30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Yunayted” klubu transferi üçün 80 milyon funt sterlinq ödəyib

“Mançester Yunayted” klubu müdafiəçi Harri Maquayrın “Lester Siti”dən transferi üçün 80 milyon funt sterlinq (87 milyon avro) ödəyib. Futbolçu ilə 6+1 il müddətə müqavilə imzalanıb.Azərtac xəbər verir ki, bununla da H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. Belə ki, ötən il “Liverpul” klubu hollandiyalı Virgil van Diyk üçün 84,65 milyon, cari ilin yay transfer pəncərəsində isə “Yuventus” onun həmyerlisi Mathiys de Liqt üçün 85,5 milyon avro ödəyib.İyirmi altı yaşlı H.Maquayr 2017-ci ilin iyulunda 13,7 milyon avroya “Lester Siti” komandasına keçid edib. O, “Lester Siti”dən əvvəl “Hull Siti” və “Uiqan Atletik” klublarında forma geyinib. Müdafiəçi İngiltərə milli komandasının heyətində 20 oyunda meydana çıxıb.xeber100.com

Avqust 5, 2019 5:29

Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə…

“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə basketbol 3x3 üzrə dünya turunda uğurla çıxış edib.Azərtac  xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışacaqlar. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular yer alıblar.Artıq “Zirvə-Astara” ilk böyük qələbəsini qazanıb. İsveçrənin Sürix şəhərində keçirilən “Atupri 3×3 Swiss Tour Final Zurich” yarışına qatılan komandamız möhtəşəm oyun nümayiş etdirib. Onlar 6 görüşün hamısında qalib gələrək çempion adına layiq görülüblər.“Zirvə-Astara” komandası “Giannis”i 13:12, “Fulda Basket”i 18:16-ı hesabı ilə məğlub edərək F qrupunda birinci olub. Pley-off mərhələsində əvvəlcə “Endgame”i 20:12, sonra “Noname” 15:6, ardınca “Yakitori” 18:13 hesabı ilə məğlubiyyətə uğradan basketbolçularımız finalda “Fulda Basket”i yenidən 18:15 məğlubiyyətə uğradaraq bu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Bununla yanaşı, oyunçumuz Anar Hacıyev üçlük yarışmasında qalib olub.xeber100.com

Avqust 5, 2019 5:20

UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqiblər müəyyənləşib

“Neftçi” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə “Malmö” (İsveç)–“Zrinski” (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.“Qarabağ” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandasına uduzarsa, “Sutyeska” (Monteneqro)–“Linfild” (Şimali İrlandiya) duelində qalib gələn komanda ilə qarşılaşacaq.UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə avqustun 29-da oynanılacaq.xeber100.com

Avqust 5, 2019 5:17

“Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər

Avqustun 3-də Almaniya Super kuboku uğrunda “Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Signal İduna Park” stadionunda baş tutan həlledici görüşdə Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qolları Pako Alkaser (48) və Jadon Sanco (69) vurublar.Bununla da “Borussiya Dortmund” komandası tarixində altıncı dəfə Almaniya Super kubokunun qalibi olub.xeber100.com

Avqust 4, 2019 4:47

Futbol üzrə 2019-2020 mövsümünün III təsnifat mərhələsi çərçivəsində

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.Azərtac xəbər verir ki, avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.xeber100.com

Avqust 4, 2019 4:44

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”un ən yaxşı oyunçusu, əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser “Əmpoli” klubundan “Milan”a transfer olub.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi İsmael Bennaserla beş il müddətinə müqavilə bağlanıb. “Milan” “Əmpoli”yə əlcəzairli oyunçuya görə 17 milyon avro ödəyəcək.İsmael Bennaser ötən mövsüm “Empoli”nin heyətində 38 oyunda meydana çıxıb.xeber100.com

Avqust 4, 2019 3:44

“Lill” komandasından “Arsenal” klubuna 80 milyonluq transfer…

Afrika qitəsinin tarixində ən bahalı futbolçular müəyyənləşib.Azərtac xəbər verir ki, siyahıya yaxın günlərdə “Lill” komandasından İngiltərənin “Arsenal” klubuna 80 milyon avroya transfer olunan Kot-d-İvuar yığmasının 24 yaşlı futbolçusu Nikolas Pepe başçılıq edir. İkinci ən bahalı transfer 65 milyon avroya İspaniya “Vilyareal”ından Çinin “Beiyinq Quoan” komandasına keçən Konqo millisinin hücumçusu Kedrik Bakambu olub. Üçüncü ən yüksək dəyəri olan futbolçu isə İngiltərənin “Lester Siti” klubundan “Mançester Siti”yə keçən əlcəzairli Riyad Mahrezdir. Onun transfer qiyməti 60 milyon avrodur.Siyahıda digər yerlərdə Pyerre-Emerik Aubameyanq (Qabon, 56 milyon avro), Naby Keita (Qvineya, 52,7 milyon), Məhəmməd Salah (Misir, 36,9), Sadio Mane (Seneqal, 35 milyon), Erik Bailli (Kot-d-İvuar, 30 milyon), İslam Slimani (Əlcəzair, 29,5 milyon) və Vilfred Boni (Kot-d-İvuar, 28 milyon) qərarlaşıblar.xeber100.com

Avqust 4, 2019 3:41

Güləşçilər arasında dünya çempionatı davam edir

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, altıncı yarış günündə 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulur.Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Fərid Sadıxlı (48 kq) rusiyalı Valeri Manqutov, Elmir Əliyev (51 kq) Argentina təmsilçisi Eduardo Lovera, Həsrət Cəfərov (60 kq) qazaxıstanlı Əziz Qasımov, Rauf Əliyev (71 kq) serbiyalı Uros Rayiç, Laçın Vəliyev (92 kq) isə İsrail güləşçisi Maik Haimov ilə qarşılaşacaq.xeber100.com

Avqust 3, 2019 1:52

“Fənərbağça” futbol klubu növbəti transferini reallaşdırır

İstanbulun “Fənərbağça” futbol klubu “Kayserispor”un yarımmüdafiəçisi Deniz Türüçün transferi barədə razılığa gəlib.Azərtac xəbər verir ki, 26 yaşlı türkiyəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. “Fənərbağça” Türkiyə millisinin üzvü üçün 2 milyon avro təzminat ödəyəcək.Qeyd edək ki, D.Türüç ötən mövsümdə Kayseri təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 2 qol vurub.xeber100.com

Avqust 3, 2019 1:47

“Sumqayıt” futbol klubu dostluq oyunu keçirib

“Kapital Bank Arena”nın ehtiyat meydançasında “Sumqayıt” futbol klubunun 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.Azərtac  xəbər verir ki, matçdan öncə qonaqları salamlayan “Sumqayıt” FK-nın vitse-prezidenti Vaqif Ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları Azərbaycanda görməklərindən məmnun olduqlarını bildiriblər.Qarşılaşma “Sumqayıt”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandada qolları Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə vurub.xeber100.com

Avqust 2, 2019 1:11
    Page 375 of 831« First«...102030...373374375376377...380390400...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az