05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi davam edir

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı davam edir.Azərtac xəbər verir ki, dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.Çempionatın ikinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.Aerobika gimnastları isə bütün yaş qruplarında təsnifat yarışlarında mübarizə aparırlar.Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edir. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.xeber100.com

Oktyabr 11, 2019 12:20

UEFA Çempionlar Liqası növbəti oyununu keçirib

"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, təmsilçimiz “Benfika” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan oyun Portuqaliya çempionunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.Azərbaycan çempionu ilk oyununda Belçikanın “Halle-Gooik” klubuna 1:5 hesabı ilə məğlub olub.“Araz” qrupda sonuncu oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.xeber100.com

Oktyabr 11, 2019 12:11

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turunun növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B və H qruplarında, ümumilikdə, 7 qarşılaşma oynanılacaq.Günün görüşləri aşağıdakılardır: “A” qrupu: Çexiya - İngiltərə, Monteneqro – Bolqarıstan. Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5). “B” qrupu: Portuqaliya – Lüksemburq, Ukrayna – Litva. Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5). “H” qrupu: Andorra – Moldova, İslandiya – Fransa, Türkiyə - Albaniya. Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).xeber100.com

Oktyabr 11, 2019 12:05

5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib

Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir. Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar.Azərtac xəbər verir ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.Aerobika gimnastları oktyabrın 11-də mübarizəyə qoşulacaqlar.Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.xeber100.com

Oktyabr 10, 2019 1:36

Azərbaycan Həndbol Federasiyasının məlumatı əsasında…

Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın ilk oyununda “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilib. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib.İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən görüşdə “Qarabağ” qələbə qazanıb - 35:21.Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsinə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” - “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.Azərbaycan çempionatının bütün oyunları “ABU Arena”da keçiriləcək.xeber100.com

Oktyabr 10, 2019 1:18

“Arsenal” klubunun qapıçısı “Quildford Foeniks”də çıxış edəcək

Çexiya milli komandasının və İngiltərənin “Arsenal” futbol klubunun sabiq qapıçısı Petr Çex buzüstü xokkey komandası olan “Quildford Foeniks”də çıxış edəcək.Azərtac xəbər verir ki, ötən il futbolçu karyerasını bitirən 37 yaşlı qapıçı buzüstü xokkeydə də qapıçı olacaq və 33 nömrəli forma geyinəcək.Xatırladaq ki, son olaraq “Arsenal”da oynayan Çex karyerası ərzində “Çelsi”, “Renn” və “Sparta”nın şərəfini qoruyub.xeber100.com

Oktyabr 10, 2019 1:14

Güləş üzrə qitələrarası kubok yarışları keçiriləcək

Oktyabrın 11-13-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubok yarışları keçiriləcək.Azərtac xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcəklər.Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyacaqlar.xeber100.com

Oktyabr 10, 2019 12:53

Şahmat üzrə dünya çempionatı keçirilir

Hindistanda 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir.Azərtac xəbər verir ki, 14 yaşlı şahmatçılar arasında açıq turnirdə mübarizə aparan təmsilçimiz Aydın Süleymanlı 7 turdan sonra 6 xalla birinci yerdə qərarlaşıb.On bir turdan ibarət dünya çempionatına oktyabrın 12-də yekun vurulacaq.xeber100.com

Oktyabr 9, 2019 10:33

Avropa çempionatının seçmə mərhələsində ilk oyunu keçiriləcək

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Çexiyanın Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da başlayacaq oyunda komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.Oyunu xorvatiyalı baş hakim Fran Joviç idarə edəcək. Ona həmyerlisi Hrvoje Radiç və çexiyalı Radim Dresler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jan Petrik (Çexiya) yerinə yetirəcək.Yığmamız oktyabrın 12-də Çexiya, üç gün sonra isə San-Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.xeber100.com

Oktyabr 9, 2019 10:10

“Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb

İtaliyanın “Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə 53 yaşlı Stefano Pioli gətirilib.Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. İtaliyalı məşqçi yeni klubunda ildə bir milyon avro məvacib alacaq.S.Pioli daha əvvəl “İnter”, “Latsio” və “Fiorentina” komandalarını çalışdırıb. Mütəxəssis bu vəzifədə Marko Campaolonu əvəzləyib.xeber100.com

Oktyabr 9, 2019 10:03
    Page 351 of 830« First«...102030...349350351352353...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az