəyə qoşulur.M.Fətiyev slovakiyalı Aleks Barto, C.Məcidov isə Edi Şerifovski (Makedoniya)-Məhəmməd Koç (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.Dünya çempionatında Azərbaycan komandası iki medal qazanıb. Təmsilçimiz Əhməd Yusifov (60 kq) ikinci, İbrahim Əliyev (66 kq) isə üçüncü yeri tutublar.Yarışda Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.xeber100.com

Oktyabr 18, 2019 1:39

Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında

Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcəklər.Azərbaycan Uşu Federasiyasından Azərtac-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medalçısı Ruslan Pirəliyev (65 kq) təmsil edəcəklər.Uşu üzrə yığma komandamız dünya çempionatında federasiyanın prezidenti və baş məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparacaqlar.Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edəcəklər.xeber100.com

Oktyabr 18, 2019 1:07

“Avro 2020”nin seçmə qrup mərhələsi çərçivəsində

Futbol üzrə “Avro 2020”nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Slovakiya–Azərbaycan oyununun stadionu dəyişdirilib.Azərtac xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Trnava şəhərindəki Antona Malatinskeho stadionunda keçiriləcəyi qeyd olunub.Slovakiya–Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com

Oktyabr 18, 2019 1:01

Həndbol Federasiyasının məlumatına görə…

Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları arxada qalıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, “ABU Arena”da keçirilən yarışın növbəti günündə meydana əvvəlcə “Qarabağ” və “Azəryol” komandaları çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda əksəriyyət son ölkə çempionunun qələbəsinə inanırdı. Amma qapılara 51 qolun vurulduğu görüşdən “Qarabağ” qalib ayrılıb – 27:24.Günün ikinci qarşılaşmasında “Azərsu” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” rəqibi çətinlik çəkmədən məğlub edib – 37:24.Oktyabrın 23-də keçiriləcək üçüncü turun oyunlarında “Qarabağ” “Azərsu”, “Azəryol” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.Kişi həndbolçuların ölkə çempionatında isə ikinci turun görüşləri oktyabrın 19-da oynanılacaq. Həmin gün “Məhsul” “Bakı”, U-18 isə “Təhsil” ilə üz-üzə gələcək.xeber100.com

Oktyabr 17, 2019 2:34

“FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunun oyunları keçiriləcək

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, iddiaçılar turnirinə vəsiqə verən turnirdə şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevian (ABŞ), Vasif Durarbəyli Marie Sebaqla (Fransa) qarşılaşacaqlar.Qeyd edək ki, altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5, E.Səfərli 3, V.Durarbəyli isə 2 xal qazanıblar. Turnir cədvəlinə 5 xalla çinli Hao Yanq və amerikalı Fabiano Karuana başçılıq edirlər. Yarış oktyabrın 21-dək davam edəcək.xeber100.com

Oktyabr 17, 2019 2:17

“Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq

Oktyabrın 18-də futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq.AFFA-ya istinadla xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə təşkil olunacaq. Belə ki, tədbir Bakıda AFFA Futbol Akademiyasında, Mingəçevirdə Gənclər evində, Ağsuda şəhər stadionunda, Lənkəranda isə Olimpiya və İdman Kompleksində keçiriləcək.xeber100.com

Oktyabr 17, 2019 2:13

Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib

Oktyabrın 15-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun üçüncü oyun günündə F, J, D və G qruplarında ümumilikdə 9 qarşılaşma oynanılıb və aşağıdakı nəticələr qeydə alınıb: D qrupu Cəbəllütariq – Gürcüstan - 2:3; İsveçrə - İrlandiya - 2:0. F qrupu Farer Adaları – Malta - 1:0; Rumıniya – Norveç - 1:1; İsveç – İspaniya - 1:1. G qrupu İsrail – Latviya - 3:1. J qrupu Finlandiya - Ermənistan - 3:0; Yunanıstan - Bosniya və Herseqovina - 2:1; Lixtenşteyn – İtaliya - 0:5.xeber100.com

Oktyabr 16, 2019 1:27

“FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, növbəti turda Rauf Məmmədov ukraynalı Anton Korobov, Nicat Abbasov xorvatiyalı İvan Sariç, Eltac Səfərli amerikalı Samuel Sevian, Vasif Durarbəyli fransalı Marie Sebagla qarşılaşacaqlar.Qeyd edək ki, yeddinci turun qarşılaşmaları oktyabrın 17-də keçiriləcək. Bu gün turnirdə istirahət günüdür.Altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5 xal qazanıblar. E.Səfərlinin 3, V.Durarbəylinin isə 2 xalı var. Turnir cədvəlinə 5 xalla çinli Hao Yanq və amerikalı Fabiano Karuana liderlik edirlər. Hazırkı dünya çempionu Maqnus Karlsen 4,5 xalla 3-9-cu yerləri bölüşür.İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnir oktyabrın 21-də yekunlaşacaq.xeber100.com

Oktyabr 16, 2019 11:46

Cüdo üzrə dünya çempionatına start verilib

Oktyabrın 16-da Mərakeşdə gənclər arasında cüdo üzrə dünya çempionatına start verilib. Yarışın birinci günündə 5 cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Rövşən Əliyev Hakberdi Jumayev (Türkmənistan)-Ervand Nersesyan (Ermənistan), Əhməd Yusifov Jaheo Jin (Koreya Respublikası)-Anass Elalamı Elıdrıssı (Mərakeş) cütünün qalibləri ilə qarşılaşacaqlar. İbrahim Əliyev ABŞ təmsilçisi Riçard Marin, Davud Abbaslı (hər ikisi 66 kq) ermənistanlı Arsen Avedisyan ilə qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) italiyalı Federika Silveri ilə mübarizə aparacaq.Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir.Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.xeber100.com

Oktyabr 16, 2019 11:42
    Page 349 of 830« First«...102030...347348349350351...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az