07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turunun növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B və H qruplarında, ümumilikdə, 7 qarşılaşma oynanılacaq.Günün görüşləri aşağıdakılardır: “A” qrupu: Çexiya - İngiltərə, Monteneqro – Bolqarıstan. Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5). “B” qrupu: Portuqaliya – Lüksemburq, Ukrayna – Litva. Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5). “H” qrupu: Andorra – Moldova, İslandiya – Fransa, Türkiyə - Albaniya. Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).xeber100.com

Oktyabr 11, 2019 12:05

5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib

Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir. Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar.Azərtac xəbər verir ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.Aerobika gimnastları oktyabrın 11-də mübarizəyə qoşulacaqlar.Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.xeber100.com

Oktyabr 10, 2019 1:36

Azərbaycan Həndbol Federasiyasının məlumatı əsasında…

Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın ilk oyununda “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilib. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib.İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən görüşdə “Qarabağ” qələbə qazanıb - 35:21.Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsinə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” - “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.Azərbaycan çempionatının bütün oyunları “ABU Arena”da keçiriləcək.xeber100.com

Oktyabr 10, 2019 1:18

“Arsenal” klubunun qapıçısı “Quildford Foeniks”də çıxış edəcək

Çexiya milli komandasının və İngiltərənin “Arsenal” futbol klubunun sabiq qapıçısı Petr Çex buzüstü xokkey komandası olan “Quildford Foeniks”də çıxış edəcək.Azərtac xəbər verir ki, ötən il futbolçu karyerasını bitirən 37 yaşlı qapıçı buzüstü xokkeydə də qapıçı olacaq və 33 nömrəli forma geyinəcək.Xatırladaq ki, son olaraq “Arsenal”da oynayan Çex karyerası ərzində “Çelsi”, “Renn” və “Sparta”nın şərəfini qoruyub.xeber100.com

Oktyabr 10, 2019 1:14

Güləş üzrə qitələrarası kubok yarışları keçiriləcək

Oktyabrın 11-13-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubok yarışları keçiriləcək.Azərtac xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcəklər.Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyacaqlar.xeber100.com

Oktyabr 10, 2019 12:53

Şahmat üzrə dünya çempionatı keçirilir

Hindistanda 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir.Azərtac xəbər verir ki, 14 yaşlı şahmatçılar arasında açıq turnirdə mübarizə aparan təmsilçimiz Aydın Süleymanlı 7 turdan sonra 6 xalla birinci yerdə qərarlaşıb.On bir turdan ibarət dünya çempionatına oktyabrın 12-də yekun vurulacaq.xeber100.com

Oktyabr 9, 2019 10:33

Avropa çempionatının seçmə mərhələsində ilk oyunu keçiriləcək

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Çexiyanın Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da başlayacaq oyunda komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.Oyunu xorvatiyalı baş hakim Fran Joviç idarə edəcək. Ona həmyerlisi Hrvoje Radiç və çexiyalı Radim Dresler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jan Petrik (Çexiya) yerinə yetirəcək.Yığmamız oktyabrın 12-də Çexiya, üç gün sonra isə San-Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.xeber100.com

Oktyabr 9, 2019 10:10

“Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb

İtaliyanın “Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə 53 yaşlı Stefano Pioli gətirilib.Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. İtaliyalı məşqçi yeni klubunda ildə bir milyon avro məvacib alacaq.S.Pioli daha əvvəl “İnter”, “Latsio” və “Fiorentina” komandalarını çalışdırıb. Mütəxəssis bu vəzifədə Marko Campaolonu əvəzləyib.xeber100.com

Oktyabr 9, 2019 10:03

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də keçiriləcək Macarıstan və Azərbaycan yığma komandaları arasından matç zamanı Budapeştin “Groupama Arena” stadionunda tribunalar boş olacaq.Azərtac Macarıstan Milli Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransından xəbər verir ki, bu barədə UEFA-nın intizam komissiyasında müvafiq qərar qəbul edilib. Qərara görə, macar azarkeşlərin Slovakiya yığması ilə bu yaxınlarda keçirilmiş matçda irqçi davranışları səbəbindən Macarıstan yığması cəzalandırılır.xeber100.com

Oktyabr 8, 2019 9:02

Atletika üzrə dünya çempionatına yekun vurulub

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil ediblər. Lakin idmançılarımız çempionatda mükafatçılar sırasına düşə bilməyiblər.Dünya çempionatında kişilər arasında marafon yarışında efiopiyalı atlet Lelisa Desisa, qadınların mübarizəsində isə keniyalı Rut Çepnqetiç bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, mundialda 209 ölkədən 1928 idmançı iştirak edib. Bu atletlərin 1039-u kişi, 889-u qadın olub.xeber100.com

Oktyabr 8, 2019 8:05
    Page 352 of 831« First«...102030...350351352353354...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az