Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən görüşdə

Sentyabrın 15-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən görüşdə “Trabzonspor” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib.Azərtac xəbər verir ki, “Medical Park Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 17-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Boqdan Stancunun vurduğu qol sayəsində hesabı bərabərləşdiriblər. Birinci hissə elə bu hesabla bitib.İkinci hissənin 57-ci dəqiqəsində “Gənclərbirliyi”nin müdafiəçisinin kobud oyununa görə onbir metrlik cərimə zərbəsi təyin olunub. Aleksander Sorlot bu penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 85-ci dəqiqəsində “Gənclərbirliyi”nin yarımmüdafiəçisi Stefan Sesseqnon komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla bitib - 2:2. Beləliklə “Trabzonspor” və “Gənclərbirliyi” qarşılaşmasında qalib müəyyənləşməyib.Turun digər oyunlarından olan “Rizəspor” və “Göztəpə” qarşılaşmasında qapılara qol vurulmayıb. “Yeni Malatyaspor” isə səfərdə “Ankaragücü”nün qapısından dörd cavabsız qol keçirib. Bundan başqa “Denizlispor” doğma meydanında “Konyaspor”a məğlub olub.Bu oyundan sonra “Trabzonspor” çempionatda 6 xalla 8-ci pillədə qərarlaşıb.Turun son oyunu “Alanyaspor” və “Fənərbağça” qarşılaşması sentyabrın 16-da keçiriləcək.xeber100.com

Sentyabr 16, 2019 10:25

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib

Sentyabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasında beşinci turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk oyununda “Everton” səfərdə “Bournemouth” komamdasına 3:1 hesabı ilə məğlub olub. London təmsilçisi “Arsenal” isə hesabda iki top irəli olsada, “Votford” ardıcıl fərqlənərək heç-heçə ilə kifayyətlənib.Xatırladaq ki, sentyabrın 14-də İngiltərə Premyer Liqasının iki favoriti sayılan “Mançester Siti” və “Liverpul” görüşlərini keçirib. “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. “Liverpul” isə səfərdə “Nyukasl” komandasını 3:1 hesabı ilə məğlub edib. “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Turun digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: “Brayton” - “Börnli” - 1:1, “Volverhemton” - “Çelsi” - 2:5, “Mançester Yunayted” - “Lester Siti” - 1:0, “Tottenhem” - “Kristal Palas” - 4:0, “Şeffild Yunayted” - “Sothempton” - 0:1. Qeyd edək ki, tura sentyabrın 16-da “Aston Villa” - “Vest Ham” oyunu ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 16, 2019 10:00

“Mançester Siti” futbol klubu “Norviç Siti” komandası ilə qarşılaşıb

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. Hesabı 18-ci dəqiqədə “Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.“Nyukasl” klubunu 3:1 hesabı ilə məğlub edən “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Bu gün keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: “Brayton” - “Börnli” - 1:1, “Volverhemton” - “Çelsi” - 2:4, “Mançester Yunayted” - “Lester Siti” - 1:0, “Tottenhem” - “Kristal Palas” - 4:0, “Şeffild Yunayted” - “Sothempton” - 0:1.xeber100.com

Sentyabr 15, 2019 12:31

Şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində

Sentyabrın 14-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində cavab görüşləri oynanılıb.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci turda özbəkistanlı Rüstəm Qasımcanovla heç-heçə oynayıb. O, ilk turda rəqibi üzərində qələbə qazandığına görə onaltıdabir mərhələyə vəsiqəni təmin edib.Digər şahmatçılarımız Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezlə xalları yarı bölüb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə məğlub olmasına baxmayaraq, ikinci partiyada rəqibini üstələyərək hesabı bərabərləşdirib. Hər üç şahmatçımız sentyabrın 15-də tay-breykdə mübarizə aparacaq.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 15, 2019 12:08