Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.Azərtac xəbər verir ki, “Şüa” idman-sağlamlıq kompleksində təşkil edilən çempionatda 50-dən çox iştirakçı mübarizə aparıb.40-44 yaş qrupu üzrə qadınların yarışında Xəyalə Qiyasova birinci, Könül Mikayılova ikinci, Şəfəq Nəcəfova isə üçüncü olublar. Bu yaş qrupu üzrə kişilərin mübarizəsində isə Vaqif Məmmədov, Zaur Mikayılov və Yaşar Mövlanov fəxri kürsüdə yer alıblar. 50-59 yaş qrupunda kişilərin yarışında Teymur Hüseynov, İlham Ağayev, Əsgərqulu Heydərli ilk üç yerə layiq görülüblər. Altmış yaş və ondan yuxarı yaş qrupu üzrə isə Səxavət Heydərov, Qulu Quliyev, Valeh Musayev fərqləniblər.Qoşa yarışlarda Zaur Mikayılov–Tahir Hüseynov, Əli Heydəri–Rəhim Hüseynov, Vaqif Məmmədov–Mehman Həsənov hamıdan güclü olublar.Qalib və mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.xeber100.com