Premyer Liqanın üçüncü turu iki oyunla başa çatacaq

1 Sentyabr 2019 12:40

Xəbər 61 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq.Azərtac xəbər verir ki, Premyer Liqanın üçün turu sentyabrın 1-də keçiriləcək iki oyunla başa çatacaq.İlk oyunda paytaxt təmsilçisi “Neftçi” “Bakcell Arena”da “Sumqayıt” klubunu qəbul edəcək. Hazırda “flaqman” 1 xalla 7-ci, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gələrsə 5-ci, qonaqlar qələbə qazanarsa ən azı 4-cü pilləyə yüksələcək.Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən “Neftçi”, 10-dan “Sumqayıt” qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir – 45:34. Son beş görüşdə meydan sahibi “Neftçi” qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.Günün ikinci – sonuncu görüşü “ASCO Arena”da “Səbail” və “Qarabağ” komandaları arasında keçiriləcək. Hazırda klubların hər birinin 6 xalı var və “Keşlə” ilə birgə ilk 3 yeri bölüşürlər. Lakin istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.İki klub arasında indiyədək keçirilmiş 8 oyunun yalnız birində “Səbail” qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə “Qarabağ” qələbə ilə ayrılıb. Bu komandaların qarşılaşmalarında heç-heçə qeydə alınmayıb. “Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda məğlub olub. Topların nisbətində isə Ağdam komandası öndədir – 13:1.Xatırladaq ki, turun ilk oyun günündə “Keşlə” səfərdə “Qəbələ”ni (4:0) məğlub edib. “Zirə” – “Sabah” matçında isə qalib müəyyənləşməyib – 1:1.xeber100.com

Atletika üzrə 37-ci qış çempionatına start verilib

Yanvarın 24-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 37-ci qış çempionatına start verilib.Azərtac xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə cari ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiya prezidenti idmançılara uğurlar arzulayıb.Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.Ümumilikdə 130 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Bərdə və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 11 komanda mübarizə aparır. Qaliblər İstanbulda keçiriləcək qapalı məkanlarda Avropa kubokuna və Balkan ölkələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq turnirə qatılmaq hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2020 16:57

Azərbaycan futbol klublarından dördü yoxlama oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından dördü yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, paytaxtın “Zirə” klubu Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sumqayıt” isə Polşanın “Arka” komandası ilə Bakı vaxtı ilə saat 16:30-da görüşəcək. Jelko Sopiçin rəhbərlik etdiyi “Sabah” klubu Antalyadakı sonuncu sınağında Rusiyanın “Spartak-2” komandası ilə saat 17:00-da qarşılaşacaq. Paytaxtın digər klubu “Səbail” isə üçüncü yoxlama görüşündə Rumıniyanın “Voluntari” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 17:00-da start götürəcək.Qeyd edək ki, “Sabah” bundan əvvəlki yoxlama matçlarında “Kaysar”a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub. İlk matçında Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə məğlub olan “Zirə” ikinci oyununda Rumıniyanın “Sepsi” komandasına qalib gəlib - 2:0. “Səbail” Qazaxıstanın “Jetisu” klubuna 0:1, Ukraynanın “Olimpik” komandasına isə 1:3 hesabı ilə uduzub. Macarıstan “Kaposvar”ına 3:4 hesabı ilə uduzan “Sumqayıt” Rumıniya “Politexnika”sı bərabərə qalıb - 1:1.xeber100.com

Yanvar 21, 2020 13:20

İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 19-da İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” doğma azarkeşlər önündə “Mançester Yuanyted” komandasını qəbul edib.“Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Hər iki hissədə bir qol vuran “Liverpul” çempionluq yolunda vacib qələbə qazanıb.Mersessayd təmsilçisinin heyətində Viljil van Deyk və Məhəmməd Salah fərqləniblər.Bu qələbə sahəsində xalları sayını 64-ə çatdıran “Liverpul” əzəli rəqibi, ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 16 xal irəlidədir. Qırx beş xala malik “Lester Siti” isə səfərdə “Börnli”yə məğlub olub (2:1).Xatırladaq ki, ötən gün “Mançester Siti” öz meydanında “Kristal Palas”ı qəbul edib. Hesabı 39-cu dəqiqədə qonaqlar açıb. “Kristal Palas”ın türkiyəli hücumçusu Cenk Tosun fərqlənib.Fasilədən sonra hücumları gücləndirən meydan sahibləri matçın sonlarına yaxın - 82-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. Serxio Aquera Qabriel Jesusun ötürməsini qola çevirib. Bundan beş dəqiqə sonra “Mançester Siti” hesabda önə keçib. Serxio Aquera adını ikinci dəfə tabloya yazdırıb. Bu da son qol olmayıb. “Kristal Palas” 90-cı dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Vilfried Zahanın cinah ötürməsindən sonra top “Mançester Siti”nin futbolçusu Fernandinyonun ayağına dəyərək qapıdan keçib. Beləliklə, oyun 2:2 hesab ilə başa çatıb.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Arsenal” - “Şeffild Yunayted” - 1:1; “Brayton” - “Aston Villa” - 1:1; “Norviç Siti” - “Bormunt” - 1:0; “Southemton” - “Volverhemton” - 2:3; “Vest Ham Yunayted” - “Everton” - 1:1.xeber100.com

Yanvar 19, 2020 21:34