Şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsində

Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 22, 2019 10:12

Güləş üzrə dünya çempionatı sona yaxınlaşır

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Azərtac xəbər verir ki, səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

Sentyabr 21, 2019 4:24