07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Siti” klubu Futbol Liqasınını Kubokunu qazanıb

"Mançester Siti" futbol klubu ardıcıl olaraq ikinci dəfə İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb.Trend-in məlumatına görə, komanda "Çelsi" üzərində qələbə qazanıb. Matç Londonda "Uembli" stadionunda keçirilib.Əsas və əlavə olunmuş vaxt 0:0 hesabı ilə yekunlaşıb, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3."Mançester Siti" və "Çelsi" İngiltərə Liqasının Kuboku çərçivəsində üçüncü dəfə görüşür. Oyunlardan ikisində "Siti", birində isə "Çelsi" qələbə qazanıb.Beləliklə, "Mançester Siti" sayca altıncı dəfə Kubok sahibi olub və qələbələrin sayına görə ikinci yerə çıxıb. Komanda mükafatı 1970, 1976, 2014, 2016 və 2018-ci illərdə qazanıb. Qazanılan mükafatlara görə birinci yerdə isə "Liverpul"dur (8 dəfə).xeber100.com

Fevral 26, 2019 8:32

Qılıncoynatma üzrə Avropa birinciliyinə start verilib

İtaliyanın Foccia şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa birinciliyinə start verilib. Azərbaycanın yeniyetmə qılıncoynadanları da çempionatda mübarizəyə başlayıblar.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildiriblər ki, yeniyetmə şpaqaçıların şəxsi mübarizəsində Barat Quliyev qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda Serbiya təmsilçisi Yakov Planoyeviçi 15:14 hesabı ilə məğlub edib. O, 1/32 finalda Estoniya idmançısı Pol Fortinə 11:15 hesabı ilə uduzub.Murad Əkbərov isə yeniyetmə oğlanlar arasında sablya üzrə şəxsi yarışın qrup mərhələsində keçirdiyi altı görüşün ikisini qələbə ilə başa vurub.Saleh Məmmədov və Maqsud Hüseynli isə qrup mərhələsində keçirdikləri görüşdə məğlub olublar.xeber100.com

Fevral 25, 2019 11:57

“Mançester Siti” futbol klubu “Çelsi” komandası ilə qarşılaşıb

İngiltərə kubokunun (FA) final görüşü keçirilib.Azərtac xəbər verir ki, görüşdə “Mançester Siti” – “Çelsi” komandası ilə qarşılaşıb.Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Əlavə olunmuş dəqiqələrdə də komandaların cəhdləri uğursuz olub.Penaltilər seriyasında daha dəqiq olan “Mançester Siti” (4:3) tarixində altıncı dəfə İngiltərə kubokunun sahibi olub. “Çelsi”nin heyətində Jorjinyo, David Luiz, “Mançester Siti”də isə Bernardo Silva zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.xeber100.com ı

Fevral 25, 2019 11:53

İngiltərənin “Lester Siti” klubunun məşqçisi istefaya göndərilib

İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 57 yaşlı fransalı mütəxəssis İngiltərə Premyer Liqasının 27-ci turunda “Kristan Pelas” klubu ilə 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.K.Püel 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı. Fransalı məşqçi bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.“Lester Siti” hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.xeber100.com

Fevral 25, 2019 11:47

Güləşçilər arasında “Acropolis Cup” keçirilib

Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında “Acropolis Cup” keçirilib.Azərtac xəbər verir ki, yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edir. Dünya Güləş Birliyi (UWW) bu vəzifəni məhz həmyerlimizə həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutub.Qeyd edək ki, təcrübəli referi “Pekin 2008”, “London 2012” və “Rio 2016” Yay Olimpiya Oyunlarında hakimlik edib.xeber100.com

Fevral 25, 2019 11:44

“Sevilya” futbol klubu “Barselona”nı qəbul edib

İspaniya La Liqasının 25-ci turunun mərkəzi görüşündə “Sevilya” dogma meydanda “Barselona”nı qəbul edib. Trend-in məlumatına görə, matç 2:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Matçda hesabı Xesus Navas 22-ci dəqiqədə açıb. Lakin 4 dəqiqə sonra Messi hesabı bərabərləşdirib. 42-ci dəqiqədə müdafiəçi Merkado yenidən “Sevilya”nı yenidən hesabda irəli çıxarıb.İkinci hissədə 67-ci dəqiqədə Messi yenidən hesaba tarazlıq gətirib. 85-ci dəqiqədə Messi het-trik edərək komandasını hesabda irəli çıxarıb. 93-cü dəqiqədə isə Suares matçda son nöqtəni qoyub.Bununla da, “Barselona” 57 xalla birinci, “Sevilya” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.xeber100.com

Fevral 24, 2019 7:41

İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib

Bu gün İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib.Trend-in məlumatına görə, "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Stadiondan oyunu 74519 insan izləyib.Oyun qarşılıqlı hücumlarla keçsədə, qapılara qol vurulmayıb - 0:0.Oyunun 75-ci dəqiqəsində "Liverpul"un müdafiəçisi Joel Matip topu öz qapısına göndərsədə, hakim Maykl Oliver oyundan kənar vəziyyətin olması ilə əlaqədar qolu saymayıb.Bundan əlavə, oyunun ilk hissəsində komandalar 4 dəfə məcburi əvəzetmə ediblər. "Mançester Yunayted" zədələnən Ander Errera, Xuan Mata və Cessi Linqardı, "Liverpul" isə Roberto Firminonu əvəz etmək məcburiyyətində qalıb.Hazırda "Liverpul" 66 xa ilə ən yaxın izləyicisi olan "Mançester Siti"dən 1 xal öndə olaraq turnir cədvəlinə liderlik edir. "Mançester Yunayted" aktivində 52 xalla 5-ci yerdə qərarlaşıb.İngiltərə Premyer Liqasının növbəti turunda, fevralın 27-si "Mançester Yunayted" səfərdə "Kristal Pelas" ilə, "Liverpul" isə doğma meydanında "Uotfordu" qəbul edəcək.xeber100.com

Fevral 24, 2019 7:34

“Neftçi” futbol klubu müqavilənin müddətini artırıb

"Neftçi” PFK futbolçu Tural Axundovla bu mövsümün sonunda bitməli olan müqavilənin müddətini 1 illiyə artırıb.Trend klubun saytına istinadən məlumat verir ki, 30 yaşlı müdafiəçi 2019/2020-ci illər mövsümünün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.Qeyd edək ki, T.Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.xeber100.com

Fevral 23, 2019 4:22

İtaliya A Seriyasında növbəti tura start verilib

İtaliya A Seriyasında 25-ci tura start verilib.Milli.az xəbər verir ki, "Milan" evdə "Empoli"ni 3-0 hesabı ilə məğlub edib.A Seriyasında turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cü, "Milan" 45 xalla 4-cüdür. "Milan" - "Empoli" - 3:0 Qollar: Kriştof Pyontek, 49, Frank Kessi, 51, Samu Katilyexo, 67.xeber100.com

Fevral 23, 2019 4:17

“Mançester Yunayted” klubunun məlumatına görə…

"Mançester Yunayted"in futbolçusu "Barselona"nın maraq dairəsindədir.Milli.az xəbər verir ki, Kataloniya klubu "Real"ın da maraq dairəsində olan Markus Reşfordun adını transfer siyahısına əlavə edib.İngiltərəli forvardın Joze Mourinyonun rəhbərliyi altında oynayarkən komandadan ayrılmaq istədiyi, amma Ole-Qunnar Sulşerin gəlişindən sonra xoşbəxt olduğu və karyerasını Premyer Liqa klubunda davam etdirmək istədiyi deyilir."Qırmızı şeytanlar"ın Reşford üçün 100 milyon avrodan aşağı təkliflərə baxmayacağı bildirilir."Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi olan 21 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 32 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.xeber100.com

Fevral 23, 2019 4:13
    Page 430 of 831« First«...102030...428429430431432...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az