UEFA Çempionlar Liqası ikinci təsnifat mərhələsi çərçivəsində

İyulun 30-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, qarşılaşmalar iki gün ərzində oynanılacaq. İyulun 30-da 7, bir gün sonra isə 5 görüş təşkil olunacaq. İkinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı görüşlər oynanılacaq: “APOEL” (Kipr) – “Sutyeska (Monteneqro), ilk oyun – 1:0; “Kalyu” (Estoniya) – Seltik (Şotlandiya), ilk oyun – 0:5; “Təl-Əviv” (İsrail) - “CFR Cluj” (Rumıniya), ilk oyun – 0:1; “Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya), ilk oyun – 2:3; “Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan), ilk oyun - 2:0; “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan), ilk oyun – 1:3; “Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya), ilk oyun – 0:0. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını iyulun 31-də keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın “Dandulk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi “Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir. İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır: “HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2; “AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun - 1:2; “Rusenborq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2; “Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0. Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “Sutyeska” – “APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.xeber100.com

İyul 30, 2019 3:21

İdmançıların hüquqlarının müdafiəsi üçün anlaşma memorandumu imzalanıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “BM Morrison Partners” (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.Azərtac xəbər verir ki, memorandum çərçivəsində AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya komitələrində agentliyin yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən həmin atletlərə hüquqi yardım göstəriləcək. Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında təqdim edəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimində deyib: “Bu memorandum idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks olunub”.O, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu istiqamətdə əməkdaşlığının idman dünyası üçün yenilik olduğunu vurğulayıb.“BM Morrison Partners” hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev çıxışında bildirib: “Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”.Xatırladaq ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.xeber100.com

İyul 29, 2019 1:19