04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubu APOEL komandasının qonağı olub

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Liqanın III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olub. Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) - 2:2 “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) - 1:1 “Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0 “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) - 1:1.xeber100.com

Avqust 7, 2019 11:36

Şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub

Əbu-Dabidə keçirilən 26-cı şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni beynəlxalq usta Aydın Süleymanlı (2309) göstərib. Təmsilçimiz 11 turdan 8 xal toplayaraq doqquzuncu pillədə qərarlaşıb. Bu, 14 yaşlı şahmatçımız üçün yaxşı nəticədir. Çünki yarışın yekunlarına görə ilk onluqda reytinqi 2500-dən yuxarı olan qrossmeysterlər qərarlaşıblar.Atilla Eynullayev (1937) 6,5 xal, Altay Eynullayev (2174) 6 xal qazanıblar.Blits turnirinin qalibi 9,5 xal toplayan iranlı qrossmeyster Parham Maqsudlu (2729, İran) olub.xeber100.com

Avqust 7, 2019 11:30

UEFA Çempionlar Liqası üçüncü təsnifat mərhələsi çərçivəsində

Avqustun 7-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində daha beş oyun keçiriləcək.Azərtac xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edəcək. Portuqaliyanın “Portu” klubu isə səfərdə Rusiya Premyer Liqasını üçüncü pillədə başa vuran “Krasnodar” komandasının qonağı olacaq.İsveçrə çempionu “Bazel” doğma meydanda Avstriyanın “LASK” klubunu, “CFR Cluj” (Rumıniya) isə “Seltik”i (Şotlandiya) qəbul edəcək. Günün sonuncu oyununda “Rusenburq” (Norveç) səfərdə “Maribor” (Sloveniya) klubu ilə qarşılaşacaq.Xatırladaq ki, ötən gün Azərbaycan çempionu “Qarabağ” üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.xeber100.com

Avqust 7, 2019 11:27

Şahmat festivalının yeddinci turuna yekun vurulub

Çində keçirilən “Belt and Road 2019” şahmat festivalının yeddinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Arkadi Naydiç yeddinci turda çinli Xiangyu Xu ilə heç-heçə edib.Yeddi turdan sonra A.Naydiç 4 xalla 27-ci pillədədir. Turnir cədvəlinə hindistanlı Surya Şexar Ganguli başçılıq edir.İsveçrə sistemi üzrə keçirilən festival 9 turdan ibarətdir.xeber100.com

Avqust 5, 2019 5:31

“Mançester Yunayted” klubu transferi üçün 80 milyon funt sterlinq ödəyib

“Mançester Yunayted” klubu müdafiəçi Harri Maquayrın “Lester Siti”dən transferi üçün 80 milyon funt sterlinq (87 milyon avro) ödəyib. Futbolçu ilə 6+1 il müddətə müqavilə imzalanıb.Azərtac xəbər verir ki, bununla da H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. Belə ki, ötən il “Liverpul” klubu hollandiyalı Virgil van Diyk üçün 84,65 milyon, cari ilin yay transfer pəncərəsində isə “Yuventus” onun həmyerlisi Mathiys de Liqt üçün 85,5 milyon avro ödəyib.İyirmi altı yaşlı H.Maquayr 2017-ci ilin iyulunda 13,7 milyon avroya “Lester Siti” komandasına keçid edib. O, “Lester Siti”dən əvvəl “Hull Siti” və “Uiqan Atletik” klublarında forma geyinib. Müdafiəçi İngiltərə milli komandasının heyətində 20 oyunda meydana çıxıb.xeber100.com

Avqust 5, 2019 5:29

Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə…

“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə basketbol 3x3 üzrə dünya turunda uğurla çıxış edib.Azərtac  xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışacaqlar. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular yer alıblar.Artıq “Zirvə-Astara” ilk böyük qələbəsini qazanıb. İsveçrənin Sürix şəhərində keçirilən “Atupri 3×3 Swiss Tour Final Zurich” yarışına qatılan komandamız möhtəşəm oyun nümayiş etdirib. Onlar 6 görüşün hamısında qalib gələrək çempion adına layiq görülüblər.“Zirvə-Astara” komandası “Giannis”i 13:12, “Fulda Basket”i 18:16-ı hesabı ilə məğlub edərək F qrupunda birinci olub. Pley-off mərhələsində əvvəlcə “Endgame”i 20:12, sonra “Noname” 15:6, ardınca “Yakitori” 18:13 hesabı ilə məğlubiyyətə uğradan basketbolçularımız finalda “Fulda Basket”i yenidən 18:15 məğlubiyyətə uğradaraq bu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Bununla yanaşı, oyunçumuz Anar Hacıyev üçlük yarışmasında qalib olub.xeber100.com

Avqust 5, 2019 5:20

UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqiblər müəyyənləşib

“Neftçi” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə “Malmö” (İsveç)–“Zrinski” (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.“Qarabağ” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandasına uduzarsa, “Sutyeska” (Monteneqro)–“Linfild” (Şimali İrlandiya) duelində qalib gələn komanda ilə qarşılaşacaq.UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə avqustun 29-da oynanılacaq.xeber100.com

Avqust 5, 2019 5:17

“Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər

Avqustun 3-də Almaniya Super kuboku uğrunda “Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Signal İduna Park” stadionunda baş tutan həlledici görüşdə Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qolları Pako Alkaser (48) və Jadon Sanco (69) vurublar.Bununla da “Borussiya Dortmund” komandası tarixində altıncı dəfə Almaniya Super kubokunun qalibi olub.xeber100.com

Avqust 4, 2019 4:47

Futbol üzrə 2019-2020 mövsümünün III təsnifat mərhələsi çərçivəsində

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.Azərtac xəbər verir ki, avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.xeber100.com

Avqust 4, 2019 4:44

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”un ən yaxşı oyunçusu, əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser “Əmpoli” klubundan “Milan”a transfer olub.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi İsmael Bennaserla beş il müddətinə müqavilə bağlanıb. “Milan” “Əmpoli”yə əlcəzairli oyunçuya görə 17 milyon avro ödəyəcək.İsmael Bennaser ötən mövsüm “Empoli”nin heyətində 38 oyunda meydana çıxıb.xeber100.com

Avqust 4, 2019 3:44
    Page 374 of 830« First«...102030...372373374375376...380390400...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az