11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, növbəti turda Rauf Məmmədov ukraynalı Anton Korobov, Nicat Abbasov xorvatiyalı İvan Sariç, Eltac Səfərli amerikalı Samuel Sevian, Vasif Durarbəyli fransalı Marie Sebagla qarşılaşacaqlar.Qeyd edək ki, yeddinci turun qarşılaşmaları oktyabrın 17-də keçiriləcək. Bu gün turnirdə istirahət günüdür.Altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5 xal qazanıblar. E.Səfərlinin 3, V.Durarbəylinin isə 2 xalı var. Turnir cədvəlinə 5 xalla çinli Hao Yanq və amerikalı Fabiano Karuana liderlik edirlər. Hazırkı dünya çempionu Maqnus Karlsen 4,5 xalla 3-9-cu yerləri bölüşür.İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnir oktyabrın 21-də yekunlaşacaq.xeber100.com

Oktyabr 16, 2019 11:46

Cüdo üzrə dünya çempionatına start verilib

Oktyabrın 16-da Mərakeşdə gənclər arasında cüdo üzrə dünya çempionatına start verilib. Yarışın birinci günündə 5 cüdoçumuz mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Rövşən Əliyev Hakberdi Jumayev (Türkmənistan)-Ervand Nersesyan (Ermənistan), Əhməd Yusifov Jaheo Jin (Koreya Respublikası)-Anass Elalamı Elıdrıssı (Mərakeş) cütünün qalibləri ilə qarşılaşacaqlar. İbrahim Əliyev ABŞ təmsilçisi Riçard Marin, Davud Abbaslı (hər ikisi 66 kq) ermənistanlı Arsen Avedisyan ilə qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) italiyalı Federika Silveri ilə mübarizə aparacaq.Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir.Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.xeber100.com

Oktyabr 16, 2019 11:42

“Barselona” klubunun yarımmüdafiəçisi yeni müqavilə imzalayacaq

İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçisi Ansu Fati ilə yeni uzunmüddətli müqavilə imzalaya bilər.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, 16 yaşlı qvineya-bissaulu futbolçu cari mövsümdə Kataloniya klubunun əsas heyətində oynayacaq.Ansu Fati cari mövsümdə Barselona təmsilçisinin heyətində keçirdiyi 6 oyunda 2 dəfə fərqlənib və bir məhsuldar ötürmə edib.Qeyd edək ki, mövsümün əvvəlində “Barselona”nın hücumçularının zədələndiyi səbəbindən A.Fati yeniyetmələrdən ibarət komandadan əsas heyətə cəlb olunub. Futbolçu, həmçinin ötən günlərdə İspaniya vətəndaşlığını qəbul edərək milli komandaya dəvət olunub.xeber100.com

Oktyabr 15, 2019 11:12

Avropa çempionatının səkkizinci turuna yekun vurulacaq

Oktyabrın 15-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin səkkizinci turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, turun üçüncü oyun günündə F, J, D və G qruplarında, ümumilikdə, 9 qarşılaşma oynanılacaq: D qrupu Cəbəllütariq – Gürcüstan; İsveçrə - İrlandiya. Qrupdakı vəziyyət: İrlandiya – 12 xal (6 oyuna), Danimarka - 12 (6), İsveçrə - 8 (5), Gürcüstan – 5 (6), Cəbəllütariq – 0 (5). F qrupu Farer Adaları – Malta; Rumıniya – Norveç; İsveç – İspaniya. Qrupdakı vəziyyət: İspaniya – 19 (7 oyuna), İsveç - 14 (7), Rumıniya – 13 (7), Norveç - 10 (7), Malta - 3 (6), Farer Adaları - 0 (7). G qrupu İsrail – Latviya. Qrupdakı vəziyyət: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 (8), Şimali Makedoniya - 11 (8), Sloveniya - 11 (8), İsrail - 8 (7), Latviya - 0 (7). J qrupu Finlandiya - Ermənistan; Yunanıstan - Bosniya və Herseqovina; Lixtenşteyn – İtaliya. Qrupdakı vəziyyət: İtaliya – 21 (7 oyuna), Finlandiya – 12 (7), Ermənistan - 10 (7), Bosniya və Herseqovina – 10 (7), Yunanıstan – 5 (7), Lixtenşteyn –2 (7).xeber100.com

Oktyabr 15, 2019 11:07

“FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları keçiriləcək

Oktyabrın 15-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaev, Vasif Durarbəyli israilli Ariel Erenberq ilə qarşılaşacaqlar.Beş turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3 xal qazanıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin 2 xalı var.İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.xeber100.com

Oktyabr 15, 2019 11:03

“Tour of Peninsular 2019” yarışının birinci mərhələsində

Azərbaycan velosipedçisi Elçin Əsədov Malayziyada keçirilən “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub.Azərtac turnirin saytına istinadla xəbər verir ki, təmsilçimiz 2.1 kateqoriyalı yarışda bütün rəqiblərini qabaqlayıb. Digər velosipedçimiz Samir Cəbrayılov isə yarışı yeddinci pillədə başa vurub.xeber100.com

Oktyabr 15, 2019 10:59

Oktyabrın 13-də keçirilən Macarıstan-Azərbaycan oyunu başa çatıb

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də keçirilən Macarıstan-Azərbaycan oyunu başa çatıb.Azərtac xəbər verir ki, Budapeştdə, “Groupama Arena”da baş tutan oyunda komandamız minimal hesabla məğlub olub (1:0). Oyunun son dəqiqələrində milli komandamızın futbolçusu Bəhlul Mustafazadə fərqlənib. Lakin hakim əllə oyuna işarə edərək qolu qeydə almayıb. Milli komandamızın futbolçuları hollandiyalı baş hakimə etirazını etsə də, qərar dəyişilməyib.Hazırda “E” qrupunda Macarıstan 12 xalla 2-ci yerə yüksəlib. Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.Qrupun digər oyununda Uels seçməsi öz meydanında Xorvatiya yığmasını qəbul edəcək.xeber100.com

Oktyabr 14, 2019 9:01

Cüdo federasiyasının məlumatı əsasında…

Oktyabrın 12-13-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.xeber100.com

Oktyabr 14, 2019 8:55

Avropa çempionatının seçmə mərhələsində növbəti oyunları keçirilib

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 8-ci turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “C”, “E”, “G” və “I” qruplarında, ümumilikdə 9 qarşılaşma baş tutub.Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “C” qrupu: Belarus - Niderland - 1:2, Estoniya - Almaniya - 0:3. “E” qrupu: Macarıstan – Azərbaycan - 1:0, Uels - Xorvatiya - 1:1. “G” qrupu: Polşa - Şimali Makedoniya - 2:0, Sloveniya - Avstriya - 0:1. “I” qrupu: Qazaxıstan - Belçika - 0:2, Kipr - Rusiya - 0:5, Şotlandiya – San-Marino - 6:0.xeber100.com

Oktyabr 14, 2019 8:50

“FIDE Grand Swiss 2019” turnirinin dördüncü turu yekunlaşıb

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin dördüncü turu yekunlaşıb.Azərtac xəbər verir ki, şahmatçılarımızdan yalnız Nicat Abbasov ötən turu qələbə ilə başa vurub. O, fransalı rəqibi Marie Sebagı məğlub edib. Digər şahmatçılarımız Rauf Məmmədov amerikalı Hikaru Nakamura, Vasif Durarbəyli israilli Maksim Rodşteinlə heç-heçə edib. Eltac Səfərli isə ukraynalı şahmatçı Yuri Kryvoruçkoya məğlub olub.Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var. Turnir on bir turdan ibarətdir və oktyabrın 21-dək davam edəcək.xeber100.com

Oktyabr 14, 2019 8:45
    Page 351 of 831« First«...102030...349350351352353...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az