04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Arsenal” klubunun futbolçusu “Beşiktaş”da çıxış edəcək

İngiltərənin “Arsenal” komandasının yarımmüdafiəçisi Məhəmməd Elneni karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək.Azərtac İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Misir yığmasının 27 yaşlı üzvü sonradan satın alınmaq şərti ilə “qara qartallar”ın heyətində bir mövsüm icarə əsasında çıxış edəcək.Qeyd edək ki, London komandasına 2015-2016-cı il mövsümündə İsveçrənin “Bazel” klubundan transfer olunan futbolçu son 3,5 ildə Premyer Liqada 100-ə yaxın oyunda meydana çıxıb. Yetmiş beş oyunda da Misir millisinin formasını geyinən M.Elneni bu matçlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 31, 2019 9:20

Bədii gimnastika üzrə növbəti çempionata yekun vurulub

Avqustun 31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, üç gün davam edən turnirin ilk 2 günü fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında çoxnövçülükdə mübarizə apararaq, öz aralarında çempionları müəyyənləşdiriblər. Balacalar kateqoriyasında Gövhər İbrahimova (2009-cu il), Təzəgül Yaqubova (2010-cu il), Azadə Atakişiyeva (2011-ci il), yeniyetmələr arasında Kamilla Seyidzadə, gənclərin yarışında Alina Gözəlova, böyüklər arasında isə Zöhrə Ağamirova çempion adını qazanıblar.Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə böyük və gənc gimnastlar arasında final yarışları təşkil olunub. Nigar Usubova gürzlər və lent ilə çıxışlarına görə gənclər kateqoriyasında birinciliyi əldə edib. İp ilə final mərhələsində Lalə Qebəybəyova, top ilə finalda isə Alina Gözəlova bütün rəqiblərini geridə qoyaraq çempion olublar. Böyüklərin mübarizəsində isə həm lent, həm də topla çıxışına görə birincilik yenidən Zöhrə Ağamirovanın payına düşüb.xeber100.com

Avqust 31, 2019 9:17

Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib

Avqustun 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış görüşü Qəbələ şəhər stadionunda baş tutub. "Keşlə" klubu "Qəbələ"nin qonağı olub.Görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb."Keşlə" klubunun heyətində Slavik Alxasov (10), Tural Bayramlı (39) və Lorenzo Frutos (45, 90) fərqləniblər.Bu qələbədən sonra "Keşlə" xalların sayını altıya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Qəbələ"nin isə hesabında xal yoxdur.xeber100.com

Avqust 31, 2019 9:14

“Mançester Yunayted”in futbolçusu karyerasını “İnter”də davam etdirəcək

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.TASS informasiya agentliyi xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Milana gəlib. Çilili forvardın bu gün “İnter”lə müqavilə bağlayacağı gözlənilir.Daha öncə bildirilirdi ki, Sançes yeni komandasında 1 illik icarə əsasında oynayacaq. Onun 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib.xeber100.com

Avqust 29, 2019 7:17

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Linfild” oyununun birinci hissəsi Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.Azərtac xəbər verir ki, birinci hissə “Qarabağ”ın çoxsaylı hücumları ilə yadda qalıb. Futbolçularımız 1:0 hesabını hissənin sonunadək qoruyub saxlaya biliblər.Xatırladaq ki, hələlik oyunda yeganə olan qolu 6-cı dəqiqədə rəqib qapısından Xayme Romeo keçirib. Oyun bu hesabla yekunlaşarsa, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.xeber100.com

Avqust 29, 2019 7:09

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.Azərtac xəbər verir ki, yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Avqust 29, 2019 2:42

Milli Karate Federasiyasının məlumatına görə…

Sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, bu dəfə “Olimpiya ümidləri” adlandırılan yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.Sentyabrın 28-də saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl tanınmış Azərbaycan karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.xeber100.com

Avqust 29, 2019 2:33

“Beşiktaş” futbol klubu növbəti transferini reallaşdırıb

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.“TRT Spor” saytı xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lill” klubundan Tiaqo Mayanı satın almaq şərti ilə icarəyə götürüb. “Qara qartallar” mövsümün sonunda braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna malik olacaq.Qeyd edək ki, “Lill” iyirmi iki yaşlı futbolçunu 2017-ci ildə Braziliyanın “Santos” klubundan 14 milyon avroya heyətinə cəlb etmişdi. Braziliyalı oyunçu keçən mövsüm Fransa çempionatında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, cari mövsümdə Fransa Liqa 1-də iki matçda “Lill” formasını geyinib.xeber100.com

Avqust 28, 2019 1:35

UEFA Çempionlar Liqasının qrup mərhələsində

Avqustun 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib.Azərtac xəbər verir ki, səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın “Krasnodar” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” klubuna ikinci dəfə məğlub olub - 1:2.İsveçrənin “Yanq Boyz” klubu Serbiyada “Srvena Zvezda” ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən Serbiya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Bu klublar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.Günün üçüncü qarşılaşması isə Norveçdə oynanılıb. “Rusenborq” Xorvatiyanın “Dinamo” kollektivini qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu klublar arasında ilk qarşılaşma 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.Beləliklə, “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo” qrup mərhələsinə vəsiqə qazanıb.Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, “Ayaks” – “APOEL” (0:0), “Brügge” – LASK (1:0) və “Slavia Praqa” – “ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda olacaq.xeber100.com

Avqust 28, 2019 1:26

Azərbaycan Gimnastika Federasiyasının məlumatı

Avqustun 29-31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatları keçiriləcək.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Avqust 28, 2019 10:53
    Page 366 of 830« First«...102030...364365366367368...380390400...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az