Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib

Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstan, Türkiyə seçməsi Hollandiya, İtaliya yığması Rusiya, Polşa komandası isə Almaniya ilə qarşılaşacaq.Dörddəbir final mərhələsinin bütün görüşləri sentyabrın 4-də keçiriləcək. Bu mərhələnin oyunlarına Türkiyə və Polşa ev sahibliyi edəcək.Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.Çempionata sentyabrın 8-də yekun vurulacaq.xeber100.com  

Sentyabr 3, 2019 2:14

Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə…

“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını başa vurub.Azərtac xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışıblar.“Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.Komandamız “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Riga #13. Quest Stop”, “Palova Round 3” və “Mistrzostw Radomia 2019” turnirlərindən sonra son olaraq Xorvatiyanın Oqulin şəhərində keçirilən “StreetballOG” yarışında qüvvəsini sınayıb.Sonuncu yarışda “Zirvə-Astara” C qrupunda yer alıb. Burada basketbolçularımız 2 oyun keçiriblər. “Nyu Strit Boyz” və “Rey Çarlz”a qalib gələn komandamız 1/4 finala yüksəlib. Burada idmançılarımız “Drvoysyeçe” komandasına 21:10 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar. “Spalato A2” ilə üz-üzə gələn “Zirvə Astara” 11:21 hesabı ilə məğlub olub. Ancaq üçüncü yer uğrunda qarşılaşma uğurlu alınıb. Basketbolçularımız bürünc medal uğrunda mübarizədə “Tesla”ya 21:19 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxmağı bacarıblar.xeber100.com

Sentyabr 2, 2019 2:36

Premyer Liqanın üçüncü turu iki oyunla başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, Premyer Liqanın üçün turu sentyabrın 1-də keçiriləcək iki oyunla başa çatacaq.İlk oyunda paytaxt təmsilçisi “Neftçi” “Bakcell Arena”da “Sumqayıt” klubunu qəbul edəcək. Hazırda “flaqman” 1 xalla 7-ci, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gələrsə 5-ci, qonaqlar qələbə qazanarsa ən azı 4-cü pilləyə yüksələcək.Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən “Neftçi”, 10-dan “Sumqayıt” qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir - 45:34. Son beş görüşdə meydan sahibi “Neftçi” qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.Günün ikinci - sonuncu görüşü “ASCO Arena”da “Səbail” və “Qarabağ” komandaları arasında keçiriləcək. Hazırda klubların hər birinin 6 xalı var və “Keşlə” ilə birgə ilk 3 yeri bölüşürlər. Lakin istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.İki klub arasında indiyədək keçirilmiş 8 oyunun yalnız birində “Səbail” qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə “Qarabağ” qələbə ilə ayrılıb. Bu komandaların qarşılaşmalarında heç-heçə qeydə alınmayıb. “Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda məğlub olub. Topların nisbətində isə Ağdam komandası öndədir - 13:1.Xatırladaq ki, turun ilk oyun günündə “Keşlə” səfərdə “Qəbələ”ni (4:0) məğlub edib. “Zirə” – “Sabah” matçında isə qalib müəyyənləşməyib - 1:1.xeber100.com

Sentyabr 1, 2019 12:40