İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib

Sentyabrın 22-də futbol üzrə İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionluğa iddialı “Real Madrid” klubu olub.Təhlükəli hücumlarla bol olan görüşün ilk hissəsində hesab açılmayıb.Fasilədən sonra Madrid təmsilçisi hesabı açmağa nail olub. Dani Karvaxalin cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu görüşdə yeganə qol olub. Bu qələbədən sonra “Real Madrid” xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Sevilya” isə 10 xalla beşinci pilləyə enib.“Real Madrid”in əzəli rəqibi son çempion - “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Kataloniya təmsilçisinin cari mövsüm ərizndə ikinci məğlubiyyətidir.Qolları ikinci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla yeddinci yerdə qərarlaşıb.La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib - 0:0.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Osasuna” - “Betis” - 0:0, “Villareal” - “Valladolid” - 2:0, “Levante” - “Eybar” - 0:0, “Xetafe” - “Malyorka” - 4:2, “Espanyol” - “Real Sosyedad” - 1:3, “Valensiya” - “Leqanea” - 1:1, “Atletik Bilbao” - “Deportivo Alaves” - 2:0.xeber100.com

Sentyabr 23, 2019 1:31

Şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsində

Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 22, 2019 10:12